![Türkiyə və Ukrayna birgə pilotsuz təyyarə istehsal edəcək Türkiyə və Ukrayna birgə pilotsuz təyyarə istehsal edəcək](/uploads/posts/2018-07/thumbs/1530770077_0001.jpg)
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası bəyan edib ki, Kiyev və Ankara müdafiə sənayesində əməkdaşlıq edəcək. FaktXəbər bildirir ki, Ankarada altıncı dəfə keçirilən Ukraya-Türkiyə hərbi-texniki konfransında bu barədə sazişlər imzalanıb.
Türkiyənin müdafiə sənayesi nazirinin müavini Sərdar Dəmirəl və Ukrayna müdafiə nazirinin müavini İqor Pavlovskiyin birgə iştirak etdiyi toplantıda iki ölkənin zirehli maşınlar, kosmik-texnologiya və pilotsuz təyyarə istehsalındə birgə fəaliyyət göstərəcəkləri qərara alınıb.