Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                 

Sıravi vətəndaşlar "Gəncəbank"ın əli ilə necə müflisləşdirilir... - Cavid Qurbanovun bankına qarşı VİDEOİTTİHAM
Tarix: 1-05-2015, 10:36 | Çap et
Sıravi vətəndaşlar "Gəncəbank"ın əli ilə necə müflisləşdirilir...
“Mən Rusiya vətəndaşıyam. 2001-ci ildə “Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Novruzova mülkümü, biznesimi zorla əlimdən alıb, özümü də ölkədən çıxarıblar. Bu gün də məni hədələyirlər. Mən Rusiyaya qovulana qədər Azərbaycan vətəndaşı olmuşam. Məni əmlakımdan, biznesimdən məhrum etməklə yanaşı Pərvanə Novruzova faktiki vətənimdən, vətəndaşlığımdan da məhrum etdi”. Gunxeber.com-un məlumatına görə, bunu Gəncə sakini Natalya Kərimova vəkili Ceyhun Yusifov vasitəsi ilə mətbuata müraciətində yazır. Qadın prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya, Rusiyanın Azərbaycandakı səfirinə, hüquq mühafizə orqanlarının rəhbərlərinə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova və digər səlahiyyət sahiblərinə ünvanladığı məktubda “Gəncəbank” Müşahidə Şurasının sədri Pərvanə Novruzovanın əməllərindən yazır. Bankın müşahidə şurasının üzvü C.Qurbanovun atası Qənbər Qurbanovdan kömək istəyir: “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbəri, Qənbər Şəmşiroğluna, Milli Məclisin deputatı, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qənbər oğluna. Hörmətli Qəmbər müəllim! Yəqin ki, “Gəncəbank” ASC-nin qadın rəhbəri Pərvanə Cəmilqızının mənim başıma oyun açaraq Gəncədəki mülklərimi ələ keçirməsi barədə ölkə prezidenti cənab İlham Əliyevə, 1-ci xanım Mehriban Əliyevaya, hüquq-mühafizə orqanlarına və Rusiyanının Azərbaycandakı səfirliyinə etdiyim müraciətdən məlumatınız vardır. Mən Azərbaycana gəlmək istəmirdim. Araşdıranda ki, Azərbaycan necə bir demokratik ölkə olub və ölkə prezidentinin insanlara və xüsusən də milli azlıqlara göstərdiyi diqqət və qayğı mənim yenidən Azərbaycana gəlməyimə və Pərvanə Cəmilqızı tərəfindən tapdalanmış hüquqlarımın bərpa edilməsi üçün müraciət etməyimə səbəb oldu. Mən ölkə prezidenti cənab İlham Əliyevə çox inanıram. Azərbaycan onun sayəsində regionda, mən deyərdim ki, dünyada söz sahibi olan ölkə həddinə çatmış və ən nümunəvi tolerant ölkədir. 2001-ci ildə mənə imkan vermədilər ki, o zamnkı prezident Heydər Əliyevin qəbuluna düşüm. Ona görə ki, mənim mülklərimi ələ keçirtmək məqsədilə Pərvanə Cəmilqızı iki azyaşlı qızımın başına oyun açdırmaq hədəsi ilə məni ölkədən çıxmağa vadar etdi. Mən dediyim kimi, Azərbaycana gəlməmişdən araşdırdım ki, Sizin də həmin bankda səhmləriniz var. Sizin kim olduğunuzu araşdırdım. Gördüm ki, Azərbaycanda hörmət edilən el ağsaqqalı və ədalətli insansınız. Mən bu sözləri səmimi hislərimlə yazıram. Düzdür, Sizin 2001-ci ildə həmin bankda səhmləriniz olmamışdır. Ancaq keçmişi cinayətkar qrupu maliyyələşdirən və rəhbəri Pərvanə Cəmilqızı yetirən bir bankda Sizin səhmlərinizin olması məni çox təəccübləndirdi. Sonra fikirləşdim ki, bu hadisələrdən Sizin xəbəriniz olmaz. Çünki Siz böyük bir elin, Kəlbəcərin ağsaqqalı, Azərbaycan xalqının ürəyində xoş bir yeriniz olan bir insan və ən əsası “Dədə Şəmşir” Ocağının yetirməsisiniz. “Dədə Şəmşir” öz əsərlərində daima haqqı və ədaləti təmsil etmiş və həmişə də bu cür haqsızlıqlara baş əymədən ömür sürmüşdür. Mən hesab edirəm ki, onun övladı və nəvəsi də bu cür insandı. Sadəcə, mənim Sizdən bir xahişim var ki, bu işin ədalətli şəkildə araşdırılmasında maraqlı olasınız. Kimsəsiz və sahibsiz bir rus qadınının başına açılmış bu oyunlara göz yummayacağınızdan əminəm. Mənim sonda bir xahişim də var: vaxtınızdan 5 dəqiqə ayırıb məni dinləyəsiniz”.
N.Kərimova məktubunda yazır ki, “Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Novruzova onun biznesini, mülklərini zorakılıqla ələ keçirib: “Milliyətcə rusam. Mahir Kərimovla 1982-ci ildə ailə həyatı qurmuşuq. 2 qızım var. O dövrdə həyat yoldaşım hərbiçi idi və biz Gəncə şəhərindəki hərbi şəhərcikdə yaşayırdıq. Həyat yoldaşım 1988-ci ildə Qarabağ müharibəsi başlayandan sonra, 1991-1994-cü il tarixədək Tərtər və digər rayonunda döyüşlərdə iştirak edib. Atəşkəs elan olunduqdan sonra polis orqanlarında fəaliyyətə başlayıb. 1998-ci ildə Gəncə İcra Hakimiyyətinin sərəncamı ilə Qarabağ müharibəsi iştirakçısı olan yoldaşıma sahibkarlıq fəaliyyəti göstərmək üçün Gəncə şəhəri, H.Əliyev prospekti 87 ünvanında torpaq sahəsi ayrıldı. Borc-xərc taparaq həmin ünvanda gözəllik salonu tikdirdik. Anam Yelena Drobıyşeyevskaya Rusiyadakı mülklərini sataraq Azərbaycana gəlmişdi. Obyektin tikintisinə xərclədiyimiz pulların böyük hissəsini də bizə o vermişdi. 2000-ci ilin sentyabr-oktyabr aylarında gözəllik salonunu tam tikdirib başa çatdırdım. Adını da adıma uyğun ”Nataşa” salonu qoydum. Salonun rəsmi açılış mərasimi də keçirildi. Həmin açılışda Gəncə şəhərinin rəsmi şəxsləri, o cümlədən icra başçısı E.Babayev və polis rəisi Qərib Həsənov da iştirak etdilər. Açılışın videosu hazırda əlimdədir. Həmin salondan 20-22 ailə dolanırdı. 1 il həmin salonu mən özüm işlətmişəm”.
N.Kərimova yazır ki, bu gün “Afrodita” adlanan salonun ön hissəsi o dövrdə şüşədən olub və bu səbəbdən yay aylarında salonda dözülməz istilik yaranıb: “2001-ci ilin yayında hazırda ”Gəncəbank” ASC-nin idarə heyətinin sədri Pərvanə Novruzova salona gəldi. Salon həddindən çox isti idi. Pərvanə Novruzova kondisioner quraşdırmağı məsləhət gördü. Dedim ki, binanın tikilməsi üçün aldığım borcları hələ qaytara bilməmişəm. Borcları ödədikdən sonra kondisioner alacağam. O da dedi ki, “bacın ölməyib ki, mən sənə pul verərəm, 5 il müddətində yavaş-yavaş qaytararsan.
Pərvanə Novruzovanın bu addımı mənə yaxşılıq etmək məqsədi ilə atdığını düşündüm. Onun idarə etdiyi bankdan 5 il müddətinə 5 min dollar pul götürdüm, girov kimi də aldığım kondisionerləri qoymuşdum. Bir gün Pərvanə banka yoxlama gəldiyini, ona görə də yoxlama gedənədək həmin kredit müddətinin 3 aylıq etməsini məndən xahiş etdi. 1 həftə, 10 gün sonra yəni yoxlama gedəndən sonra yenidən dəyişdirib 5 illik edəcəyini söz verdi. Aradan bir ay keçməmiş mənim üstümü kəsdi ki, nə olur olsun, pulu qaytar, nə 5 il, pulu 3 ay ərzində qaytarmalısan. Qaytarmayacağım təqdirdə salonu məndən zorla alacağını bildirdi. 1 gün sonra “Gəncəbank”ın rəhbəri Pərvanə Novruzova və yanındakı 3 maşın qolçomaqla salona gələrək salonun şüşələrini sındırıb içəri daxil oldular. Onunla gələnlər mənə işgəncə verdilər. Çölə atıb qapının kilidlərini də dəyişdirib obyektimi zorla əlimdən aldılar. Pərvanənin həddindən çox nüfuzlu və təhlükəli bir adam olduğunu bildirib rayondakı dövlət idarələri şikayətlərimi qəbul etmədilər”.
N.Kərimova müraciətində yazır ki, həyat yoldaşı şərlənmək təhlükəsi qarşısında ölkədən gedib. Onun özü isə zorakılıqlara məruz qalıb: “Səhəri gün salonun qabağında olan zaman Pərvanənin adamları məni zorla bir maşına qoyub Gəncədən qırağa apardılar. Ölümlə hədələyib həmin günün sonunadək bir zirzəmidə saxladılar. Gecə yarısı Gəncəyə qaytarıb tanımadığım bir yerdə tulladılar. Soruşa-soruşa birtəhər gəlib evimi tapdım. Azyaşlı qızım Esmira məni bu halda görüb qorxudan ağlamağa başladı. Qərib Həsənovun qabağını kəsib başıma gələnləri ona danışdım. O da dedi ki, “bilirəm, o salon sənindi, açılışında mən də olmuşam, amma Pərvanə Novruzova çox təhlükəli adamdır. Çoxlu pulu var və məni də Gəncədən didərgin salar. Ən yaxşısı, get cənab prezidentin qəbuluna düş, yoxsa ayrısının buna gücü çatası deyil”. Rəisin dilindən bu sözləri eşitmək məni qorxuya saldı. Oradan çıxıb, birbaşa Gəncə şəhər prokurorunun qəbuluna gəldim. Orada məni prokurorun köməkçisi qəbul etdi. O da dedi ki, Pərvanə Novruzovaya bizim gücümüz çatmır. O, Gəncədə çox adamın başına bu cür oyun açır. Daxil olan şikayətləri qorxudan qeydiyyata belə ala bilmirlər. Həmin gün axşam məni evimdən məcburi qaydada çıxarıb Pərvanənin yanına apardılar. Dedi ki, Nataşa, sən bu gün Qəribdir nədir, nə bilim prokurordu nədi, onun yanına getmisən. Sən bil ki, rəis yox, mən nə desəm o olacaq”.
N.Kərimova Gəncədə gizli işgəncə zirzəmisinə salındığını qeyd edir: “Yenə məni bir zirzəmiyə salıb olmazın işgəncə verdilər. İşgəncə verə-verə deyirdilər ki, hamı bizdən it kimi qorxur, sən burda yiyəsiz, sahibsiz adam, bizə nə edə bilərsən. İki gün ac-susuz məni həmin zirzəmidə saxladılar. Sonra buraxdılar ki, get fikirləş, salonun sənədlərinin Pərvanə xanımın adına keçir, sənədlərə imza at. Razılaşmadım. Çünki bilirdim ki, əvvəl-axır cənab prezident mərhum Heydər Əliyevin qəbuluna düşəcəm. Ancaq 2 gün sonra təkrar olaraq məni və azyaşlı qızım Esmiranı da bir maşına qoyub apardılar tamam başqa bir sahibsiz və yiyəsiz yerə. Orada Pərvanəni də gördüm. Dedi ki, bu ölkədə bank sahibi 2-3 nəfər adam var, biri də mənəm. Yanındakı adamlara azyaşlı qızımı zorlamaq əmri verdi. Mən əvvəlcə buna inanmadım. Düşündüm ki, bu qədər də qəddar olmazlar ki, azyaşlı uşağın başına oyun açsınlar. Sonra baxdım ki, qızımın əynindəki paltarı cırmağa başlayırlar. Belə olan halda nə qədər yalvadımsa, mümkün olmadı ki, olmadı. Axırda bu cür hərəkətə dözə bilməyib məndən nə desələr onu edəcəklərini bildirdim. Pərvanə mənə dedi ki, ”sən qızını da götür, bu ölkədən çıx, bu ölkədə sənə yer yoxdur”. Azyaşlı qızımın başına oyun açacaqlarının real olduğunu, hüquq mühafizə orqanlarının hərəkətsizliyini görüb ölkədən çıxmağa razılaşdım. Pərvanənin qolçomaqları bizi Bakı Dəmiryol vağzalından yola saldılar”.
N.Kərimova Rusiyadan 1 həftə əvvəl geri döndüyünü və mülklərinin geri qaytarılmasını tələb etdiyini yazır.
C.Yusifov deyir ki, N.Kərimovanın müraciətlərindən sonra qadını hədələməyə başlayıblar, ona qarşı cinayət işi başladılacağını bildiriblər. Vəkil baş verən qanunsuzluqlarla bağlı yaxın günlərdə mətbuat konfransı keçiriləcəyini və şok faktlar açıqlayacağını da söyləyib.
Qeyd edək ki, “Gəncəbank”dakı qanunsuzluqlarla bağlı zaman-zaman çoxlu şikayətlər olub. diaaz.space həmin şikayətlərdən birinin videosunu təqdim edir.


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru