“Azərtranss” MMC indi də Tovuzdan boylandı... - İLGİNC MƏQAM
Tarix: 7-11-2020, 10:23 | Çap et
DİA.AZ: - Təəssüf ki, Azərbaycanda çox zaman böyük miqyaslı tenderlərin və dövlət satınalmalarının cəmiyyət üçün tanış olmayan, müəmmalı şirkətlər tərəfindən qazanılması adi hala çevrilib. Adətən belə şirkətlərin çoxu ilə internet üzərindən əlaqə yaratmaq, yaxud hansısa formada fəaliyyəti barədə ətraflı məlumat almaq mümkünsüz olur. Yalnız mətbuatda dərc edilən məlumatlardan aydın olur ki, hansısa “X” şirkəti hansısa dövlət qurumunun növbəti dəfə milyonluq tenderinin qalibi olub, vəssalam…
DİA.AZ bildirir ki, bu dəfə də Tovuz Rayon İcra Hakimiyyəti tenderin qalibini açıqlayıb. İcra Hakimiyyəti Tovuz rayonunda büdcədən kənar vəsait hesabına yolların əsaslı təmiri işlərinin satınalınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi "AZƏRTRANSS" MMC olub. İcra Hakimiyyəti qalib şirkətə 336 min 044 manat ödəyəcək.
Deyəcəksiniz ki, nə olsun... hansısa şirkət udmalıdır da bu lənətə gəlmiş tenderi... Amma aparılan qısa araşdırmadan aydın olur ki, sən demə, bu “Azərtranss” MMC icra hakimiyyətlərinin sevimlisidir.
Bu ilki faktlar oxucularımız üçün hələ unudulmadığından “Azərtranss” MMC-nin icra hakimiyyətləri ilə təkcə 2019-cu ildə hansı işləri gördüyünü diaaz.space olaraq diqqətinizə təqdim edirik və buradan özünüz nəticə hasil edin...
Keçən ilin yanvar-dekabr aylarında Qazax rayonunda müvafiq qurumlar tərəfindən ümumi məbləği 3 milyon 246 min 123 manat olan 29 tender keçirilib. Məlumatda diqqət cəlb edən məqamlardan biri iri məbləğli üç tenderin qalibinin bir şirkət – “Azərtranss” MMC olmasıdır. Şirkət Qazax rayonundakı abadlıq işləri üzrə 791.158 manat, 8 ədəd binanın dam örtüyünün təmiri üçün 669.467 manat və yolların təmir işləri üçünsə 530.040 manatlıq tenderlərin qalibi olub. Bu, üst-üstə 1 milyon 990 min manat, yəni az qala 2 milyon manat deməkdir.
Maraqlıdır ki, həmin bu şirkət qısa müddət əvvəl Gədəbəy Rayon İcra Hakimiyətinin də tenderlərini udub. Belə ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasının təmiri üçün avqust ayında "Azərtranss"-la 933 min 623.8 manatlıq müqavilə bağlanıb. Bunun üzərindən 3 ay keçməmiş həmin şirkətlə yenə sözügedən icra hakimiyyəti binasının təmirilə bağlı daha bir – 288.215 manatlıq müqavilə imzalanıb. Bu da üst-üstə 1 milyon 300 min manata yaxın vəsait deməkdir. Hansı ki, bu vəsaitlə nəinki bir tikilini təmir etmək, bəlkə də iki normal icra hakimiyyəti binası tikmək olar…
"Azərtranss"-ın adı bunlarla yanaşı Meliorasiya və Su Təsərrüfatı ASC-dən tutmuş "Azəristiliktəchizat" ASC-yə qədər bir çox qurumların iri, milyonluq dövlət satınalmalarında da keçir. Məsələn, şirkət bu il təkcə Meliorasiya və Su Təsərrüfatı ASC-nin 3 milyona manata yaxın dəyəri olan tenderlərinin qalibi olub. Lakin bu şirkətlə bağlı əldə edə bildiyimiz məlumat yalnız odur ki, “Azərtranss” MMC-nin hüquqi ünvanı Qazax şəhəri Heydər Əliyev küçəsi, qanuni təmsilçisi Qasımov Adil Məmməd oğludur. Nizamnamə kapitalı isə cəmi 20 manatdır.
Əlbəttə ki, belə bir şirkətin eyni zamanda bir neçə rayonda milyonlarla dəyəri olan böyük layihələri həyata keçirə bilməsi, iri həcmli işlər görməsi fiziki cəhətdən kifayət qədər müəmmalı görünür. Digər tərəfdən, müxtəlif dövlət qurumlarının hansı xüsusiyyətlərinə görə məhz bu şirkətə üstünlük verdikləri də maraq doğuran məsələlərdəndir...
Ümumiyyətlə, tenderlər və dövlət satınalmaları sahəsindəki vəziyyət göstərir ki, Azərbaycanda inhisarçılığın və məmur oliqarxiyasının qarşısının alınması, eləcə də büdcə vəsaitlərinin şəffaf və səmərəli istifadəsinə nail olunması üçün hələ çox işlər görülməlidir...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
|