Sabiqlərin “oyanışı”: Bunlar təsadüf ola bilməz - Onların sinxron aktivləşməsinin səbəbi nədir?
Tarix: 5-01-2021, 10:41 | Çap et
Lermontovun tanınmış ifadəsini parafraz edərək, deyim ki, “bütün bunlar çox gülməli olardı, əgər bu qədər iyrənc olmasaydı”. Nədən danışıram? Açıq-aşkar bir tendensiyadan: müxtəlif səbəblərdən rüsvayçı şəkildə vəzifələrindən qovulan bəzi keçmiş məmurların Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsindən yapışmağa çalışdıqlarından.
Məsələn, Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənov özünü yada salmaq qərarına gəlib. Yeri gəlmişkən, yalnız Həsənovun başı üstündə buludlar sıxlaşmağa başladıqdan sonra açılan “Facebook” səhifəsində, o, Azərbaycan xalqının böyük birliyi nəticəsində, igid ordumuzun 2020-ci ildə Qarabağı - 27 il erməni işğalçılarının topdağı altında inləyən torpaqlarımızı azad etdiyini bildirdi...
Xeyr, çox düzgün sözlər idi. Bəs, onları kim səsləndirir? Bu çıxışlar Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Hadrut və digər yaşayış yerlərimizi azad edən komandirlərdən və ya əsgərlərdən birinin ağzından çıxsaydı, danışanları yalnız ayaq üstə alqışlayardıq. Böyük qarşıdurmanın bütün 44 günü ərzində erməni tərəfi ilə informasiya müharibəsində fəal iştirak edənlərin də buna mənəvi haqqı var. Ancaq Əli Həsənov, yumşaq desək, səsini çıxarmasa, yaxşı idi. Çünki bu informasiya müharibəsində heç bir şəkildə iştirak etməyib.
İştirak edə də bilməzdi, çünki bütün vəzifələrindən rüsvayçılıqla azad edildi. Və bu, uzun illər bütün ölkə mətbuatına nəzarət edənin səriştəsiz fəaliyyətinə verilən ədalətli qiymət idi. İndiki mətbuatın acınacaqlı vəziyyətində günahkar onun özüdür. Həqiqətən, bacarıqlı və istedadlı jurnalistlərə təzyiq göstərərək istedadsızları, intriqantları dəstəkləyən də məhz o idi. Həsənovun adının korrupsiya qalmaqalları kontekstində hallandığını da unutmaq olmaz.
Üstəlik, bəzi yerli KİV-lər, vəzifələrindən utancverici şəkildə qovulan bu məkrli insanın Yeni il təbriklərini dərc etməkdən çəkinmir, onu “tanınmış ictimai-siyasi xadim” adlandırır! Bu, sadəcə gülməli deyil. Bu, iyrəncdir.
Və iyrənc olan təkcə bu fakt deyil. Vaxtilə Əli Həsənovun “sadiq silahdayışaynı”, bir vaxtlar Milli Məclisin birdəfəlik deputatlarından biri olmuş, Mətbuat Şurasının sədri Əflatun Amaşov da özünü xatırlatmağa qərar verdi. Haqqin.az saytı onun, belə demək mümkünsə, “Mürsəlin köpəyi, Yeltsinin müttəfiqi və canavarın caynaqları” adlı məqaləsini yayımladı. Çox təəccüblüdür, çünki Amaşov onun “işini” “Azərtac”da görənlərin hamısının yaxşı xatırladığı kimi, heç vaxt mətnləri savadlı və kənar yardım olmadan yazmaq bacarığına malik deyildi. Bu adam, ümumiyyətlə, yalnız Əli Həsənov kimi bir intriqant tərəfindən ucaldılan darıxdırıcı bir bozluq idi. Əflatunun tənəzzülünün himayədarının rüsvayçılıq dövrünə düşməsi təəccüblü deyil.
Yeri gəlmişkən, Amaşovun yuxarıdakı saytdakı mətninin özü də bir-biri ilə əlaqəsi olmayan hadisələrin birləşdirilməsi cəhdidir. Əflatunun böyüdüyü və yayını dağ otlaqlarında keçirdiyi Borçalı bölgəsinin Faxralı kəndinin uşaqlıq xatirələrindən başlayaraq, hansısa bir Mürsəl kişinin evə qorxaqlıqdan daim quyruğu qısılmış gəzən, artıq-urtuqla qidalanan bir həyət iti gətirdiyini oxuculara izah etməyə qərar verir.
Sonra məlum oldu ki, bu qorxaq köpəyin səsi çıxmağa başlayır. Özünə inam qazandığı və özünü artıq it sürüsünün üzvü, bəlkə də lideri kimi gördüyü hiss olunurdu. Gözəl günlərin birində kəndlilər digər itlərin Mürsəlin itindən çəkinməyə başladığını da gördülər. Digər köpəklərə hücum etmək, verilən yeməyin ən yaxşı tikəsinə sahib çıxmaq onun üçün adi bir davranış halına gəldi.
Əvvəlcə Amaşovun niyə qəflətən dünyaya ayaqyalın uşaqlığının bu dövrü barədə danışmaq qərarına gəldiyini anlamadım. Bəlkə də Əflatunun bu sətirlərdə ezop dilində danışaraq, Əli Həsənovla tandemdə çalışdığı dövr üçün peşmançılıq elementləri olan bir alleqoriyadan istifadə etməsindən şübhələndim. Ancaq sən demə, Amaşov bütün bunları mövcud müharibənin nəticələri ilə ancaq ona elə gələn məntiqlə əlaqələndirmək istəyərək yazıb: “Ancaq vaxt gəldi və biz bir-birimizlə təkbətək döyüşdük. Erməni xalqına əsrlər boyu aşılanan bütün təkəbbür və qüruru aradan qaldırmaq üçün 44 gün kifayət etdi. Ermənilərin bu məğlubiyyəti də uşaqlıqdan bəhs edən hekayəyə bir bənzətməyə səbəb olur”.
Gördüyümüz kimi, Əflatun da özünü ermənilərlə döyüşənlərin cərgəsinə yazdırdı. Baxmayaraq ki, onun heç olmasa, informasiya müharibəsində etdiyi cəsurluqları sübut edən bir fakt belə, xatırlamaq mümkün deyil. Hər halda, tendensiya daha vacibdir. Görürük ki, böyük Qələbənin nəticələrindən təkcə Əli Həsənov və onun sadiq “silahdaşıyanları” yapışmağa çalışmırlar.
Nəhayət, Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov “Azadlıq” radiosuna müsahibə verdi. Şəxsən mən bu müsahibənin mətnini oxuduqdan sonra keçmiş xarici işlər nazirinin niyə özü haqqında xatırlatmaq qərarına gəldiyini anlamadım. Cavablarında işdən çıxarılmasına görə təəssüflənməyə əsas verəcək bir şey yox idi. Üstəlik, Məmmədyarov jurnalistlərin ondan Amerikadakı 4 milyonluq mənzili barədə soruşacaqlarını anlamalı idi. Onlar da soruşdular. Cavabın kimə ünvanlandığı bəlli deyildi. “Nazir olmaqdan əvvəl, 1983-cü ildən Xarici İşlər Nazirliyi sistemində çalışmışam. 12 il bir müddətdə isə ABŞ-da işləmişəm”, - dedi.
Nə olsun? Bütün bu deyilənlər bizi inandırmalıdır ki, bu pullar ABŞ-da işləyən zaman qazanılıb və iş o qədər uğurlu olub ki, bir mənzil üçün 4 milyon vermək heç nədir?!
Burada iki seçim var: Ya Məmmədyarov yalan danışır, ya da Xarici İşlər Nazirliyində və ABŞ-da Rotşild və ya Rokfeller adı altında çalışıb. Hər halda, öz bağında sakitcə oturmağa davam etsə, daha yaxşı olardı. Ən azından vaxtı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ürkək və zəif xarakterli olsa da, lakin axmaq olmayan bir şəxs tərəfindən idarə olunduğu illüziyası var idi. Hərçənd, bəlkə də onun müsahibə verməyə ehtiyacı Elmar müəllimin rus sülhməramlılarına təşəkkür etmək istəyi ilə bağlı idi. Müsahibədə Məmmədyarov “Öz əsgərlərini göndərdiyinə görə Rusiyaya təşəkkür edirəm” dedi.
Keçmiş xarici işlər nazirimizin bu çıxışından bir neçə gün sonra hamımız bir rus sülhməramlı əsgərin Qarabağ separatçılarının qalıqlarına ünvanlanan “biz sizinləyik” sözlərini deyərək, qədəh qaldırdığını gördük. Bu ifadənin özü bitərəflik həddini aşmaq deməkdir. Bu, açıq-aşkar Ermənistan tərəfinə keçməkdir - ümidlərini itirməyən erməni silahlılarının, hərbi qisas almağı xəyal edən separatçıların tərəfinə. Və məlum olur ki, Elmar Məmmədyarov onlara təşəkkür edir...
Bütün bunlar həqiqətən gülməli ola bilərdi. Ancaq çox iyrənc oldu. Çünki onlar “at belində” olduqları zaman Azərbaycan Ermənistan üzərində qələbə qazana bilmirdi və indi bu insanlar sinxron şəkildə özləri haqqında birtəhər xatırlatmağa qərar verdilər. Hərbi, diplomatik və informasiya müharibəsində qələbə, Əli Həsənov və Elmar Məmmədyarov vəzifələrini itirdikdən, Əflatun Amaşovun da millət vəkili olmasından sonra qazanılıb.
Onların özlərini xatırlatması təsadüfdürmü? Mən belə düşünmürəm. Amma təsadüf olsa belə, sabiqlərin özlərini bu yolla xatırlatmaq cəhdləri adamda ikrah hissi yaratmaya bilmir. //ayna.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
|