"Qarşıdan payız-qış gəlir, mən suyun içində yaşayacağam?" - GİLEY
Tarix: 8-09-2020, 09:45 | Çap et
“İcra başçısı Mehdi Səlimzadənin üstünə dərdini, problemini danışmağa gedəndə, ağlayır ki, bizdə pul yoxdur. Mən birinci qrup gözdən əlilliyə görə aldığım pensiyanın bir hissəsini onunla paylaşmağa hazıram, gəlsin aparsın”. DİA.AZ-ın məlumatına görə, Göyçay şəhər sakini, Məhəmmədəmin Rəsulzadə küçəsi, ev 44 ünvanında yaşayan birinci qrup gözdən əlil Füzuli Məmmədov belə deyir.
Ev probleminə görə mətbuata daha öncə də müraciət edən şikayətçi söyləyir ki, bir il ərzində yuxarı instansiyalara yazdığı şikayət məktublarına müsbət cavab almayıb: “Bir ildə evim daha da qəzalı vəziyyətə düşüb. Tavan tamamilə çöküb, divarlar şişib. Yağış yağanda, uşaqlar evin içərisinə qab düzürlər. Qarşıdan payız-qış gəlir. Yağıntılar başlayacaq. Mən suyun içində yaşayacağam? 2017-ci ildən bu yana müraciət edirəm, heç kim şikayətimə baxmır. Dəfələrlə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazmışam. Gözlərim görmür, pensiya ilə dolanan adamam. Evim elə bir vəziyyətdədir ki, qonaq qəbul edəndə xəcalət çəkirik. Göyçay Rayon İcra Hakimiyyəti də deyir ki, vətəndaş özü evini təmir etməli, tikməlidir. Düzdür, mən də vətəndaşam, amma mən birinci qrup gözdən əliləm. Aldığım təqaüd də məni heç cür təmin etmir. 350 manat pulla mən nə edə bilərəm?”.
Füzuli Məmmədov bu il iyunun əvvəlində Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə zəng edib. Evinin qəzalı olması ilə bağlı məlumat verib: “Nazirliyə evimin vəziyyəti ilə bağlı məlumat verdim. Dedilər ki, şikayətinizi qeydə aldıq. Üzərindən bir ay keçdi, amma heç bir xəbər çıxmadı. İyulun 14-də yenidən qaynar xəttə zəng etdim. Ad-soyadımı deyən kimi ev şikayətinə görə zəng vurduğumu bildilər. Soruşdum ki, bəs nəyə görə gəlib, evə baxmırsınız? Dedilər ki, biz evlərə baxış keçirmirik. Bununla bağlı rayon icra hakimiyyətini məlumatlandırmışıq. Göyçay Rayon İcra Hakimiyyətini məlumatlandırmağın heç bir mənası yoxdur. Çünki bu qurum 2017-ci ildən bu yana mənim müraciətimə baxmır. Bu ev təxminən 1950-ci ildə kərpicdən tikilib. Yetmiş ilə yaxındır, yaşayış var. Belə çıxır ki, sabah ev qəfil üstümüzə uçsa, heç kim bundan narahatlıq keçirməyəcək? Qəza, böyük faciə baş versə, kim cavabdeh olacaq? İnsan həyatına bu qədər laqeyid yanaşmaq olmaz”.
Füzuli Məmmədovun oğlu Nurlan Məmmədov deyir ki, həyatları təhlükə qarşısındadır: “Bizdə küçənin qarşısında xırda su bərələri olur. Bərələrdəki su daşanda, divar torpaqdan olduğu üçün su evə keçir. Nəticədə divarlar sudan, nəmişlik çəkməkdən şişməyə başlayır. Divarlar tamamilə qabarıb. Bayır tərəfdən isə həmin hissədə dərin çökək yaranıb. Ev hər an uça bilər. Tikili daşdan olsa, borc-xərc edib, düzəldərəm. Lakin kərpic və palçıqdan olduğu üçün tamamilə sıradan çıxıb. İcra hakimiyyətindən deyirlər ki, digər obyektlərdən çıxan köhnə tikinti materiallarını veririk, evi təmir edin. Köhnə tikinti materialları mənim nəyimə lazımdır? Rayon icra hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Samir Xəlilov dedi ki, bu işə konkret olaraq, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva baxır. Bildirdi ki, bizə göstəriş verildiyi təqdirdə tikinti işi apara bilərik. Yəni yuxarıların razılığı olmalıdır. Prezidentdən evimin tikintisi üçün pul ayrılmağını istəyəcəyəmsə, icra hakimiyyəti kimi bir qurum mənim nəyimə gərəkdir? Prezidentə məktub yazırıq, icra hakimiyyətinə yönləndirir. Onlar da evə yalandan baxış keçirib, sonra gedib, məktub yazmışdılar ki, vətəndaşın evi yaxşı vəziyyətdədir. Şikayəti həll etmək əvəzinə, məsuliyəti bir-birinin üzərinə atırlar. Bir nəfər yaxın durub demir ki, mən sənə kömək edəcəyəm”.
“Əgər evimizi tikmirlərsə, heç olmasa, atamı əlillər üçün nəzərdə tutulan mənzillə təmin etsinlər”, - Nurlan Məmmədov deyir: “Mənim 26, bacımın isə 29 yaşı var. Atam nə mənim, nə də bacımın üzünü görüb. Bundan ağır gözdən əlillik olar? Burada da hansısa kateqoriya var ki, buna ev düşür, sən isə get, sənə ev yoxdur? Müraciət etmişəm, demişəm. Cavab da bu olub ki, bu, bizim problemimiz deyil. Bəs yaxşı, bu kimin problemidir? Əlilərə ev verilirsə, atam niyə kənarda qalıb? Niyə onu siyahıya almırlar? Atam gecə ilə gündüzü ayırd edə bilmir, adicə işığı seçmir. Gözlərinin görməməyi fiziki hərəkətini məhdudlaşdırır. Bu da çəki artımına səbəb olur. Sonuncu dəfə çəkisini ölçdük, 140 kilodan ağır gəldi. Başqa yan xəstəlikləri də var. Bu şərtlər altında həm də şəraitsiz qəzalı evdə yaşamağı həyatına təhlükə yaradır. Bugünlərdə yağış yağdı. Hərənin əlində bir vedrə evin içində oyan, bu yana qaçırdıq. Bilmirdik ki, vedrələri tavandan axan hansı suyun altına qoyaq. İcra hakimiyyətində işləyənlərin evlərinə, maşınlarına baxın. Guya dəbdəbəli evi, lüks maşını 300-500 manatla alıblar? Çox xahiş edirəm, bizim ev problemimizə əncam çəkilsin”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
|