Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                     Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir .....                     "Azəriqaz" cəzalandırıldı .....                     Bakı və Ankaranın bir layihədə 3 hədəfi .....                     İrandan müharibə anonsu .....                     "132 manatlıq məhsul qeybə çəkilib" .....                     Satacağımız almalar da əlimizdə qalıb... .....                     Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə... .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? .....                     Ucuz ev, yoxsa oyun? .....                     "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" .....                     "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı .....                 

"Bölgədə “kim-kimi...” məsələsi həll olunur" - deputat
Tarix: 17-02-2023, 08:58 | Çap et
"Bölgədə “kim-kimi...” məsələsi həll olunur"
DİA.AZ Milli Məclisin deputatı Fazil Mustafanın hafta.az-a müsahibəsini təqdim edir:

- Regionda suverenliyimizin tam bərpa olunmadığı separatçı və beynəlxalq missiyaların daşındığı Şərqi Zəngəzurun sərhədlərində, Qarabağ iqtisadi zonasında, eləcə də İranla sərhəddə hansı təhlükə ilə üz-üzəyik? Azərbaycan təhlükəni hardan gözləməlidir və durumu nə dərəcədə nəzarətdə saxlaya bilir?

- Bölgədə “kim-kimi...” məsələsi həll olunur. Azərbaycan daha üstün mövqeyə malikdir və ərazi üzərində nəzarətini həyata keçirir. İndi hər hansı bir şəkildə Ermənistanın sülhdən uzaq durması, yaxud hansısa formada başqa ölkələrin dəstəyinə söykənərək prosesi ləngitməsi Ermənistanın özünün ziyanına işləyir. Hadisələrin gələcək inkişafı Azərbaycanın bu prosesləri tam nəzarət altına götürməsi ilə yekunlaşacaqdır. Məqsədyönlü siyasətimiz bu istiqamətdədir, bütün proseslər ona doğru gedir. Bu baxımdan bu məsələdə çox da narahatlıq keçirməyə əsasımız yoxdur. Təbii ki, indi vəziyyət arzu etdiyimiz deyil. Bu vəziyyətin Azərbaycan üçün əvvəlki vaxtlardan daha münasib, faydalı olduğunu söyləməyə əsaslarımız kifayət qədər böyükdür. Ona görə də bu məsələdə bütövlükdə Azərbaycanın millli maraqlarına uyğun hərəkət ediləcək. Ermənilər sülhə gəlməyə məcbur olacaqlar. Çünki qarşıda başqa seçimləri yoxdur.

- Rusiya Qərb və Avropa İttifaqının mülki missiyalarının Ermənistana gəlişindən narahatdır. Ermənistandakı rus səfiri deyir ki, mülki missiya xalqlara heç nə vəd etmir və qısası Rusiyanı heç kəs regiondan çıxara bilməz. Bu, eyni zamanda Azərbaycana hansı mesajdır?

- Rusiya səfirinin bu açıqlamasını hələlik Ermənistana verilən bir mesaj kimi qəbul etməliyik. Azərbaycan hələ ki, bu məsələdə hansısa bir demarş, hansısa yeni siyasəti izləməyi düşünmür. Sülhməramlı olaraq bu gün Rusiyanın bölgədə olması, indiki şəraitdə başqalarının olmasından daha çox maraqlarımıza uyğun gəlir. Eyni zamanda Azərbaycan başqa mülki missiyaların regiona gəlməsinə razılıq vermir. Ona görə də bu məsələdə Rusiyanın məlum yanaşması bizi indiki şərtlərdə qane edir. Azərbaycanın razılığı olmadan Ermənistanın maraqlarını güdərək, onu qorumaq üçün regiona missiya göndərmək istəkləri bütün hallarda Azərbaycan tərəfindən qınanır və onların hər hansı fəaliyyətinə imkan yaratmağı düşünmür. Məsələnin real mahiyyəti budur. Sonrakı gedişatda Rusiyanın belə bir yanaşmasının hansı nəticə verəcəyini hadisələrin inkişafı göstərəcək. Hələ ki, Azərbaycanla Rusiya arasında bu məsələ ilə bağlı narahatlıq doğuran problem yoxdur.

- Ermənistanın, üstəlik Qarabağa gətirmək istədiyi və bunda maraqlı olan Fransanın mülki missiyasının regiona gəlişi Azərbaycan-Ermənistan arasında sülhün yaranması üçün hansı əhəmiyyəti daşıya bilər?

