![Fələstinlilər Qəzzada atəşkəs əldə edildiyini açıqlayıblar Fələstinlilər Qəzzada atəşkəs əldə edildiyini açıqlayıblar](/uploads/posts/2018-08/1533875656_0001.jpg)
İsrail və Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı anklavda atəşkəs barədə razılığa gəlib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "Al Arabiya" telekanalı məlumat yayıb.
Məlumatlara görə, saziş hər iki tərəf ilə müqaviləsi olan Misirin vasitəçiliyi sayəsində əldə olunub.
Bununla belə, İsrail nümayəndələri atəşkəs haqqında sazişin əldə olunması faktını təkzib edirlər.