!["NATO müttəfiqi Türkiyəyə qarşı vuruşmayacaq" "NATO müttəfiqi Türkiyəyə qarşı vuruşmayacaq"](/uploads/posts/2019-10/thumbs/1571026705_c9b238d7-e960-4dfc-9dfe-d8cb9fdc775b.jpg)
NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Mark Esper Türkiyənin Suriyanın şimalında keçirdiyi "Barış pınarı" antiterror əməliyyatını şərh edərkən deyib.
"Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə – bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik. Bizim üçün bu məsələ gündəlikdə deyil", - Pentaqon başçısı deyib.
Bununla yanaşı, Esper Suriyanın şimalında vəziyyətin "çətinləşə" biləcəyindən narahatlığını ifadə edib. "Hazırda biz oradan (Suriyanın şimalından – red) azı 1000 əsgərimizin təhlükəsiz çıxarılması üzərində işləyirik. Mən bununla əlaqədar olaraq hər hansı qrafik səsləndirmək istəmirəm, orada vəziyyət hər saat dəyişir", - o qeyd edib.
Esper vurğulayıb ki, mexanikləşdirilmiş bölmələr, artilleriya və ABŞ aviasiyası "15 minlik türk qüvvələrinə" mane olmayacaqlar.