![Tramp Qələbə günü münasibətilə Moskvada paradda iştirak etmək istədiyini deyib Tramp Qələbə günü münasibətilə Moskvada paradda iştirak etmək istədiyini deyib](/uploads/posts/2019-11/thumbs/1573279783_0001.jpg)
ABŞ Prezidenti Donald Tramp mayın 9-da Qələbə günü münasibətilə Moskvada təntənəli tədbirdə iştirak etmək istədiyini etiraf edib.
Trend-in məlumatına görə, amerikalı lider bunu TASS informasiya agentliyinin sualını cavablandırarkən deyib.
D.Tramp qeyd edib ki, həqiqətən bu tədbirlərdə iştirak etmək üçün dəvət alıb. Lakin 2020-ci ildə həmin dönəmlərdə ABŞ-da seçkiöncəsi olduğu üçün Moskvaya səfər edib-etməyəcəyi barədə konkret söz deməyə çətinlik çəkdiyini deyib.