![Mark Esper: "Türkiyənin əməliyyatı İŞİD-in qaçışına gətirib çıxarıb" Mark Esper: "Türkiyənin əməliyyatı İŞİD-in qaçışına gətirib çıxarıb"](/uploads/posts/2019-10/thumbs/1571112816_89103cef-d002-476b-9d41-3d4cac17ac23.jpg)
"Türkiyənin (Suriyada-red) əməliyyatı İŞİD döyüşçülərinin qaçışına gətirib çıxarıb".
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Mark Esper bildirib.
O, qeyd edib ki, əməliyyat Suriyada İŞİD-in darmadağın edilməsinə səbəb olub.
Türkiyə Silahlı Qüvvələri artıq bir neçə gündür, Suriyada “Barış pınarı” antiterror əməliyyatı həyata keçirir. Məqsəd Türkiyənin Suriya ilə sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, habelə Suriyada əmin-amanlığın yaradılmasına müvəffəq olmaqdır.
Daha əvvəl Pentaqon rəhbəri bildirib ki, NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil.
"Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə - bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik. Bizim üçün bu məsələ gündəlikdə deyil", - Pentaqon başçısı deyib.