!["Boeing 737 MAX" təyyarələrinin istismarına qoyulmuş qadağa uzadılıb "Boeing 737 MAX" təyyarələrinin istismarına qoyulmuş qadağa uzadılıb](/uploads/posts/2019-11/thumbs/1573276498_0001.jpg)
“American Airlines” “Boeing 737 MAX” təyyarələrinin istismara verilməsini 5 mart 2020-ci ilədək təxirə salıb.
APA xəbər verir ki, müvafiq məlumat şirkətin saytında dərc edilib.
“Şirkət mütəmadi olaraq ABŞ aviasiya orqanları ilə əlaqə saxlayır və bu təyyarələrin istifadəsinə qoyulan qadağanın 5 mart 2020-ci ildə ləğv olunacağını gözləyir”, - məlumatda belə deyilir.
Aviaşirkət laynerin sertifikat verildikdən dərhal sonra nümayiş reyslərini həyata keçirməyi planlaşdırır. “American Airlines” donanmasında 24 “Boeing 737 MAX” layneri var. Daha 10 təyyarə isə sifariş verilib.