“Axı 6 aylıq kursla ixtisasını dəyişən şəxslər yaxşı mütəxəssis hesab oluna bilməz” - Ekspert danışır
Tarix: 2-03-2023, 08:26 | Çap et
"Əgər digər ixtisas sahibləri yenidən hazırlıq keçibsə, təhsili idarəetmə diplomu varsa, direktor təyin edilə bilər”. Bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Ümumtəhsil müəssisələrində pedaqoji təhsili olmayan direktor olmadığını vurğulayan nazir qeyd edib ki, bəzən məktəb direktorunun pedaqoji təhsilinin olmadığına dair məlumatlar yayılır: “Həmin şəxs sonradan pedaqoji təhsil alıb. Belə şəxslər varsa, nazirliyə müraciət edə bilərsiniz. Direktor ilk növbədə öz fənnini yaxşı bilməlidir. Amma öz fənnini yaxşı bilən hər müəllim də direktor ola bilməz”. DİA.AZ bildirir ki, təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında deyib ki, son illərdə yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə direktor, direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsahibə və müsabiqə mərhələsi ilə keçirilir. Bu mərhələdə namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndirilir:
“Əslində sosial lift faktoru təhsil sistemindəki idarəetməyə müsbət təsir göstərir. Orta ümumtəhsil müəssisələrində çalışan şəxslər Elm və Təhsil Nazirliyinin elan etdiyi işə qəbul proseslərində iştirak edərək müvafiq vəzifələrə qəbul olunurlar. Məktəb direktorlarının bu formada işə qəbuluna 2013-cü ildən başlanılıb və sabiq təhsil naziri Mikayıl Cabbarov bu istiqamətdə çox ciddi islahatlar həyata keçirmişdi. Hansı ki o zaman üçün inqilabi dəyişikliklər hesab olunan islahatlar təhsil sisteminin ümumi durumuna müsbət təsir göstərmişdi. Qanunvericiliyə görə, direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə bilər. Qeyd olunan göstəricilərə malik olan istənilən şəxs müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilmək hüququ verilib. Amma etiraf etmək lazımdır ki, hazırda bir sıra məktəblərdə pedaqoji və yaxud da idarəetmə sahəsi üzrə təhsili olmayan şəxslər direktor kimi fəaliyyət göstərir. Elm və Təhsil nazirinin həmin şəxslərin sonradan ixtisasartırma ilə pedaqoji təhsil alması ilə bağlı yanaşmasının doğru hesab etmirəm. Bu, ən azından pedaqoji təhsili olan şəxslərə qarşı hörmətsizlikdir. Kiminsə 6 aylıq ixtisasdəyişmə diplomu ilə 4 illik pedaqoji təhsili olan təhsil işçilərinə bərabər tutularaq məktəb direktoru təyin edilməsi haqsızlıqdır. Azərbaycanda kifayət qədər pedaqoji təhsilli mütəxəssislər var və işə qəbul prosesinə də məhz həmin şəxslər cəlb olunmalıdır. Təhsilimizin inkişafı üçün bu, son dərəcə vacib bir məqamdır. Hörmətli nazir deyir ki, “Direktor ilk növbədə öz fənnini yaxşı bilməlidir. Amma öz fənnini yaxşı bilən hər müəllim də direktor ola bilməz”. Axı 6 aylıq kursla ixtisasını dəyişən şəxslər yaxşı mütəxəssis hesab oluna bilməz. Əks halda məktəblərimizdə ixtisaslı kadr çatışmazlığı bu səviyyədə artmazdı. Diaqnostik qiymətləndirmə və Sertifikasiya imtahanlarının nəticəsi zamanı biz bunu açıq-aşkar müşahidə edirik. Kifayət qədər insan müsabiqə və müsahibə mərhələsi ilə işə qəbul olsa da, imtahan balları ürəkaçan səviyyədə olmur”.
Azərbaycanda ən ciddi problemlərdən birinin rəhbər postda çalışanların işə qəbulu və təyinatı məsələsi olduğunu vurğulayan K.Əsədov hesab edir ki, direktorların işə qəbulu zamanı ixtisasartırma və ixtisasdəyişmə ilə müraciət edən şəxsləri kənarlaşdırmaq lazımdır. Direktor vəzifəsinə təyinat sadəcə test və müsahibə yolu ilə olmamalıdır:
“Yaxşı olar ki, direktorluğa namizədlər bir müddət təcrübəli məktəb direktorlarının yanında köməkçi kimi işləyib, idarəetmə ilə bağlı bilik və bacarıqlara nail olsunlar. Zənnimcə, direktor seçimi üçün test və müsahibə yetərli deyil. Hansısa bir məktəbə direktor təyinatı zamanı seçim həmin məktəbin pedaqoji heyəti arasından edilməlidir. Bu yolla təhsil sistemində baş verən neqativ halların aradan qaldırılmasına nail ola bilərik. Son iki il ərzində respublika məktəblərində direktor müəllim, direktor-şagird münasibətləri ilə bağlı ancaq xoşagəlməz hadisələrə şahid oluruq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
|