"Poliklinikaya müraciət zamanı dedilər ki, siz nə bilirsiniz ki, sizdə korona var?.." - NARAZILIQ!
Tarix: 5-12-2020, 10:16 | Çap et
Artıq bir həftədən çoxdur ki, Azərbaycanda yeni növ koronavirusa yoluxmanın gündəlik statistikası 4 min nəfər civarındadır. Doqquz aydır COVID-19 ilə mübarizə aparan Azərbaycanda rəsmi açıqlamaya görə, ümumilikdə 133733 nəfərin bu xəstəliyə yoluxduğu aşkarlanıb, 81234 nəfərin sağaldığı, 1510 nəfərin isə vəfat etdiyi açıqlanıb. Rəsmi qurumların bildirməsinə görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Şikayətlərə görə, getdikcə sayı artan belə xəstələrin bir çoxuna lazımı tibbi yardım da göstərilmir.
Şikayət... AzadlıqRadiosuna danışan koronavirus xəstəsi A.H. yerli səhiyyə sisteminin COVID-lə mübarizə səviyyəsindən narazı olduğunu deyib: "Bütün ailəlikcə COVID-pozitivik. Yaxşı ki, özüm həkiməm. Özüm dava-dərmanı, yaxşı-pis, əldə elədim. Özüm də təyinatı icra edirəm. Poliklinikaya müraciət zamanı dedilər ki, siz nə bilirsiniz ki, sizdə korona var?.. Bir sözlə, bir həftə gözləməli idik. İşlədiyim qurumda həmin gün müayinədən keçib səhəri gün cavabı aldıq. Analizlərin cavabı "pozitiv" çıxan günü poliklinikadan zəng edib bülleten lazım olub-olmadığını soruşdular. Polis də zəng eləyib çölə çıxmaqla bağlı hədələdi. Vəssalam".
"Nə dərman gördük, nə də sosial xidmət" A.H.-nin deməsinə görə, beş gündür evdədirlər, nə dərman görüblər, nə də ərzaq alıb gətirə biləcək sosial xidmət: "Yoldaşımda tənəffüs çatışmazlığı ilə bağlı problemlər başladı, heç öz vəziyyətim də yaxşı deyildi. Yenə utana -utana poliklinikaya zəng elədim ki, "dərman vermirsiz, bəlkə qanlarımızı götürüb laboratoriyaya verəsiz?". Cavab isə "yox" oldu".
Onun deməsinə görə, heç kim maskasını burnuna çəkib vicdan əzabı içində qorxa- qorxa market-aptek gəzmək istəməz:
"Brifinqdəki "müdriklər"in dediyi kimi..." "Heç kim də, brifinqdəki "müdriklər"in dediyi kimi, marşrutdakı basabasa əylənmək üçün minmir. Hər kəs bir günlük dolanışığının və evdəki xəstələrinin dərman pulunun dalınca düşüb".
Bu açıqlamaya, hələlik, nə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB), nə də Səhiyyə Nazirliyindən münasibət almaq mümkün olub.
Amma deputat Musa Quliyev "Turan" agentliyinə bildirib ki, Azərbaycan koronavirusla mübarizədə kifayət qədər yüksək nəticələr əldə edib: "Koronavirus yeni bir infeksiyadır və bəşəriyyət üçün təzə bir geniş yayılmış pandemiyadır. Ona görə də tam öyrənilməyib və problemlər yalnız bundan qaynaqlanır. Amma təşkilatı baxımından Azərbaycan dövləti nə lazımdır, hamısını gördü. Bu məsələ cənab prezidentin nəzarəti altındadır, Operativ Qərargah yaradılıb, qısa müddətdə 45 xəstəxana bu işə cəlb olunub və təxminən 15-ə yaxın yeni modul xəstəxanalar yaradılıb. Lazım olan bütün mübarizə tədbirləri həyata keçirilir. O cümlədən yerli maska və kombinezon, dezinfeksiya vasitələrin istehsalı və s".
"Azərbaycanın COVID-lə mübarizəyə böyük töhfəsi..." Onun vurğulamasına görə, bütün bunların hamısı qısa müddətdə təşkil olunub və yay dövründə çox yaxşı nəticələr verib: "Azərbaycanın uğurları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirildi. Hökumət tərəfindən xəstələrin müalicəsi və diaqnostikası üçün kifayət qədər işlər görülüb və bu işləri mən müsbət qiymətləndirirəm. Cənab prezidentin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyası başlayıb. Bu da Azərbaycanın beynəlxalq COVID-lə mübarizəyə böyük töhfəsi deməkdir".
"Nəzarət və cərimələrin sayı artırılmalıdır" M.Quliyev bununla belə qeyd edib ki, maarifləndirmə sahəsində kifayət qədər uğurlu fəaliyyət olmayıb: "Azərbaycanda deyil, bütün dünyada bu problem mövcuddur. İnsanlarımızın çoxusu bu işə məsuliyyətsiz yanaşır ...Bu mənada maarifləndirmə işini gücləndirmək lazımdır, inzibati tədbirlər də artırılmalıdır. Düzdür, biz qanunlar qəbul etmişik, cərimələr də var, artıq açıq havada da maskanın taxılması məcburidir. Amma nəzarət və cərimələrin sayı artırılmalıdır".
"Evdə müalicə alan şəxslər üçün elə elektron sistem qurulmalıdır ki,..." Deputatın fikrincə, insanların təmasını azaldan tədbirlər çox olmalıdır. O, əlavə edib ki, virusa yoluxmanın əsas mənbəyi insan təmasıdır: "Biz maska da taxsaq, məsafə də gözləsək, xəstə insanla qapalı məkanda bir neçə saat qalacayıqsa, deməli, yoluxacağıq. İnsanlarımızın məsuliyyət hissini artırmaq üçün tədbirlərə ehtiyac var, çünki artıq görürük ki, xəstə və hətta evdə müalicə alan insanlar küçələrdə gəzirlər. Mən hesab edirəm ki, evdə müalicə alan şəxslər üçün elə elektron sistem qurulmalıdır ki, onlar evdən çıxan kimi hər hansı şəkildə izlənilsin, evə qaytarılsın və məsuliyyətə cəlb olunsun".
"Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirmişdir. COVID-19 ilə bağlı yaranmış vəziyyətə müvafiq olaraq tərəfimizdən adekvat addımlar atılmışdır".
Bu sözləri isə prezident İlham Əliyev dekabrın 3-də BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında çıxışı zamanı deyib.
"Bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur. Pandemiya başladığı zaman bizim altı funksional laboratoriyamız var idi. Hazırda fəaliyyətdə olan laboratoriyalarımızın sayı 40-dan artıqdır", - dövlət başçısı qeyd edib.
Prezident bildirib ki, pandemiyanın mənfi təsirinin qarşısının alınması məqsədilə hökumət tərəfindən 2.5 milyard ABŞ dolları həcmində iqtisadi-sosial yardım və maliyyə dəstəyi paketi təqdim edilib.
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev də agentliyə bildirib ki, dövlətin ən yuxarı səviyyəsində koronavirusla bağlı mübarizəyə çox gözəl maddi və mənəvi dəstək verildi: "Lakin müvafiq qurumların səmərəliyi o qədər də yüksək olmayıb. Problem təzə başlayanda test nəticələri pozitiv olan insanlar məcburi karantinə alındı və insanların arasında panika yarandı. Test nəticəsi pozitiv olan, amma heç bir şikayəti olmayan adamlar salınırdı karantinə və ona gündə bir ovuc dərmanlar verilirdi. Həmin adamlar dərmanları atırdı və heç bir ağırlaşma olmadan 10 gün sonra testin nəticəsi neqativ olurdu və adamlar evə buraxılırdı".
Onun fikrincə, bu, həm dərman israfı idi, həm də həmin insanlarda və onların ətrafında olanlarda belə bir fikir yaratdı ki, bu, bir oyundur.
Mütəxəssis yay aylarında istirahət günləri ərzində sərt karantinin tətbiqini də səhv qərar kimi qiymətləndirir: "Bu ona gətirib çıxarıb ki, cümə günləri insanlar marketlərə axışdı və o nəticəni verdi ki, yoluxmaların sayı azalmaqdansa, əksinə, artdı".
A.Əliyev qeyd edib ki, təxminən 100-ə yaxın həkim və ondan daha çox texniki personal koronavirusdan dünyanı dəyişsə də, müvafiq qurumlar onların ailəsinə bir məktub belə yazmayıb.
Təkliflər... Mütəxəssis vəziyyətdən çıxış yollarını da təklif edib: "Televiziyalarda və sosial mediada 24 saat ərzində koronavirusun müalicəsi ilə məşğul olan növbətçi həkimlər zəng vuran insanları konsultasiya etsin. Təcili Tibbi Yardım çatdırmır, xəstə də çox pis vəziyyətdə qalır və çıxış yolunu tapa bilmir. Bu, həqiqətən də acınacaqlı bir vəziyyətdir. Xəstə, heç olmasa, televiziyaya zəng vurub vəziyyətini izah edərək həkim məsləhətini ala bilsin. Bundan əlavə, bütün poliklinikalarda, tibb müəssisələrində növbətçi həkimlər ayrıla bilər ki, görüntülü olaraq xəstələr 24 saat ərzində onlarla yaşayış yeri üzrə əlaqə saxlasın...".
A.Əliyev bildirib ki, ağır xəstələrin xəstəxanalarda yerləşdirib müalicə alması üçün kriteriyalar müəyyənləşdirilməlidir: "Hansı hallarda, hansı kompüter tomoqrafiyası göstəricilərində, hansı şikayətlərdə, analizlərdə xəstə hospitalizasiya edilməlidir, hansı hallarda evdə müalicə almalıdır - burada bir qarışıqlıq var. Kimsə götürür kiminsə adamını xəstəxanaya yerləşdirilməsini deyir, halbuki, xəstənin durumu ağır deyil. Onlar da məcbur olur yerləşdirməyə. Belə getsə, biz ağır xəstələri yerləşdirməyə yer tapa bilməyəcəyik".
Həkim vurğulayıb ki, apteklərin dərmanlarla təchiz edilməsi çox vacibdir: "Xəstələr zəng edirlər ki, dərman tapa bilmirik. Düzdür, xəstə çoxdur, amma ən azından koronavirusla mübarizədə kömək edən dərmanların apteklərdə olması insanlarda ən azından toxtaqlıq yaradacaq ki, gedib ala bilər. Niyə bu gün hamı xəstəxanaya meyllidir? Çünki apteklərdə dərman tapa bilmirlər və çalışırlar xəstəxanada yatsınlar. Bunları nizamlaya bilsək, onda ölüm halları da azalacaq. Üç məşhur qaydanı – maska, məsafə və gigiyena unutmamalıyıq...".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
|