PUTİN HİTLERİN YOLUNU GEDİR...
Tarix: 5-08-2013, 11:10 | Çap et
QARA MİLLƏT ÜÇÜN DÜŞƏRGƏ, YOXSA KONSLAGER...Rusiya paytaxtında qeyri-leqal miqrantlar üçün çadır şəhərciyi salınıb. Son günlər Moskva ərazisində saxlanılan qeyri-leqal miqrantların sayı artıq o həddə çatıb ki, onları yerləşdirmək üçün şəhərdə müvəqqəti saxlanma təcridxanaları çatışmır. Bu səbəbdən də paytaxt polisi qanunu pozan miqrantlar üçün düşərgə təşkil edib. APA-nın Moskva müxbiri paytaxtın Qolyanovo rayonunda salınan çadırlardan ibarət qeyri-leqal miqrant düşərgəsində olub. Bu düşərgəyə həbsxana da demək mümkündür. Çünki düşərgənin hasarının hündürlüyü bunu deməyə əsas verir. Dəmir darvazanın girişində polis postu qurulub. Ərazini xüsusi təyinatlı polis dəstələri - OMON qoruyur. Həbsxananı xatırladan bu düşərgədə yaşayan miqrantlar hər gün yemək və içməli su ilə təmin olunurlar. Onlara qaravaşaq sıyığı və ət konservi verilir. Düşərgə ərazisində zibil qabları və əl-üz yuyanlar da qoyulub. Çadırlarda isə çox sıx şəkildə iki mərtəbəli dəmir çarpayılar quraşdırılıb. Demək olar ki, bir çarpayıda iki-üç nəfər yatır. Qolyanovoda salınan çadır şəhərciyi paytaxt polisinin bu ərazidə keçirdiyi “təmizləmə” əməliyyatından sonra meydana gəlib. Belə ki, çadırların salındığı ərazidə polis 1200 nəfər Vyetnam vətəndaşının yaşadığı depo aşkarlayıb. Həmin ərazidə yerləşən 20-yə yaxın gizli sexdə Vyetnamdan olan miqrantların əməyindən istifadə olunduğu aşkarlanıb. Bundan başqa, polis həmin ərazidə 200 nəfərə yaxın Misir, Suriya, Mərakeş, Qırğızıstan, Azərbaycan və Özbəkistan vətəndaşlarını da saxlayıb. Qeyri-leqal miqrantların sayının həddən artıq çox olmasını görən polis və şəhər rəhbərliyi həmin ərazidə düşərgə qurmağa məcbur olub. Düşərgədə olanların əksəriyyəti Orta Asiya və Vyetnamdan olan miqrantlardır. Əraziyə əvvəlcə kənar şəxslərin, o cümlədən jurnalistlərin belə buraxılmayacağı deyilsə də, sonradan jurnalistlərin ərazidə çəkiliş aparmasına icazə verildi. Ətrafda ancaq Orta Asiya və Vyetnamdan olan miqrantlar gözə dəyirdi. Ya da onların sayı o qədər çox idi ki, digər ölkələrdən olan miqrantlar gözə dəymirdi. Bura gətirilən miqrantların sayı demək olar ki, hər gün artır. Biz düşərgədə olan zaman artıq çadırlara yerləşdirilmiş miqrantların sayı 500-ü keçmişdi. Onlarla söhbət etmək cəhdimiz baş tutmadı. Çünki əksəriyyəti Vyetnamdan olan miqrantlar rus dilində danışmaqda əziyyət çəkirdilər. Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş Polis İdarəsinin İctimai asayiş şöbəsinin rəisi Vyaçeslav Kozlov jurnalistlərə açıqlamasında bildirib ki, çadır şəhərciyi 900 nəfərə yaxın miqrant üçün hesablanıb. Onun sözlərinə görə, düşərgədə müvəqqəti yaşayan miqrantlar şəxsiyyətləri təsdiqlənənə qədər burada qalacaqlar: “Daha sonra isə onlar öz ölkələrinə deportasiya olunacaqlar. Hazırda düşərgədə olan miqrantlar burda keçirilən əməliyyat zamanı saxlanılanlardır. Çox güman ki, paytaxtın digər yerlərində saxlanılan qeyri-leqal miqrantlar da bura gətiriləcək. Miqrantların şəxsiyyətinin təsdiq olunması və barmaq izlərinin Daxili İşlər Nazirliyinin bazası vasitəsi ilə yoxlanılması üçün düşərgəyə texnikalar da gətirilib”. V.Kozlov düşərgə ərazisində miqrantların sərbəst hərəkətinə icazə verildiyini də söyləyib: “Burada onların sərbəstliyini heç bir maneə törədilmir. Lakin onlara düşərgə ərazisini tərk etmək qadağa olunub”. Paytaxt polisindən miqrantlar üçün salınan çadır şəhərciyində Azərbaycan vətəndaşlarının olub-olmamağını öyrəndik. Polisdən bildirildi ki, son günlər keçirilən əməliyyatlar zamanı saxlanılanlar arasında Azərbaycan vətəndaşları da olub: “Lakin onların əksəriyyətinin sənədləri qaydasında olub, bir qisminin isə Rusiya vətəndaşlığı olub. Çadır şəhərciyində olan miqrantlar arasında da Azərbaycan vətəndaşları var. Lakin onların sayı digər ölkələrdən olan miqrantlarla müqayisədə çox azdır. Yaxın zamanlarda onların hər hansı kriminal hadisələrdə iştirak edib-etməməsi araşdırıldıqdan sonra öz ölkələrinə deportasiya olunacaqlar”. Son hadisələr onu göstərdi ki, Rusya hökuməti qanunsuz miqrasiyaya qarşı bir neçə qanun qəbul etsə də, bu qanunların heç biri işə yaramır. Ucuz işçi qüvvəsi kimi miqrantların əməyi müəyyən şəxslərə və dairələrə hələ də sərf edir. Ona görə də ara-sıra polisin “təmizləmə” əməliyyatı paytaxt əhalisinin gözündən pərdə asmaq xarakteri daşıyır. Belə ki, Moskva sakinlərinin miqrantlara qəzəblə yanaşması hamıya məlum olan faktdır. Bu narazılıq Rusiyanın digər regionları ilə müqayisədə paytaxt Moskvada daha güclüdür. Dağıstanlının 15 yaşlı qızı zorlaması polisin və hökumətin növbəti aksiyası üçün yaxşı bəhanə oldu. Hazırda da bu bəhanədən məharətlə istifadə olunur. Nəzərə alaq ki, qarşıdan Moskvada meriya seçkiləri, Moskva vilayətində isə qubernator seçkiləri gəlir. Deməli, seçki öncəsi polisin döyülməsi ilə bağlı hadisə və bunun ardınca bazarlarda “təmizləmə” əməliyyatı paytaxt sakinlərinin səsini qazanmaq və qeyri-qanuni miqrantlarla bağlı vəziyyətin düzələcəyinə dair onlarda ümid yaratmaq məqsədi daşıyır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
|