İki qurum arasında süqut edən səhiyyə sistemimiz... - FAKTLAR
Tarix: 2-12-2020, 10:37 | Çap et
Covid19 pandemiyası Azərbaycan səhiyyəsinin hansı “virus”a yoluxduğunu günbəgün bizə dərimizdə hiss etdirməkdədir. Anaxeber.info-nun verdiyi məlumata görə, əhali gözəgörünməz düşmən olan mikrobla mübarizə apardığı vaxtda iki qurum arasında qalıb. Vətəndaşların etibarlı, güvənəcəyi səhiyyə xidməti olmadığı üçün hər ağızdan bir hava eşidir. Belə desək, millət Allahın ümidinə buraxılıb. Çünki çoxdan nüfuzunu itirmiş Səhiyyə Nazirliyi ilə yeni bəlaya çevrilmiş TƏBİB vətəndaşların başına elə oyun açırlar ki, hər gün çətinləşən vəziyyət daha da qəlizləşir. Əslində monolit və vahid bir tibb mərkəzi fəaliyyət göstərməliydi, insanlar Səhiyyə Nazirliyi ilə TƏBİB-in arasında qalmamalıydılar. Bu, çoxşaxəli mövzudur və problemlər bir deyil, beş deyil, xirtədəyə qədərdir; əvvəla, Səhiyyə Nazirliyi irinləmiş, çiban kimi partlaması yetişmiş qurumdur. Onun ya demontajı reallaşmalıdır, yəni ləğv olunmalıdır, ya da yeni nazir təyin olunmalı, qarşısında hədəflər qoyulmalı, nazirliyin tibb sektorunda funksionallığı artırılmalıdır. Hazırkı nazir Oqtay Şirəliyevlə isə bu işlər heç cür mümkün deyil. Ona görə nazirliyin səlahiyyətləri tamamilə TƏBİB-ə tabe olunmalıdır, sədr Ramin Bayramlıdan real fəaliyyət tələb olunmalıdır. Lakin deyilənlərin heç biri olmadığı üçün əhali Şirəliyevlə Bayramlının rəhbərlik etdiyi iki yarıtmaz orqanı arasında dəhşətli bir məşəqqət çəkir. Birincisi, bir çox regionlarda xəstəxanalar TƏBİB-in tabeliyinə keçirilsə də, sözügedən qurum tərəfindən onların fəaliyyəti yaxşılaşdırılmayıb. Və nəinki TƏBİB xəstəxanalarla maraqlanmır, ümumiyyətlə, rayonlarda baş həkimlər köhnə “üsul”larla işləyir, onlara heç bir nəzarət mexanizmi tətbiq olunmur, sanki yiyəsizlikdir. Tibb işçiləri və yaxud pasientlər bilmirlər ki, şikayətlərini Səhiyyə Nazirliyinə, yoxsa TƏBİB-ə çatdırsınlar. Bu dərəcədə xaotik vəziyyət! Məsələn, tibb işçiləri və həkimlər sertifikasiya imtahanı verirlər. İmtahanı götürən nazirlikdir, xəstəxanalar isə TƏBİB-ə bağlıdır. Bu da nəticədə tibb xidməti göstərənlərin işində qarmaqarışıqlığa, sahibsizliyə, böyük intizamsızlığa gətirib çıxarıb. Əlavə olaraq deyək ki, hər hansı problem yarandıqda nazirliklə TƏBİB bir-birinin üstünə atır. Eyni zamanda TƏBİB tabeliyində olan xəstəxanalarda rüşvətin yığışdırılmasında heç bir addım atmayıb, irəliləyişə nail olmayıb. Digər bürokratik əngəl sənədlərin, arayışların alınmasındadır. Bu məsələdə də hər iki qurum əhalinin nifrətini, qəzəbini qazanıb. Əslində TƏBİB-in tabeliyində olan xəstəxanalarda tibbi sığorta xidməti tətbiq edilməliydi. Amma bu da olmayıb. Ona görə bu qurum özünü doğrultmur. Anaxeber.info məlumat verir ki, bir ilə yaxındır pandemiya şəraitində yaşayan