5 min üzv tələbi partiyalara problemlər yaradacaq - ETİRAZ
Tarix: 27-01-2023, 08:07 | Çap et
Ötən ilin sonunda qəbul edilmiş “Siyasi partiyalar haqqında” yeni qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Siyasi partiyalar 180 gün müddətində üzvlərinin sayını 5000 min nəfərə çatdırmalı, reyestrini hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etməlidir. Qeydiyyata alınmış siyasi partiyaların üzv sayı 4500-dən aşağı düşdükdə isə qurum məhkəmə qərarı əsasında ləğv edilə bilər. Reyestrin təqdim edilməməsi və ya yeni qanunda nəzərdə tutulmuş müddətlərə əməl olunmaması siyasi partiyanın təsis prosesinin yenidən başlanmasına səbəb olur. Həmçinin siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə Ədliyyə Nazirliyinə məlumat təqdim edilməlidir. Məlumat üçün deyək ki, əvvəlki qanunda partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət edirdi.
DİA.AZ-ın məlumatına görə, Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Şərq"ə açıqlamasında bildirib ki, "Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklər və qeydiyyata alınmaya görə 5000 üzv tələbi 10 milyondan çox əhalisi olan Azərbaycan üçün elə də böyük rəqəm deyil. Lakin partiya təmsilçisi hesab edir ki, mövcud siyasi fəallığı, təşkilatların maliyyə imkanlarının zəif olmasını, partiyaların dövlət strukturlarında və parlamentdə təmsilçiliyinin azlığını nəzərə alsaq, bəzi partiyalar üçün 5 min üzv şərti keçilməz hədd olacaq:
"Düşüncəmə görə, mövcud 54 partiyadan təxminən 10-15 partiya 5000-dən artıq tərəfdar toplaya bilər. Digər bir reallıq odur ki, Azərbaycan kimi kiçik və münaqişə zonasında yerləşən bir ölkədə cəmiyyətin 54 partiyaya bölünməsi də anormal haldır. Çox güman ki, vəziyyəti nəzərə alanlar yararsız siyasi qurumları utilizasiya etmək qərarına gəliblər. Yaxşı olar ki, qeydiyyat zamanı radikal dini istiqamətli və separatizmə meyilli qüvvələrə güzəşt edilməsin. Ümid edək ki, gələcəkdə yenidən formalaşan siyasi partiyaların dövlətin idarəetmə strukturlarında təmsilçiliyi nəzərə alınacaq. Vəhdət Partiyası prosesə hazırdır və üzvlərin sayı məsələsində çətinliyimiz yoxdur. Hazırda bütün rayon təşkilatlarında üzvlərimizin sayı dəqiqləşdirilir. Bu səbəbdən partiya yanvar ayının əvvəlinə təyin edilmiş qurultayın vaxtını dəyişdirərək yaz aylarında keçirəcək. Partiyanın çox rahatlıqla təkrar qeydiyyat prosesini keçəcəyi heç kimdə şübhə doğurmasın".
V.Əfəndiyev vurğulayıb ki, hakimiyyətin idarə edilməsində fikir plüralizmi dövlətin inkişafına xidmət edən amillərdən olduğu üçün bu məsələyə xüsus diqqət yetirilməlidir:
"Yeni siyasi ab-hava ilə seçki qanununa dəyişikliyin edilməsi labüddür. Konstitusiya dəyişikliyinə gedilərək ilk növbədə parlamentli-üsul idarəyə keçilməlidir və proporsional seçki sistemi bərpa edilməlidir. Parlament deputatlarının sayı da həm Qarabağda, həm də Naxçıvandakı dəyişiliklərlə əlaqədar olaraq müəyyən edilərək artırılmalıdır. DİA.AZ-ın məlumatına görə, Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında deyib ki, təmsil olunduğu partiyanın sədri, millət vəkili Razi Nurullayev "Siyasi partiyalar haqqında" qanun layihəsinin lehinə səs verib. Partiya funksioneri hesab edir ki, qanun partiyaların inkişafına və təkmilləşməsinə müəyyən dərəcədə xidmət edəcək: "Milli Cəbhə Partiyasının tələb olunan üzv sayı ilə, reyestr və qeydiyyatla bağlı hansısa problemi yoxdur. Üzvlərimizin sayı kifayət qədər çoxdur və partiyaya yeni üzvlər cəlb olunmaqdadır. Rayon şöbələrimizin də sayı artır və aktiv şəkildə fəaliyyət göstərirlər. Fəaliyyətimizi yeni qanuna uyğun olaraq qururuq".
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini, hüquq müdafiəçisi Xəzər Teyyublu isə müəyyən çətinliklərin olacağını istisna etməyib. Partiya təmsilçisi qeyd edib ki, "Siyasi partiyalar haqqında" qəbul olunmuş yeni qanuna əsasən, partiyalar 5000 üzv yığmalı və onların hamısını Ədliyyə Nazirliyində reyestrdən keçirməlidir. Bundan sonra partiya yenidən qurultay keçirməlidir:
"Yəni əvvəldən qurultay keçirmiş partiyalar yenidən reyestr üçün yenidən hazırlanmalıdır. Təbii ki, bu məqam partiyalar üçün çətinlik yaradır. Hesab edirik ki, partiya üzvlərinin bütün xırda məlumatlar əks olunmaqla Ədliyyə Nazirliyində reyestrdə olmasına ehtiyac yoxdur. Çox əziyyətli işdir. Amma qeyri-mümkün deyil. Ölkənin tanınmış partiyaları, yerlərdə rayon şöbələri olan siyasi təşkilatlar üzvlük tələbi və reyestrlə bağlı ciddi problemlər yaşamayacaq. Ancaq ümumən düşünürük ki, qanundakı müəyyən məqamlar ortadan qaldırılsa yaxşı olar. Əvvəlcə qurultay keçirilsin, sənədlər qəbul edilsin, ondan sonra üzvlərin reyestri tələb olunsun. Ancaq reyestrdən sonra yenidən qurultayın tələb edilməsi anlaşılan deyil. Əslində partiya üzvləri haqqında bütün məlumatların müvafiq quruma təqdim olunması da məqsədəuyğun deyil. Fikrimizcə, bu tələb mövcud siyasi mühitdə partiya və üzvlər üçün təhdidlər yaradır. Xüsusən, rayon yerlərində insanlar belə məsələlərə ehtiyatlı yanaşır, çəkinirlər. Ona görə də qanunun sadələşdirilməsinə ehtiyac var".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
|