Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                     Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir .....                     "Azəriqaz" cəzalandırıldı .....                     Bakı və Ankaranın bir layihədə 3 hədəfi .....                     İrandan müharibə anonsu .....                     "132 manatlıq məhsul qeybə çəkilib" .....                     Satacağımız almalar da əlimizdə qalıb... .....                     Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə... .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? .....                     Ucuz ev, yoxsa oyun? .....                     "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" .....                 

Rusiya-Afrika sammiti: “qara qitə” üzərinə çökən duman qatılaşır... - Kim hansı səfdə dayanacaq?
Tarix: 30-07-2023, 01:59 | Çap et
Rusiya-Afrika sammiti:  “qara qitə” üzərinə çökən duman qatılaşır...
Sankt-Peterburqda Rusiya-Afrika sammitinin keçirilməsi “qara qitə”də maraqları olan Fransanın, ABŞ-nin, Böyük Britaniyanın, Hindistanın, Çinin, Türkiyənin və sair strateji qərarlar qəbul edən ölkələrin kabinetlərində diqqətlə izlənilir.

Sammit Rusiyanın Afrikadakı hərbi-siyasi və iqtisadi izlərini Saxaradan cənuba doğru genişləndirmək niyyətini ortaya qoyması ilə əlaqəlidir və Kremlin Ukrayna müharibəsindəki taktiki uğursuzluqlarının alternativi kimi qiymət qazanır.

Yəni Rusiya Ukraynadakı işğal kampaniyası səbəbilə itirdiyi geosiyasi mövqelərini bərpa etmək üçün Afrikaya “iddialı qayıdış” proqramını ortaya qoyur.

Ümumiyyətlə, çoxqütblü beynəlxalq münasibətlər sistemində Afrikada yenidən nüfuz bölgüsü aparmaq uğrunda mübarizə kəskinləşir, lakin qədim qitədəki ölkələr keçmişdən, müstəmləkəçilik əzablarından dərs çıxararaq piyadaya çevrilmək istəmirlər.

Afrika ölkələri inkişaf və təhlükəsizlikləri üçün beynəlxalq yardımların səfərbər edilməsinə yaxşı baxırlar, bu mənada onların şirnikləndirilməsi üçün həmin köməkliklər göstərilməyə davam edəcək.

Lakin maraqların kökü dərindir, xarakteri mürəkkəbdir, üstəgəl Afrikanın zəngin sərvətləri də var ki, bütün bunlar oyunçuların qara torpaqlara diplomatik-siyasi nəzakətlə deyil, yağlı tikə kimi baxmağına gətirib çıxarır.

Rusiyaya da əlavə fürsətlər yaranıb ki, ambisiyalarını humanitar yardım adı altında və Afrikanı Qərbə qarşı ayaqlandırmaq ruhunda inkişaf etdirsin.

Söhbət ondan gedir ki, Rusiya-Ukrayna müharibəsi səbəbilə Qara dəniz limanlarından taxıl ixracının təhlükəsiz şəkildə baş tutması üçün Moskva ilə Kiyev arasında əldə edilmiş razılığın müddəti bitib.

İndi Rusiya Prezidenti Vladimir Putin üçün göydəndüşmə şansdır ki, Afrika ölkələrini taxılla sınağa çəkib, onları Qərbə qarşı cəbhə kimi yetişdirsin və Moskvanın rəqiblərinə qarşı təzyiqləri artırsın.

Rusiya-Afrika sammiti həmin planlara baxış bucağından Kreml üçün əhəmiyyətlidir, sözsüz ki, Moskva Afrikada əməliyyatlar keçirən “Vaqner” özəl hərbi təşkilatına təlimatlar verməyə də diqqət yetirəcək.

Rusiya Afrikadakı iştirakının strateji ölçülərini hərbi-siyasi miqyasla və iqtisadi-ticari diplomatiya ilə müəyyənləşdirməkdə yeni xətt tutacaq.

Qərbi Afrika regionu Rusiya üçün həyati əhəmiyyətlidir, bu bölgədəki hərbi rejimlər Moskva ilə əlaqələri gücləndirir. Düzdür, Rusiyanın rəqibləri ilə rəqabət aparmaq üçün resursları bol deyil, amma Moskvanın oynamaq üçün bəzi kartları var.

Məsələn, Rusiya Afrikanın gübrə təminatında ən böyük mənbədir, üstəgəl, o, neft, qaz və mədən sənayesində əhəmiyyətli bir gücdür. Rusiya taxıl dəhlizi ilə bağlı manipulyasiyalarını həmin potensialının gözünə qataraq tərəzidə ağırlığını artırmaq istəyir.

Ümumi planda isə Afrika hərbi-siyasi qarşıdurma, iqtisadi rəqabət məkanı olaraq qalacaq ki, bu da tarixi bir mirasın davam etdirilməsidir.

Lakin məsələ indi onda fokuslanır ki, maraqları toqquşan və birləşən dövlətlər hansı səfdə qərarlaşacaqlar.

Aşağı-yuxarı kimin hansı xəttin üstündə və buna dəstək ola biləcək maraqların üzərində dayanacağını təxmin etmək çətin görünmür.

Afrika uğrundakı strateji rəqabətdə Qərbə qarşı Rusiya-Çin müqavimət oxu formalaşa bilər, böyük ehtimal ki, Fransa da həmin ox ətrafında fırlanmağa maraq göstərəcək.

Bunun mümkün səbəbi Fransanın qlobal maraqlarının ABŞ-Böyük Britaniya tərəfindən daraldılması cəhdləri ilə əlaqəli ola bilər.

Türkiyə ilə bağlı bir nüans maraqlıdır, Ankara Afrikada Rusiyadan daha geniş nüfuz dairəsinə malikdir və Qərbin maraqlarına zərbə vurmaq məsələsində aqressiv deyil. Məntiqlə bu qənaət hasil olur ki, Türkiyə Afrikada Rusiya ilə münasibətlərə nisbətdə Qərbin maraqları çərçivəsini əsas tutacaq.

Fransa ilə bağlı məsələdə, Türkiyə Afrikada ABŞ-Böyük Britaniya xəttini müdafiə edən yanaşmaları daha çox göstərə bilər.

Rusiya-Afrika sammitindən sonra qara qitənin təhlükəsizlik şoklarına daha da həssaslaşacağı, daha rəqabətli mühitə, aktorların artan iddialılığına keçid edəcəyi gözləniləndir.

Bu o deməkdir ki, Afrikada aktorların əlində proksi qüvvə kimi fəaliyyət göstərən hərbi-qiyamçı dəstələrə yeni təlimatlar ötürüləcək.

Aqşin Kərimov - DİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru