Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                 

Müxalifətin növbədənkənar seçki gündəmi: - Kim hazırlıqda, kim tərəddüddə?
Tarix: 30-11-2019, 10:01 | Çap et
Müxalifətin növbədənkənar seçki gündəmi:
İki gün əvvəl Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclası keçirilib.

İclasda Milli Məclisin buraxılması və növbədənkənar seçki müzakirə olunub. Parlament məsələni 2 dekabrda müzakirə edəcək.

Artıq bəzi müxalifət partiyaları seçkidə iştirak edəcəklərini açıqlayıb.

ReAL Partiyasının sədri İlqar Məmmədov parlament seçkisində iştirak edəcəklərini bəyan edib.

O, bütün müxalif qüvvələri bu nümunəyə əməl etməyə və parlament seçkilərində iştiraka çağırıb. Bundan əlavə, Gələcək Azərbaycan Partiyası da keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərinə qatılacaq. Partiya sədri Ağasif Şakiroğlunun sözlərinə görə, Gələcək Azərbaycan Partiyası gənclərdən ibarət yeni siyasi komanda ilə seçkilərdə iştiraka çalışır.

Müsavat başqanı Arif Hacılı bildirib ki, bu parlament buraxılmalıdır:

“Amma bunun əvəzində yenə eyni və ya oxşar parlamentin yaranmaması üçün əvvəlcə ciddi seçki islahatları həyata keçirililməlidir. Keçirdiyimiz dəyirmi masada və IX qurultayımızda irəli sürdüyümüz seçki islahatları təkliflərinin qəbul olunmasını, yalnız bundan sonra növbədənkənar seçkilərin keçirilməsini tələb edirik”.

Bəzi siyasi partiyalar isə məsələni dünəndən etibarən müzakirə edir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat katibi Vüsal Qarayev Cebhe.info-ya partiyanın parlament seçkisinə çox yüksək səviyyədə hazırlaşdığlarını bildirib:

“Biz hər zaman seçkilərdə iştirakdan yana olmuşuq, seçkidə iştirakın hər bir partiya üçün prioritet olduğunu demişik və bunun təbliğatını aparmışıq. Növbədənkənar seçki bir az gec də olsa da, yerində verilmiş qərardır. Nəhayət ki, islahat deyə biləcəyimiz addım atıldı. Mütləq bu seçkilərdə iştirak edəcəyik. İlk qərarımız budur və seçkiyə yüksək səviyyədə hazırlıq başlayıb. Dövlətə, vətəndaşa xeyirli-uğurlu olsun. Ümid edirik ki, şəffaf, demokratik, sivil seçki olacaq”.

Partiyadan kimlərin namizədliyinin irəli sürülməsinə gəlincə, Vüsal Qarayev hələlik dəqiq say deyə bilməyəcəyini bildirib:

“Seçkilərə partiyanın rəhbər heyəti qatılacaq. Çox güman ki, ayrı-ayrı şöbələrdən də namizədliyini vermək istəyənlər olacaq ki, onlara da şərait yaradılacaq. Dəqiq say deyə bilmərəm. Amma imkanlarımız çərçivəsində çox namizədlə qatılmağa çalışacayıq”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin sözlərinə görə, seçkilərdə iştirakla bağlı qərar verdikləri təqdirdə əvvəlki təcrübələrindən, ölkədəki siyasi durumdan, beynəlxalq vəziyyətdən və digər məsələlərdən çıxış edəcəklər:

“Hələ qərarımız yoxdur və bir söz deməyə çətinlik çəkirəm. Ölkədə ən azı son 3 parlament və 2 prezident seçkisində iştirak təcrübəmiz var. O təcrübələrdən çıxış edərək, situasiyanı qiymətləndirib qərar verməyi düzgün sayıram. Hakimiyyətin elan etdiyi, hələ məqsədləri və gedişatı bəlli olmayan prosesə bu cür qucaq açmaq, ağuşuna tullanmaq təcrübəsizlikdir”.

ReAL sədrinin müxalif qüvvələri seçkiyə çağırmasına gəlincə, partiya sədri deyib ki, ReAL-ın seçki təcrübəsi azdır və ona görə də həvəslidir:

“Bu cür çağırışın edilməsi onların daxili durumundan xəbər verir”.

AĞ Partiya başqanı Tural Abbaslı seçkilərdə iştirakla bağlı hələ qərarın olmadığını vurğulayıb:

“Məsələni hələ müzakirə etməmişik. Sabah partiyamızın iclası keçiriləcək. Partiyanın İdarə Heyəti yoxdur, amma qərar veriləcək. Parlament hələ buraxılmayıb və yeni seçkilərin tarixi elan olunmayıb. İndidən tələm-tələsik hansısa qərarlar vermək qeyri-ciddi görünür. İmkan verək hakimiyyət addımlarını atsın. Bu məsələlər aydınlaşandan sonra partiya olaraq durumu dəyərləndirib qərar verəcəyik. Məni seçkiyə çağırıb-çağırmaması səlahiyyətini İlqar Məmmədovda görmürəm. Adama deyərlər ki, öz partiyanı dəvət et, nə istəyirsən et. Başqa partiyalara tövsiyə vermək, yol göstərmək bir qədər etik deyil. Yəqin siyasətdə yenidir. Ona görə də bu məsələlərdən hali deyil”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı hələlik qərar olmadığını bildirib:

““Parlament buraxıldı” deməklə olmur. Konstitusiyada parlamentin hansı formada buraxılması məsələsi açıq-aydın var. Əgər parlament buraxılarsa və növbədənkənar seçkilər təyin olunarsa, partiyanın iştirakı gözləniləndir. Çünki biz bütün seçkilərdə iştirak etməyə üstünlük veririk və dəyişiklikləri də seçkilərdə görürük”.

Əli Orucov prosesə kimlərinsə çağırışı ilə getmədiyini deyib:

“Hərə bir çağırış edir. Əli Əhmədov da bütün qüvvələri bələdiyyə seçkilərinə iştiraka çağırır. Müxalifət qüvvələrinin özlərinin kəskin düşüncəsi və yürütdüyü siyasət var. Gedən siyasi prosesləri dəyərləndirirlər. Çağırışlar edirlərsə, etsinlər. Burada qeyri-adi nəsə yoxdur”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu hesab edir ki, məsələ ilə bağlı qərar vermək partiyanın geniş müzakirəsindən keçir:

“Hər halda təmsil olunduğumuz partiyada məsələ geniş müzakirə olunandan sonra hansısa formada qərar vermək mümkündür. Parlamentin buraxılması məsələsinin müzakirəsi gündəmdədir. Ölkədə çox ciddi siyasi dəyişikliklərinin olacağı gözlənilir. KXCP böyük müzakirə keçirəndən sonra seçkidə iştirakla bağlı qərarını verəcək. Qərar olmadığına görə mövqe bildirməkdə çətinlik çəkirəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Dünən, 09:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru