![Türkiyədə 2 il bundan qabaq elan olunan fövqəladə vəziyyət rejimi başa çatıb Türkiyədə 2 il bundan qabaq elan olunan fövqəladə vəziyyət rejimi başa çatıb](/uploads/posts/2018-07/1531978496_0001.jpg)
Türkiyədə 2 il bundan qabaq elan olunan fövqəladə vəziyyət rejimi başa çatıb.
"Report"un Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, fövqəladə vəziyyət rejimi cümə axşamı yerli vaxtla saat 01.00-da fəaliyyətini dayandırıb.
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib ki, terror təhlükəsi yaranarsa, Fövqəladə Vəziyyət rejimi bərpa edilə bilər.