![ABŞ iranlı naziri "qara siyahı"ya salıb ABŞ iranlı naziri "qara siyahı"ya salıb](/uploads/posts/2019-11/thumbs/1574485356_e6e6a586-c1e3-48ab-9583-78730650616b.jpg)
ABŞ hökuməti İranın informasiyalar və kommunikasiyalar naziri Məhəmməd Cavad Azəri Cəhromiyə qarşı sanksiya tətbiq edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Departamenti məlumat yayıb.
Qeyd edilir ki, belə addım nazirin ölkədəki internet üzərində geniş nəzarəti və senzuranın tətbiqindəki rolu nəzərə alınmaqla atılıb.