Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                     Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir .....                     "Azəriqaz" cəzalandırıldı .....                     Bakı və Ankaranın bir layihədə 3 hədəfi .....                     İrandan müharibə anonsu .....                     "132 manatlıq məhsul qeybə çəkilib" .....                     Satacağımız almalar da əlimizdə qalıb... .....                     Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə... .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? .....                     Ucuz ev, yoxsa oyun? .....                     "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" .....                 

“ALDP heç vaxt YAP-ın siyasi kursunu dəstəkləməyib” - Fuad Əliyev
Tarix: 15-02-2023, 08:07 | Çap et
 “ALDP heç vaxt YAP-ın siyasi kursunu dəstəkləməyib”
“Siyasi partiyalar haqqında” yeni qanunun təsdiqlənməsindən sonra ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyalar hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşmək qərarı verib.

Həmin partiyaların bu addımı yenidən qeydiyyat problemi ilə bağlıdır. “Siyasi partiyalar haqqında” yeni qanunda partiyaların qeydiyyata alınması üçün ən azı 5000 üzv tələb edilir. Həmin partiyalar isə bu tələbə cavab vermir. Baxmayaraq ki, partiyalara yeni qanuna uyğunlaşmaq üçün 6 ay vaxt verilib, YAP-a birləşmək istəyən təşkilatlar bu müddət ərzində də 5000 üzv toplaya bilməyəcəklərini düşünür.

YAP-a birləşmək istəyən partiyalar arasında Sosial Rifah Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal-Demokrat Partiyası və bu kimi partiyaların adı çəkilir.

Məlumat üçün deyək ki, adıçəkilən partiyalar uzun müddətdir ki, fəaliyyət göstərir və hakimiyyətə yaxın siyasi təsisatlar hesab olunurlar. Digər müxalifət və qeydiyyatla bağlı problem yaşayan partiyalar Qubad İbadoğlu kimi partiyasını qapadacaq, yoxsa hansısa birləşmə mümkündürmü?

AĞ Partiya başqanı Tural Abbaslı yeni qanundan narazılığını gizlətmədi: “Azərbaycanda yaradılmış siyasi mühit elə bir vəziyyət yaradıb ki, qeydiyyatdan keçmiş 60-a yaxın partiyanın bir çoxu bu qanundan qabaq da demək olar ki, faktiki olaraq fəaliyyətini dayandırmışdı. Ən yaxşı halda partiyaların 80%-i bir sədrlə təmsil olunurdu. Bir çoxunun rayon təşkilatları, üzvləri yox idi. Heç partiyalar var idi ki, bir otaqdan ibarət qərargahları belə yox idi. Yer tutmağa belə tələsmirdilər. Həmin partiya sədrləri müəyyən yerlərdə özlərini sədr kimi təqdim etməkdən başqa heç bir siyasi fəaliyyət göstərmirdilər. Düzdür, fəaliyyət göstərən partiyalar da var idi. Amma bu çox az sayda idi. 10-15 partiya var idi ki, müxtəlif təzyiqlərə rəğmən yenə də fəaliyyətlərini davam etdirirdilər. Amma siyasi mühit partiyaların perspektivinə mane olurdu. Ona görə də bu gün Azərbaycanda demək olar ki, sadə bir şərtə görə partiyalar sıradan çıxır. YAP-a birləşmək istəyən, yaxud bu imzaları təhvil verə bilməyən partiyalar zatən Azərbaycan siyasi səhnəsində yox idilər. Amma bu qanun azdan-çoxdan mövcud olan bəzi partiyalara maneçilik törədəcək. Siyasi proseslərdə iştirak edən, parlament seçkilərində azdan-çoxdan namizədlərlə iştirak edən, prezident seçkilərində iştirak etməyə cəhd göstərən, bələdiyyə seçkilərində proseslərə qoşulan, siyasi proseslərə rəy bildirən, təsir etməyə çalışan, müsahibələr verən, cəmiyyətdə rəy yaratmağa çalışan az sayda partiyalar var idi. Onlar da bu qanunla çətinliyə düşmüş olub”.

Partiya başqanı partiyasının üzvlük məsələsində heç bir problem yaşamadığını da qeyd etdi: “Biz hətta günü sabah belə siyahıları təqdim edə bilərik. Çünki bizdə zatən üzvlər elektronlaşdırılıb. Əslində partiyaların digər partiyalara birləşmələri bir az ideoloji məsələ olmalıdır. Partiyaların ideoloji xətləri eyni deyilsə, necə birləşə bilərlər. Şəxsi maraqları da təmin etmək üçün iqtidar partiyası ilə birləşib, ola bilsin ki, oradan nəsə almaq düşüncəsi olsun. Amma ideoloji xətləri uyğun olmayan partiyaların birləşməsi, sadəcə, gülüncdür. Məsələn, AG Partiya Azərbaycanda heç bir siyasi partiyaya birləşməz. Buna heç ehtiyacımız da yoxdur. İdeoloji baxımdan biz heç müttəfiq belə olmuruq”.

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev problem yaşamayacaqlarına ümid edir: “Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Yeni Azərbaycan Partiyasına birləşəcəyi ilə bağlı xəbər həqiqətə uyğun deyil. ALDP heç vaxt YAP-ın siyasi kursunu dəstəkləməyib. Biz müxalifət partiyası olaraq daim onların siyasətini tənqid etmişik. Bu gün də daxili siyasətlə, sosial problemlərlə bağlı tənqidi çıxışlar edirik. Biz hansısa partiya ilə birləşmək fikrimiz yoxdur. ALDP ilə kimlər birləşmək istəyərsə, təklifləri müzakirə etməyə hazırıq.

“Siyasi Partiyalar haqqında” yeni qanuna uyğun olaraq, hər bir partiya 5 min üzvün qeydiyyatını aparmalıdır. Bu istiqamətdə heç bir çətinliyimiz yoxdur, kifayət qədər üzvümüz var, sənədləri vaxtında Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Bu istiqamətdə də hazırda işləyirik. Üzvlərimizə bir daha baxış keçiririk. Çünki 24 illik partiyayıq. Üzvlərdən rəhmətə gedənlər, yaxud partiyadan çıxanlar da ola bilər. Biz indi onları araşdırırıq. Lazım olan 5 min üzvdən çox siyahı da təqdim edə bilərik".

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov bəzi partiyaların YAP-a birləşməsinin ən doğru qərar olduğunu söylədi: “Əslində "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra bir sıra partiyaların Yeni Azərbaycan Partiyasına birləşəcəyi və ya hansısa partiyaların öz aralarında birləşmək qərarı alacağı gözlənilən idi. Burada partiyaların təkrar qeydiyyat üçün 5000 üzv olması şərti əsas rol oynasa da, eyni şəkildə bir sıra partiyaların ölkənin siyasi həyatında aktiv rol almaması da səbəblərdən biridir.

AMİP olaraq hər bir partiyanın öz gələcək fəaliyyəti ilə bağlı qəbul etdiyi qərara sayğı ilə yanaşırıq və bu yöndə istənilən qərarın qəbulunu partiyaların daxili işi hesab edirik. Düşünürəm ki, hakimiyyətin siyasi kursunu dəstəkləyən və ayrılıqda siyasi proseslərə təsir imkanı olmayan partiyaların elə YAP-a birləşməsi ən uyğun qərardır. Eyni şəkildə ideoloji baxışları və siyasi proseslərə münasibətləri eyni olan, təkbaşına fəaliyyət və təsir imkanları yetərli olmayan partiyaların da öz aralarında birlik qərarları alması müsbət addım olardı. Konkret adını çəkdiyiniz partiyalara gəldikdə isə deməliyəm ki, bu haqda məlumatlar getdikdən sonra Sosial Rifah Partiyasının sədri Əsli xanım və Liberal Demokrat Partiyasının sədri Fuad bəy həmin məlumatları təkzib edən açılamalarla çıxış ediblər. Liberal Demokrat Partiyasının bütün səviyyəli seçkilərdə öz namizədləri ilə iştirak etdiyini nəzərə alaraq, partiyanın təyin olunan müddət ərzində müvafiq sayda insanı səfərbər edərək qeydiyyat işini müsbət həll edə biləcəyinə inanıram. Amma yenə təkrar edirəm ki, ölkədə kifayət qədər partiya var ki, onların fəaliyyəti hiss olunmur və ictimai rəyə təsir etmək imkanları yox səviyyəsindədir. Odur ki, yeni siyasi münasibətlərin fonunda bu partiyaların YAP-a birləşmə və ya öz aralarında birlik qərarları verməsi ən düzgün addım olardı.

Azərbaycan Milli İstiqlal Partiyası olaraq bizim təbii ki, hər hansı bir qeydiyyat problemimiz yoxdur. Biz ən yaxın vaxtlarda tələb olunan siyahıları müvafiq dövlət qurumuna təqdim edəcəyik".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru