Arzu Rəhimovun Şirvandakı adamı rəsmən bazar açıb - O, bu işi bacara bilmədi...
Tarix: 8-06-2015, 10:44 | Çap et
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbə, idarə və bölmələrində üzə çıxan neqativ hallar səngimək bilmir ki, bilmir. Bu sahədə mövcud olan problemləri dəfələrlə qeyd edib konkret faktları ortaya qoymağımıza baxmayaraq, xidmət rəisi, general-leytenant Arzu Rəhimov vəzifə səlahiyyətlərindən kənar işlərlə məşğul olan şəxslərlə bağlı heç bir ölçü götürmür.
SHXÇDX yarandığı gündən etibarən xidmət rəisi yerli şöbə və idarələrdə demək olar ki, elə də ciddi yoxlamalar təşkil etməyib. Məhz bunun nəticəsidir ki, böyük ümidlərin bəsləndiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ciddi problemlər yaşanır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsində də acınacaqlı vəziyyət hökm sürür. Rayondakı mənbələrdən aldığımız informasiyalara görə, Arzu Rəhimova yaxınlığı ilə seçilən şöbə rəisi, polkovnik-leytenant Həsənov Sacəddin Əşir oğlu qeyri-qanuni əməllərə imza ataraq əhalinin narazılığını qazanıb: «Şirvan Hərbi Komissarlığının fəaliyyət göstərdiyi illərdə yerli əhali bu qurumun işindən razı idi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətə başlayandan sonra vəziyyət dəyişdi. Hər çağırış dövrü xidmətin Şirvan şəhər şöbəsində sanki bazar açılır. Şöbə rəisi Sacəddin müəllim üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən gələ bilmir. Ən böyük problem çağırışçıların tibbi müayinədən keçirilməsi ilə bağlıdır. Şirvan şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyasının sədri və üzvləri Sacəddin Həsənovla əlbir olaraq hərbi xidmətdən yayınmaq istəyən gənclərin işini həll edirlər. Belə ki, həkimlər «niqodnıy» bilet almaq istəyən çağırışçıları saxta sənədlər əsasında xəstə çıxarıb hərbi xidmətə yararsız hesab edirlər.
«Niqodnıy» hərbi biletin qiyməti çox bahadır. Bu sahədən əldə olunan gəlirin bir hissəsi şöbə rəisinə çatır. Sacəddin Həsənov nə etsə də, məsuliyyətdən yaxasını kənara çəkə və deyə bilməz ki, bu işlərdən mənim xəbərim yoxdur. Çünki həkim komissiyasının çağırışçılar haqqında tərtib etdiyi sənədlərə yekunda şöbə rəisi möhür vurub imza çəkir.
Sağlamlığında müxtəlif qüsurlar olan çağırışçıların hərbi xidmətə yola salınması sanki adi hal alıb. Xəstə çağırışçıların valideynləri şöbə rəhbərinin qabağında göz yaşı tökür, buna baxmayaraq, Arzu Rəhimovun kadrı öz bildiyini edir».
Mənbənin sözlərinə görə, həkimlər və şöbənin rəhbər heyəti çağırışçının xəstə olduğunu bilə-bilə onları ordu sıralarına cəlb edirlər: Fakt bu adam xəstədir, amma Sacəddin Həsənov və işçiləri onlardan nəysə umurlar. Belə özbaşınalıq heç yerdə görülməyib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şöbəsinin əməkdaşları özlərinə məxsus prinsiplərlə işləyirlər. Şöbənin bəzi işçilərinin altında bahalı maşınlar var. Onlar vəzifə maaşı ilə dodaq uçuqladan qiymətə olan avtomobilləri necə sürürlər?
Sacəddin Həsənov həyata keçirdiyi qeyri-qanuni işlərin sayəsində Şirvanın ən imkanlı şəxslərindən birinə çevrilməyi bacarıb. Maliyyə durumu çox yüksək səviyyədədir. Gözdən pərdə asmaq üçün «Lada Priora» sürür. Amma həyətində bir neçə bahalı maşınlar dayanır. Məlumata görə, onun paytaxtda mənzilləri və ticarət obyektləri var. Lazım gəlsə həmin mənzillərin və obyektlərin dəqiq yerini sizə deyə bilərəm, deyə mənbə bildirir.
Şirvan şəhər Səfərbərlik və Hərbi xidmətə Çağırış Şöbəsində mövcud olan problemlərdən biri də hərbi xidmətdən qayıdan gənclərlə bağlıdır. Belə ki, hərbi xidməti başa vuran şəxslər mövcud qanunvericiliyin tələblərinə əsasən aidiyyəti hərbi çağırış şöbələrində qeydiyyata düşməlidir. Xidmətin Şirvan şöbəsində ehtiyata buraxılmış gənclərin qeydiyyata düşməsi problemli məsələdir. Əslində, 10-15 gün ərzində həmin şəxsləri qeydiyyata alıb hərbi biletlərini özlərinə qaytarmalıdırlar. Şöbənin məsul şəxsləri isə bu prosesi 1, hətta 2 aya kimi uzadır. Hərbi xidməti başa vurmuş insanlar süründürməçiliklə üzləşirlər və bunun dərdindən müəyyən miqdarda «şirinlik» verib hərbi biletlərini tez götürürlər.
İyulun 1-dən şirvanlı gənclərin hərbi xidmətə çağırışına start verilib. Şöbə rəisinin vasitəsilə artıq bir neçə sağlam gənc «niqodnıy» hərbi biletlə təmin ediliblər. Təəssüf ki, əlaqədar hüquq-mühafizə orqanları şöbədə üzə çıxan qanunsuzluqların izinə düşüb araşdırma aparmırlar. Hərbi Prokurorluğun və xidmətin məsul şəxsləri şöbədə hökm sürən qanunsuzluqlarla bağlı ölçü götürmürlər.
Arzu Rəhimov Şirvan Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsində nələrin olub-bitdiyini çox yaxşı bilir. Sadəcə, özünü görməzliyə vurur ki, bu da Sacəddin Həsənovun onun «tələbləri»ni lazım olan səviyyədə ödəməsi ilə bağlıdır».
Mənbə həmçinin Sacəddin Həsənovun vəzifəsini necə qoruması barədə də danışdı: «Hərbi komissarlıqlar ləğv olunanda polkovnik-leytenant təşvişə düşdü. Bütün hərbi komissarlar kimi, o da sərəncama götürülmüşdü. Amma necə oldusa, Arzu Rəhimova «xod» tapdı və xidmət rəisini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək postunda qaldı. Bundan başqa hər çağırış dövrünün sonunda Bakıya gəlib lazımi tapşırıqları yerinə yetirir. Bu səbəbdən də ona «gözün üstə qaşın var» deyən yoxdur».
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
|