![Qərbin T-80 qorxusu: Bu, zarafat deyil... Qərbin T-80 qorxusu: Bu, zarafat deyil...](/uploads/posts/2018-07/thumbs/1532925214_0001.jpg)
Məşhur “Nəşnl İnterest” nəşrində Rusiyanın T-80 tankının xüsusiyyətlərini əks etdirən yazı dərc edilib.
Axar.az xəbər verir ki, “T-80 – Bu, zarafat deyil” başlıqlı məqalədə bir çox ekspertlər sözügedən texnikanı “çıxılmaz” hərbi vasitə adlandırır.
Ekspertlərin fikrincə, Rusiya iqlimi üçün T-72, T-90 tankları deyil, məhz T-80 daha yararlıdır:
“Dizel mühərriki mənfi 30 dərəcədə təxminən 45 dəqiqə ərzində işlək vəziyyətə gəlir və bundan cəmi 1 dəqiqə sonra T-80 döyüşə hazır vəziyyətdə olur. Həmçinin, T-80 ekipajı olduqca aşağı temperaturda komfortlu şəraitdə çalışmaq imkanına sahibdir”.