- Ermənistanın Fransa ilə iş birliyində olması və Fransanın Ermənistanın haqsız mövqeyini müdafiə etməsi, Azərbaycana düşmənçiliyi, bizə o əsası verir ki, bu ölkəni bütün müzakirələrdən kənarda saxlayaq. Bizim üçün Fransa II, İran isə III Ermənistan dövlətidir. Bunlar Ermənistanın təsiri altında olan dövlətlərdir və özlərinin milli dövlətçilik ənənələrini Ermənistanın maraqlarına qurban veriblər. Ona görə də bizim Fransanın hansısa missiyasını qəbul edəcək bir marağımız olmayıb və bundan sonra da olmayacaq. Ermənistan çox şey istəyə bilər, amma reallıqlar bölgədə başqadır və bu reallıqları kiminsə rahatlıqla aşıb keçməsi mümkün deyil. Bu bölgədə Azərbaycanın mövqeyinin necə olması həmin dövlətlər üçün vacib sayılmalıdır. Bura Azərbaycan əraziləridir və Azərbaycan öz ərazisində əvvəlki illərdə olduğu kimi, kimlərinsə işğalçının yanında boy göstərməsinə imkan verməyəcək. Bu baxımdan məsələnin hansısa şəkildə başqa aspektdən müzakirəsi mümkün deyil.

- Ermənistanla sülh danışıqları nə zaman bərpa edilə bilər? Avropa Birliyi, Rusiya kimi vasitəçilər bu prosesdə niyə qətiyyət nümayiş etdirə bilmir, niyə Ermənistan üçtərəfli sazişə əsasən öhdəliklərin yerinə yetirlməsinə məcbur edilmir?

- Ermənistanın üçtərəfli sazişə əsasən öhdəliklərini yerinə yetirməməsi, əslində, Ermənistanın özü üçün problem yaradır. Birincisi, dövlət olaraq yenidən etibarını zədələmiş oldu. İkincisi, Ermənistan bu prosesdə vaxt itkisinə səbəb olur. Torpaqlar işğaldan azad olunub, Azərbaycanın öz əlindədir, sülh prosesini hər hansı bir şəkildə yubatmaq Ermənistanın özünün kommunikasiya sistemini çətin vəziyyətə salıb. Təbii ki, burada Rusiyanın marağı müqavilənin imzalanmasından sonra müəyyən nəticələrin olmasıdır. Bu, Rusiya üçün də ciddi narahatçılıq yaradan məqamlardan biridir. Rusiya guya bu məsələdə özünün prosesdə aktiv rolunu, gələcəkdə tənzimləyici rolunu düşünürsə, hansısa fikri, mesajı gündəmə gətirən zaman mütləq Azərbaycanla bağlanan məlum sənədlə qarşılaşacaqdır. Ona görə də Rusiya hamıdan çox maraqlı olmalıdır ki, məsələni biz istədiyimiz aspektdə həll etsin. Ermənistan bu prosesi yubatdıqca özünə lazım olan məsələlərin həllini daha çox geridə saxlayır. Bu isə gələcəkdə Ermənistanın bu kimi məsələlərdə, münasibətlərdə hansısa bir üstünlük qazanmasına, yaxud da normal tənzimlənməyə maneə olacaqdır. Burada dövlətin etibarı çox önəmli məsələdir. Bu dövlət imzaladığı sənədə hörmət qoymursa onun imzaladığı sazişə hörmət qoymayacağı bəribaşdan bilinir. Bu baxımdan Ermənistanın “ərköyünlüyü” heç bir halda kimsə tərəfindən normal qarşılana bilməz və bunun acı nəticələrini yaxın günlərdə görəcəkdir.

- Regionda Ermənistanın yaratdığı gərginlik, sülhməramlıların öz missiyasını düzgün yerinə yetirməməsi, bir tərəfdən də xəbərlərin gündəmi olan “İranla Ermənistanın müharibə hazırlıqları” III Qarabağ savaşını nə dərəcədə real edir?

- Ermənistan hansı gərginliyi yaradırsa-yaratsın, hansı ölkə ilə əməkdaşlıq edib Azərbaycanı təhdid eləməyə çalışırsa-çalışsın, qüvvələr nisbəti, real vəziyyət, tamam fərqlidir. Azərbaycan istənilən həmlələrin qarşısında dura biləcək gücə sahibdir. Ona görə də düşünülmüş şəkildə yayılan belə xəbərlər bizi narahat eləməməlidir. Biz öz hazırlığımızı aparmalı, həm müharibə, həm də regionda müəyyən dərəcədə prosesləri tənzimləmək üçün addımların ardıcıl atılmasını təmin eləməliyik. Əks halda bölgədə bu qüvvələrin revanş götürməsi bizim təhlükəsizliyimiz, gələcəyimiz üçün problem yaradır. Bu baxımdan hesab edirəm ki, biz real vəziyyəti çox dəqiq qiymətləndiririk. Vəziyyət onu diqtə edir ki, Azərbaycan bütün hallarda özünə aid olan prosesləri doğru-düzgün tənzimləməlidir və bu məsələdə də öz hazırlığımızı gücləndirməliyik. Əks halda bu proselər bizim üçün nahartedici məcraya gəlib çıxa bilər.

- Artıq 67 gündür ki, Laçın-Xankəndi yolu üzərində aksiya keçirən Azərbaycanın ictimaiyyət nümayəndələrinin, ekoaktivistlərin dinc tələbləri davam edir. Tələblər isə yerinə yetirilmir. Növbəti addımlarımız nə olmalıdır?

- Laçın-Xankəndi yolunda davam edən aksiya, əslində, böyük əhəmiyyətə malikdir. Bu aksiyanın yekunu həmin ərazidə Azərbaycan postlarının qurulması olacaq. Azərbaycan bu aksiyanı davam etməlidir və bu istiqamətdə hər hansı bir tərəddüdümüz ola bilməz. Bu prosesdə bütün dövlət maraqlarımızı təmin eləməliyik. Eyni zamanda bu aksiyanın böyük bir əhəmiyyəti o oldu ki, artıq Laçın yolu Azərbaycanın nəzarətindədir. Hər hansı bir şəkildə, hər hansı bir qüvvənin buna maneə yaratmasına imkan verə bilmərik.

Bu baxımdan aksiyada irəli sürülən tələblər onsuz da yerinə yetirilməyəcək. Ermənistan və Qarabağda olan separatçılar tələb yerinə yetirsəydilər çoxdan problemlər həll olunmuşdu. Blakin biz özümüzə aid olan hissədə özümüz öz qərarlarımızı yerinə yetirməliyik. Ona görə də hər hansı bir qüvvənin burada bizə maneə olması, yaxud tələbimizi yerinə yetrməsi bizim üçün əsas deyil. Əsas aksiyadır və onun yekunudur. Hər hansı bir savaş təhlükəsi ortaya çıxarsa qətiyyətli şəkildə düşmənin başını əzməliyik.

- Bu aksiya beynəlxalq ictimaiyyət, eləcə də regionda sülh istəyən güclər tərəfindən nə dərəcədə ədalətli şəkildə diqqətə alınır. Əgər ermənilər bu gün Azərbaycana torpaq hərisliyini önə çəkirsə, yenə də “Şuşa Azərbaycanın deyil” iddiaları ilə çıxış edirlərsə, İranla birləşib “Zəngəzur yolu açılmayacaq” bəyanatları verirlərsə, növbəti addımlarımız nə olmalıdır?

- Artıq nə bəyanat verirlərsə-versinlər, bunun bizim üçün elə bir əhəmiyyəti yoxdur. Şuşa Azərbaycandadır və bu gün Qarabağ bölgəsində istənilən ərazini öz tabeliyində görməyə hazırdır və bunu edəcək. “Zəngəzur dəhlizi” məsələsi də bizim gündəmdə o qədər də narahatlıq doğuran məsələ deyil. Günlərin bir günü bu problemi də həll edəcəyik. Necə ki Qarabağ məsələsini həll etdik, Zəngəzuru da elə həll edəcəyik. Bu tarixi torpaqların hər hansı bir şəkildə Ermənistanın əlində bir vasitəyə çevrilməsinə yol vermək olmaz. Biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, amma beynəlxalq hüquq, həm də imzalanan müqaviləyə əməl etməyi tələb edir. Buna əməl olunmursa, o zaman həllini gözləyən məsələlərin əncamını özümüz çəkəcəyik. Ermənistan arxayın olmasın ki, hələ ki, sülh prosesinə qarşı müqavimət göstərir. Azərbaycan nəhayət öz iradəsini ortaya qoyacaq.

- Artıq Xocalı soyqırımının 31-ci ili yaxınlaşır. Mövcud gərginlik və Xocalıda hələ ki, suverenliyimizin bərpa olunmaması və 44 günlük zəfər savaşında başı əzilən düşmənin yenidən baş qaldırma cəhdi soyqırımla bağlı hansı addımların atılmasını tələb edir?

- Xocalı soyqırımınin tanıdılması məsələsi bizim gündəmimizdə təxirəsalınmaz tələb kimi durur. Erməni vəhşiliyini sübut etmək üçün dünya arenasına Xocalı soyqırımının vəhşətlərini çatdırmalıyıq və bu istiqamətdə təbliğatımız davam edir. Xocalını işğaldan azad edib geri qaytarandan sonra mütləq bu istiqamətdə digər müstəvilərdə - soyqırımın tanıdılması, ermənilərin törətdiyi vəhşiliklərin izləri ilə gedib daha dərindən ifşa olunmalarını təmin edəcəyik. Hələ ki, Xocalı bizim nəzarətimizdə deyil, ona görə də daha çox ideoloji təbliğata üstünlük verməliyik. Sonrakı mərhələdə isə bunu daha da genişləndirəcəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru