!["Onlar NATO tarixində ən güclü destabilizasiya yaratmaq istəyir" "Onlar NATO tarixində ən güclü destabilizasiya yaratmaq istəyir"](/uploads/posts/2018-07/1531112920_0001.jpg)
Rusiya çalışır ki, ABŞ-ın Türkiyə və digər müttəfiqlərini öz tərəfinə çəksin.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin NATO-dakı nümayəndəsi Key Belli Hatçison deyib.
“Bəli, mən düşünürəm ki, Rusiya Türkiyəni yolundan döndərmək istəyir. Onlar bizim xeyli müttəfiqimizi ələ keçirmək istəyir. Onlar NATO tarixində ən güclü destabilizasiya yaratmaq istəyir”, - deyə diplomat bildirib.