əhaliyə göstərilən xidmətlərin keyfiyyəti bərbaddır. Son vaxtlarda yoluxmanın artması səbəbindən tibbi ləvazimatlara tələbatın çoxalması ciddi çatışmazlığa da səbəb olub. Xəstəxanalarda oksigen balonlarının təminatında, pereparatların verilməsində probemlər meydana gəlib. Bu prosesdə Səhiyyə Nazirliyi tamamilə ofsayd vəziyyətində saxlanılıb, heç bir iştirakı yoxdur. TƏBİB isə demək olar ki, virus aşkarlanan xəstələri palatalara yerləşdirməkdən imtina etməyə başlayıb. Hazırda testi pozitiv çıxanlar kütləvi şəkildə evdə müalicəyə göndərilirlər. Bu isə nəzarətsizlik, vətəndaşı yardımsız şəraitdə qoymaqdır. Çünki ərazi üzrə poliklinikaların işçiləri evlərə ya getmir, ya da çox baha qiymətə sistem vururlar, xəstələr heç bir dərmanla təmin olunmurlar. Taleyin ümidinə buraxılan xəstələr özü-özünü müaliə etməyə məcbur qalır. Nəticədə aralarında məsuliyyətsiz xəstələr olur ki, icazə olmadığı halda yaşayış yerini tərk edirlər. Onlara isə ciddi bir təsiri olmayan “Arbidol” dərmanı tövsiyə olunur və TƏBİB tərəfindən heç bir köməklik göstərilmir, başdı-başına buraxılır. Habelə, bu günlərdə guya koronavirusun dərmanı olduğu deyilən “Selen L” məhsulunun saxta olması iddiası meydana çıxıb. “Selen” məhsullarının Azərbaycandakı rəsmi distributoru “Vita” Şirkətlər Qrupunun nümayəndəsi bildirib ki, onlar Azərbaycana “Selen L” adda məhsulu gətirmirlər. Sitat: “Bizim TƏBİB-ə verdiyimiz məhsulun adı “Selen”dir və 110 mikroqramdır. Burada isə kimsə “L” hərfini əlavə edib və eyni dizayn, eyni loqo ilə gətirib verib, guya fərqli məhsuldur”. Göründüyü kimi, nəticə etibarı ilə bugünkü acınacaqlı vəziyyət hökm sürür: yoluxma artır, TƏBİB yalnız ağır vəziyyətdə olan covid19 xəstələrinə çarpayılar ayırır, evlərdə müalicə düzgün getmir, virusa tutulanların yaxınları yoluxur, minlərlə imkansız ailələr borc-xərc edərək iynə-dərmanla sağ qalmağa çalışırlar. Bütün bunlar ölkədə kabusa çevrilən Səhiyyə Nazirliyi ilə TƏBİB-in pərakəndə, sistemsiz, xaotik fəaliyyətlərinin nəticəsidir. Səhiyyə Nazirliyi kimi nəhəng strukturun kənara atılması və epidemiya ilə mübarizə kimi çox ağır, məsul bir işin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində yenicə yaradılmış publik hüququ şəxsə həvalə olunması Azərbaycanın müasir tarixinin ən uğursuz qərarlarından biridir. Səhiyyə Nazirliyi çox bərbad idarə olunsa belə belə durumlarda ən azından necə davranmaq, hansı minimal tədbirləri görmək lazım olduğunu, məsələnin metodologiyasını bu nazirlikdə, onun strukturlarında bilənlər var. Təsəvvür edin, TƏBİB sədri heç prezident tərəfindən də təyin olunmur. O, agentlik nəzdindəki publik hüquqi şəxsin sədri bütöv xalqın sağlamlığına, virusla mübarizə işinin təşkilinə cavabdeh şəxs kimi müəyyənləşdirilib. Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
|