Əli Həsənov necə izolə vəziyyətinə salındı? - PA daxilində cərəyan edən olayların mübhəm məqamları - Gərginlik davam edir
Tarix: 13-03-2014, 11:42 | Çap et
DİA.AZ: - Bir neçə gün əvvəl mətbuat qarşısına çıxan Prezident Administrasyiasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ilk dəfə olaraq PA daxilində çəkişmələrin olduğunu az qala açıq ifadələrlə etiraf etdi. Doğrudur, bu intriqalarda tərəf olmadığını da iddia kimi fikirlərində qabartmağa çalışsa da, hər kəs məsələnin nə yerdə olduğunu bildiyindən PA rəsmisinin çabaları yetərsiz oldu. Yəni Əli Həsənovun «PA-da şöbələrarası gərginlik var» ifadəsinin ardından «dövlət olaraq hər şeyi nəzarətdə saxlayırıq» deməsi onun hansı mahiyyətə toxunmaq istədiyini ortaya qoydu. Amma tərəf olduğunu gizlədə bilmədi.
Bəli, bu gün Əli Həsənov konkret bir qruplaşmanın nümayəndəsi, daha dəqiqi favorit fiqurlarından biri kimi bir savaş meydanına atılıb. Bu barədə DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mötəbər mənbə iddia edir ki, Əli Həsənov əslində məlum savaşa heç də könüllü şəkildə atılmayıb - cəlb olunub. Mənbənin söylədikləri:
«Hələ iki il əvvəl Əli Həsənov vəzifəsindən alınmalı idi. Yəni belə bir qərar verilmişdi. Sadəcə olaraq situasiya dəyişkənliyi Əli Həsənovun işinə yaradı. Həm də yaratdığı saxta mənzərə onun karyera ömrünün uzanması ilə müşaiyət olundu. Amma yalan üzərində dayanıqlı siyasətin qurulması imkansızdır. Və artıq Əli Həsənov da hiss edir ki, «yuxarıların» ona etimadı qalmayıb, «aşağılar» isə onun batan gəmisi ilə səfər etmək fikrində deyillər».
Mənbəmiz bildirir ki, belə bir şəraitdə Əli Həsənov müdafiə zərurətini hiss etdiyindən məcburi qaydada ehtiyat tədbirlərinə əl atmalı oldu: «Bu gün onun qəzet və saytlarında əks cinah - konkret olaraq Prezident Administrasiyasının digər şöbə müdiri Elnur Aslanov «vurulur». Əli Həsənovun Elnur Aslanova olan qərəzinin səbəbləri aydındır. 2007-ci ildə Elnur Aslanov Ramiz Mehdiyevin köməkçisi vəzifəsindən alınaraq birbaşa olaraq prezidentin təşəbbüsü ilə PA-ya şöbə müdiri gətiriləndə artıq Əli Həsənov ilk zərbəsini almışdı. Onun səlahiyyətlərinin böyük bir hissəsini itirməsinə hələ o zamanlar etiraz edəcəyi gözlənilirdi.
Amma Əli Həsənov həmin ərəfədə mövqelərinin laxlamasını əlindəki mətbuatın gücü ilə kompensə edə bildi. Yəni elə bir təəssürat yaratdı ki, o, yenə də əvvəlki səlahiyyətləri ilə baş-başadır. Halbuki Elnur Aslanovuni rəhbərlik etdiyi PA-nın siyasi təhlil və informasiya təminatı şöbəsinin yaradılması qərarı ilə ictimai-siyasi şöbənin səlahiyyətlərinin tən yarısı alınmışdı».
Mənbəmiz Elnur Aslanova qarşı Əli Həsənovun bu şəkildə qərəzli olmasını son günlər baş verən olaylardan da aşar surətdə duyulduğunu bildirir: «Təsəvvür edin, Əli Həsənov - dünənə qədər nurçuların bir nömrəli himayədarı kimi tanınan Əli Həsənov bu gün rəqiblərini məhz «nurçu» elan edərək hədəfə alır. Onun rəqib kimi hədəfə aldığı şəxsin Elnur Aslanov olduğu bu gün birbaşa olaraq nəzarətində olan qəzetdə təşkil etdiyi silsilə kampaniyadan da açıq şəkildə duyulur.
Hətta Əli Həsənovun əzələ nümayişi cəhdi kimi təqdim olunan “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusundakı tədbirin də əslində hansı anlama xidmət etdiyi gün kimi aydın idi. Amma Əli Həsənov uğursuzluğa düçar oldu. Bu da gözlənilən idi. Çünki artıq Əli Həsənovun hansı siyasətə xidmət etdiyi çılpaqlığı ilə ortadadır.
Elə buna görə idi ki, onun üçün xüsusi əhəmiyyət daşıyan məlum tədbirə nə Milli Elmlər Akademiyasının, nə hakim Yeni Azərbaycan Partiyasının, nə Milli Məclisin və nə də digər nüfuzlu dövlət qurumlarının rəhbərliyindən kimsə qatılmadı. Əli Həsənov yalnız nəzarətində olan baş redaktorların və QHT rəhbərlərinin iştirakı ilə yetinməli oldu. Halbuki ona keçirdiyi tədbirin samballı olması çox vacib idi».
Mənbəmizin iddialarına görə, bu məsələyə olduqca vacib məqam kimi yanaşmaq lazımdır: «Yəni burada aysberqin görünməyən tərəfləri barədə təəssürat yaratmaq olar. Deməli, artıq hər kəs - habelə adları sadalanan qurumlar da Əli Həsənovun tənəzzül dövrünü yaşadığının fərqindədir. Digər tərəfdən, hər bir dairəyə proseslərin mahiyyəti də gün kimi aydındır. Necə olur ki, Əli Həsənov dünənə qədər təbliğatçısı kimi çıxış etdiyi nurçuların əleyhinə tədbir keçirir… Bu sual dəvətlilər üçün də maraqlı olmamış deyildi. Çünki eyni adamları Əli Həsənov dünənə qədər nurçuların tədbirlərinə dəvət edirdi, izdihamın yaradılmasına maraq göstərirdi.
Artıq bütün dairələrə yaxşı aydındır ki, Əli Həsənov bu dəfə öz əlinə oynayır və burada başlıca maraq əzələ nümayişidir. Kimsə isə mövqeləri təhlükə altında olan birisinin qol əzələsinə çevrilməyi göz önünə almaz. Almadı da. Hətta Əli Həsənovun “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusundakı tədbirinə Qafqaz Müsəlmanları İdarəsi də dəstək vermədi. Tədbirdə heç bir nüfuzlu din xadiminin iştirak etməməsi faktı da nəzərdən yayınmamalıdır».
Mənbəmiz artıq Əli Həsənovun tam olaraq təcrid vəziyyətinə salındığını və bu prosesin onunla bağlı qərarın veriləcəyi anna qədər davam edəcəyini di bildirdi: «Artıq start düyməsi basılıb. Çabalarsa yalnız müqavimət və müdafiə xarakterlidir. Hücum üçün nə taqət var, nə də niyyət»…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
|