“Yayılan xəbərləri informasiya savaşı kimi də dəyərləndirmək olar” - Partiya sədri
Tarix: 10-02-2023, 08:45 | Çap et
Ermənistan Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat həyata keçirməyi planlaşdırır. Təxribat planının hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək. Bununla bağlı xəbər bəzi yerli xəbər portallarında dərc olunub. Məlumata əsasən, vurğulanıb ki, hazırda SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş və xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşdirilir və burada Ermənistan Müdafiə Nazirliyinin Kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır.
Əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır. Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib. Bir sözlə, Azərbaycan tərəfində bölmə komandirləri və hətta SEPAH-ın diversiya qrupunun bəzi döyüşçüləri haqqında da dəqiq məlumatlar var. Daxil olan məlumata əsasən, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Azərbaycan Ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan silahlı qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək. Azərbaycan Ordusunun əsgərləri formasında olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. Eyni zamanda erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək. Bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə SEPAH-ın əlavə bölmələri cəlb oluna və Azərbaycan Ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Bu zaman İranın "Şahid" kamikadze pilotsuz təyyarələrindən istifadə edilməsi də mümkündür. Məlumata görə, döyüşlərə Ermənistandan olan diversantlar da qoşulacaq.
DİA.AZ-ın məlumatına görə, yayılan təxribat xəbərlərini "Şərq"ə dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev deyib ki, İran tərəfi mütəmadi olaraq Ermənistana kömək edib, təlimatlar göndərib, silahlı qüvvələrə hərbi təlimlər keçib. Hətta terrorçu PKK da İranla paralel uzun müddət işğalda saxlanılmış torpaqlarımızda separatçılara təlim keçiblər:
"44 günlük müharibədə 9 tonluq silah-sursat da, yanacaq ehtiyatları da İran ərazisi ilə Ermənistana ötürülmüşdü. Sonrakı dönəmdə Ermənistana raket verilib və onlarla bağlı təlim qrupları göndərilmişdi. Ancaq İran və Ermənistan unudub ki, Rusiyanın verdiyi "İsgəndər" raketləri ilə belə Azərbaycana heç nə edə bilmədilər. Düşmənin ordan-burdan əldə etdiyi bütün silahları Azadlıq meydanında sərgiyə qoyduq. İran tərəfi Ermənistana açıq yardımlarla bağlı təzyiq vasitələrinə də əl atmışdı. Cənub sərhədimizdə hərbi təlimlərə başlamışdı. Azərbaycan adekvat addımla İrana layiqli cavab verdi. Təlimlərdə Ordumuzun ən yüksək səviyyədə olduğu bir daha nümayiş olundu. Əlbəttə, İran çalışacaq ki, bundan sonra da Ermənistana dəstək versin. Ancaq reallıq odur ki, Ermənistanın özü də savaş əhval-ruhiyyəsində və marağında deyil. İrəvan Rusiyadan uzaqlaşmaq və Qərbə yaxınlaşmaq üçün müəyyən addımlar atır. İranın bu cür oyunlarından isə Ermənistan tərəfi sadəcə faydalanır. Azərbaycanla sərhədlər müəyyənləşmədiyi üçün özləri qəsdən informasiyalar yayırlar ki, guya, "SEPAH Ermənistan sərhədindədir". Bunu da qorxudan edirlər. Özləri də fərqindədirlər ki, İran Azərbaycanla savaşa girməz. Əgər bizimlə müharibə edərlərsə, Azərbaycan təkbaşına İranı çökdürər. Çünki Azərbaycan tərəfdən 10 milyon deyil, 50 milyonluq xalq döyüşəcək. Fars rejimi yaxşı bilir ki, Güneydəki 40 milyon Azərbaycan türkü bizimlə bərabərdir. İran rejimi türklərdən qorxur. Elə ona görə də Xoyda baş vermiş zəlzələdə Türkiyənin yardım təklifini rədd etmişdi. Səfirliyimizə də hücumun məqsədi Quzey Azərbaycanla Güneyin əlaqəsini qırmaq idi. Rəsmi Bakı Təbrizdə konsulluğu saxlamaqla mesaj verdi ki, Tehranla əlaqəmizi kəssək də, soydaşlarımızla daim birlikdəyik". Bununla yanaşı F.Quliyev vurğulayıb ki, hər təhlükəyə, təxribata da hazır olmaq lazımdır: "Ordumuz da daim ayıq-sayıq olmalıdır. İstənilən təxribat cəhdində millət olaraq bütün imkanlarımızla səfərbər olmağa hazırıq. Lakin inanmıram ki, indiki vəziyyətdə İran Azərbaycana qarşı ciddi təxribata əl atsın. İranın başı çoxdan cəllad kötüyünün üstündədir. Böyük Britaniya, ABŞ, İsrail və başqa ölkələr ciddi şəkildə İrana qarşı xəbərdarlıq ediblər, hətta hərbi əməliyyatların başlayacağını istisna etməyiblər. Eyni zamanda ərəb dövlətləri də İrana qarşı hazırlıq içindədir. İranın tərpənməsi əks effekt verəcək. Yayılan xəbərləri informasiya savaşı kimi də dəyərləndirmək olar. Görünür, belə məlumatlarla Tehranda səfirliyimizə qarşı terroru arxa plana keçirməyə çalışırlar".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
|