Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

"Qızlarım mənimlə zarafatlaşdı ki, ata, indi sənin qəbuluna gələndə icazə alaq?" - deputat
Tarix: 10-03-2020, 08:53 | Çap et
"Qızlarım mənimlə zarafatlaşdı ki, ata, indi sənin qəbuluna gələndə icazə alaq?"
VI çağırış Milli Məclisin deputatı Razi Nurullayev Versus.az-a müsahibə verib.

DİA.AZ müsahibəni təqdim edir.

- Razi bəy, öncə sizi millət vəkili seçilməyiniz münasibətilə təbrik edirəm.

- Təşəkkür edirəm, çox sağ olun.

- Deputat olmaq necə hissdir, Razi bəy?

- Deputat olmaq nə qədər gözəl hissdirsə, deputat olmağın məsuliyyət hissi bir o qədər çətindir. Çünki deputat xalqın sözünü çatdıran, xalqın sözünü deyəndir. Xalqın da problemləri, sözü bitən deyil. Daim danışmalısan, xalqın yanında olmalısan. Deputatdan həm dövlət, həm seçicilər, xalq razı qalmalıdır, həm də parlamentdə nümunəvi fəaliyyət göstərməlisən.

“Yox, sən bizim üçün atasan, səndən icazə alan deyilik”

- Bir az ailənizdə bu uğurun sevincinin necə yaşanmasından danışın, təəssüratlarınız maraqlıdır.

- Uzun illərdir ki, siyasət meydanındayam. Bu meydanda olduğum müddətdə bir neçə dəfə seçkilərdə iştirak etmişəm. İlk dəfədir ki, seçkidən qalib ayrılıram. Buna qədər olan mərhələdə ailəm də mənimlə bərabər o çətinlikləri yaşayıb. Seçki öncəsi və seçki sonrası məsələlərin birbaşa iştirakçısı olub. Təbii ki, bu qalibiyyət hissi də bir başqa cür oldu. Ailəm, övladlarım sevindi.

- Sevinclərini necə göstərirdilər?

- Qızlarım mənimlə zarafatlaşdı ki, ata, indi sənin qəbuluna gələndə icazə alaq? Dedim ki, bəli, icazə almalısınız. Güldülər, boynuma atılıb qucaqladılar, öpdülər ki, yox, sən bizim üçün atasan, səndən icazə alan deyilik. Beləcə, zarafatlaşdıq, sevincimizi bölüşdük. Ailəm, övladlarım da deputat olmağımın məsuliyyətini hiss edirlər. Şükür olsun ki, mənim nümunəvi ailəm var və nümunəvi ailə olaraq da qalmaqda davam edəcəyik.

“Siyasətçilərin ən çox can atdıqları bir neçə post var”

- Razi bəy, niyə deputat olmaq istədiniz?

- Siyasətçilərin ən çox can atdıqları bir neçə post var. Əgər siyasi partiyasansa və siyasətçisənsə seçkilərdə iştirak edirsən. Və bütün siyasətçilər deputat olmaq istəyir. Bu, onların təbii hissidir, eyni zamanda siyasətçi missiyasından irəli gəlir. Siyasətçi parlamentdə olub nələrisə həll edə, danışa bilər. Bələdiyyə seçkilərində yer qazanaraq partiyasını gücləndirə bilir. Və təbii ki, prezident seçkilərində iştirak edib hakimiyyətə gəlmək istəyir. Yəni qeyd etdiyim kimi, parlament seçkilərinə getmək və deputat olmaq siyasi partiyaların və siyasətçilərin təbii hissidir. Təbii ki, bundan əlavə olaraq siyasətçinin əlində müəyyən bir rıçaqlar, siyasi imkanlar, səlahiyyətlər olmalıdır. Və deputatlıq da bu səlahiyyətlərdən bəzisini onlara təmin edir ki, onlar sözlərini tribunadan deyə bilsinlər və qaldırdıqları məsələlərin də həllinə çalışsınlar.

- Hədəfləriniz barədə müsahibələrinizdə açıqlamalar veribsiz. Daha çox hansı məsələnin üzərində dayanacaqsınız?

- Mənim üçün ən vacib məsələ hər doğulan uşağa uşaq pulunun bərpası məsələsidir. Hər doğulan uşağa müavinətin verilməsi və onların pulsuz yeməklə təmin olunmasıdır. Amma bu, bir deputatın səsi ilə həll olunan məsələ deyil. Bu məsələ ciddi araşdırılmalıdır. Artıq bu məsələ gündəmdədir. Və gündəmdə qalmasında, üç ildən artıq müzakirə olunmasında mənim müstəsna xidmətlərim var. Bu məsələni əsaslandırılmış şəkildə parlamentə və hökumətə təqdim etmək istəyirəm ki, ünvanlı sosial yardım ləğv oluna, bunların əvəzində bütün ailələr uşaq pulu ala bilər. Çünki hər bir uşağın böyüməsində dövlət də mənəvi ata kimi iştirak etməlidir. Yəni uşaq 50 faiz bioloji valideynə aid olsun, 50 faiz də qoy onların mənəvi atası dövlət olsun. Əgər hökumət bunu təmin edərsə, o zaman daha böyük ailələr yaranar. Azərbaycanda güclü ailələr formalaşar və onlar da dövlətin, hökumətin ətrafında sıx birləşə bilərlər.

“Bunu saxlamaq çox çətindir, amma...”

- Bu gün Razi Nurullayev mətbuata da, problemi olan şikayətçilərə də açıqdır. Sabah parlamentdəki Razi Nurullayev bu keyfiyyətini saxlayacaq, yoxsa bəzi deputatlar kimi özünü əlçatmaz edəcək?

- Sizi inadırım ki, bunu saxlamaq çox çətindir. Amma təbii ki, mən bu keyfiyyətləri saxlayacam. Təsəvvür edirsiz, seçici ən kiçik, xırda bir problemlə də bağlı deputata zəng edir. Mən seçkidən sonra indiyə qədər minlərlə zənglərə cavab verməli olmuşam. Özüm yüzlərlə zəng etmişəm. Kiçik problemdən tutmuş böyük problemədək hamısını dinləməyə çalışmışam. Nə dərəcədə həll edib edə bilmərik, bunu demək çətindir. İnanın ki, əgər deputatlar onlara gələn bütün zənglərə cavab versələr, onda onlar 24 saat yatmadan çalışmalıdırlar.

Mən isə qeyd etdiyim kimi, bunun hər hansı bir formada həllinə çalışacam. Yəni bu gün seçicilərimə nə qədər açığamsa, həmişə belə olacaq, əlaqə nömrəmi dəyişmiyəcəm, telefonumu bağlamıyacam, seçicilərimin yanında olmağa çalışacam, əlimdən gələn köməkliyi də bacardığım qədər göstərəcəm. Bildiyimiz kimi, dövlət də, hökumət də, deputat da gücünü xalqdan alır. Uca olan xalqdır və xalqın yanında dayanmaq da böyük şərəfdir.

- Siz hər zaman məmur özbaşınalığından, sakinlərin istər kiçik, istər böyük məmurlar tərəfindən incidilməsindən danışıbsız, problemləri ictimailəşdiribsiniz. Deputatlıq sizi o məmurlarla dostlaşdırıb, problemlərə qarşı laqeydləşdirməz ki? Seçicinin seçimi ilə mandat alıb üz çevirən deputatları çox gördük..

“Şikayət etməyə dəyməz, mən də şikayət etmirəm”

- Bilirsiz, həyatda heç bir məsələ daimi deyil, hər şey nisbidir. Heç kim ideal deyil, səhvlər ola bilər. Hər hansı bir məmuru tənqid edirəmsə və orada haqsız olmuşamsa, təbii ki, mən iddiamdan geri çəkilcəm. Amma yenə də haqsızlıq, özbaşınalıq gördüyümdə susmayacam, həmin məmurların cəzalandırılmasına çalışacam. Çünki Azərbaycan seçicilərinin münasibətləri, baxışları, davranışları tamamən dəyişib, deputatlardan onların gözləntilərini doğrultmağı istəyir. Və bu gözləntilər içərisində o problemlərin deyilməsi xalqın yanında dayanmaq deməkdir. Xalqın yanında dayanmaq isə xalqa qarşı əks mövqe tutanlar, onlara qarşı doğru-dürüst davranmayanlar haqqında həqiqəti deməkdir.

- Yeni seçilən deputatlardan biri belə bir açıqlama verdi ki, 5 il deputat olmaq 5 il azadlıqdan məhrumedilmə kimi bir şeydir. Siz necə düşünürsünüz?

“Bunlar bütün dünyada qəbul olunmuş atributlardır”

- Bu onun öz fikridir, yəqin ki, bunu deməkdə də müəyyən əsasları var. Amma hər bir fəaliyyətdə, vəzifədə müəyyən çərçivələr var. Mən bu gün partiya sədriyəm, təşkilat rəhbəriyəm və mən də azad deyiləm, çərçivələrim var. Kostyum, qalstuk geyinməliyəm, müsahibə verməliyəm, iclaslar keçirməliyəm. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq istənilən bir vəzifədə insan müəyyən bir azadlığından imtina etmiş olur. Və insanlar bunu şüurlu şəkildə seçmiş olur. Bunun üçün də şikayət etməyə dəyməz, mən də şikayət etmirəm.

Bunlar bütün dünyada qəbul olunmuş atributlardır, bu və ya digər fərqli şəkillərdə tətbiq olunur. İstər Amerika, Böyük Britaniya, Şərqi Avropa ölkələri, Azərbaycan, Səudiyyə Ərəbistanı, İran və Şimali Koreya olsun, hər bir ölkənin nə qədər çox demokratik və avtoritar olub olmamasından asılı olmayaraq, azadlıqlarının, hüquqlarının çərçivəsi var. Və hər bir vəzifəli şəxsin də addımlarının çərçivəsi var.

- Siyasi partiyadan olan deputatların partiyaları dövlət tərəfindən maliyyələşdiriləcək. Sizin partiya bu maliyyədən kənarda qaldı. Bu barədə nə düşünürsünüz?

- Təəssüf edirəm. Ümumiyyətlə, AXCP adına mən də, Əli Kərimli də iddia etdiyimiz üçün qeydiyyat yoxdur, hələ ki, bu məsələyə aydınlıq da gətirilməyib. O baxımdan mən parlamentdə bitərəf kimi təmsil olunuram. Çox istərdim ki, bu və ya digər şəkildə partiya mənsubiyyətim həll olunsun, partiyalılığım tanınsın və mən də parlamentdə partiya kimi təmsil olunum.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru