![Türkiyəyə sanksiya tətbiq ediləcəkmi? Türkiyəyə sanksiya tətbiq ediləcəkmi?](/uploads/posts/2018-06/thumbs/1530075814_0001.jpg)
Hesab edirəm ki, S-400-lərin hekayəsi bitib, bu məsələ bağlanıbdır. Türkiyə S-400 alacaq. Geri addım atmaq yoxdur. Buna NATO-dakı müttəfiqlərimiz öyrəşməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin ABŞ-dakı keçmiş səfiri Faruk Loğoğlu deyib. O, bu məsələdə ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyini düşünmədiyini bildirib:
"Mətbuatda Trampın telefonla Ərdoğanı təbrik etməsi yazılıb. Türkiyə yeni prezident seçkisi keçirdi, ölkədə yeni mühit var. Ümid edirəm ki, Ankara həm Avropa Birliyi, həm də ABŞ-la münasibətləri yaxşılaşdırmaq istiqamətində yeni addımlar atacaq. Bu, Türkiyə və Rusiya arasında olan münasibətlərin dəyişməsi və ya xələl yetirilməsi anlamına gəlmir”.
Qeyd edək ki, bu gün ABŞ Dövlət Departamenti Ankaranın Rusiyadan S-400 raket sistemləri ilə bağlı anlaşmanı həyata keçirəcəyi təqdirdə, Vaşinqtonun sanksiyaları ilə qarşılaşacağını bildirib.