İrəvanın təkbaşına sülh qərarı verməsi çətin məsələdir - ŞƏRH
Tarix: 4-03-2023, 08:56 | Çap et
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarının 3 istiqamətdə aparıldığını deyib. Baş nazir danışıqların əsas istiqamətinin münasibətlərin nizamlanması, nəqliyyat-kommunikasiyalarının, iqtisadi əlaqələrin blokadadan çıxarılması, sərhədlərin delimitasiyası və təhlükəsizlik olduğunu bildirib. Paşinyanın sözlərinə görə, Ermənistan hakimiyyəti Cənubi Qafqazda stabillik və sülhün bərpası üçün qəti addımlar atır, eləcə də Azərbaycanla danışıqlara konstruktiv cəlb edilib.
Baş nazir həmçinin Qarabağ məsələsinin Ermənistanla Azərbaycanın normallaşma prosesindən ayrılmasına razılaşdığını, amma bunu Bakı və Qarabağ erməniləri arasında müzakirə mexanizminin formalaşdırılması məntiqi ilə etdiyini deyib: "Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsində tam qətiyyətim var, lakin bu, Ermənistan üçün kapitulyasiyaya bənzəyən sənəd olmamalıdır. Bu, regionumuzda real və davamlı sülh haqqında sənəd olmalıdır və mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”. Erməni baş nazir əlavə edib ki, onun ölkə parlamentində çoxluğu təşkil edən siyasi komandası sülh gündəmini təbliğ etmək məsuliyyətini öz üzərinə götürüb: “Bu gündəliyi həyata keçirmək mandatım var, onun həyata keçirilməsi üçün məsuliyyət daşımağa hazıram, lakin beynəlxalq ictimaiyyətin, region xalqlarının dəstəyinə ehtiyacım var”.
DİA.AZ-ın məlumatına görə, Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl "Şərq"ə açıqlamasında bildirib ki, əslində N.Paşinyan yeni söz söyləmir. Professorun sözlərinə görə, tərəflər arasında imzalanmış üçtərəfli sazişlərdə sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin qurulması məsələsi yer alıb:
"Bu məsələlərlə bağlı rəsmi Bakı öz təkliflərini, prinsiplərini İrəvan göndərib və prosesin irəliyə doğru getməsi üçün əlindən gələni edib. Lakin prosesin dalana dirənməsinin səbəbi Ermənistandır. İrəvan hökuməti ilk gündən üçtərəfli sazişdə yer alan müddəaların həyata keçməsi üçün heç bir ciddi addım atmayıb. Bugünədək destruktiv mövqe sərgiləyib. Əslində bunun səbəbi bizə bəllidir. Ermənistan daxilində Paşinyan hökumətinə qarşı gərgin mübarizə və müqavimət var. Digər yandan, Ermənistan müstəqil ölkə kimi hərəkət edə bilmir və daha çox kənar güclərin, həm Avropa dövlətlərinin, həm də Rusiyanın ciddi təsiri altındadır. Ona görə də sülh prosesi olduqca ağır, ləng gedir. Nəzərə alaq ki, Ukrayna müharibəsindən sonra Rusiya ilə Qərbin münasibətləri daha kəskin xarakter alıb. Belə məqamda vasitəçilərin ortaq məxrəcə gəlməsi qeyri-mümkündür. Azərbaycan diplomatiyası çox həssas davranır. İstəyimiz sülh müqaviləsinin tezliklə imzalanmasıdır. Avropa ölkələri müstəvisində bəzi görüşlər müsbət məcrada keçsə də, Ermənistanın demoqogiyası real irəliləyişə imkan vermir. Ara-sıra kiçik də olsa müsbət addımları müşahidə etsək də, yekun sülh müqaviləsinin tez zamanda imzalanacağı ehtimalı da azdır". T.İsmayıl vurğulayıb ki, İrəvan hökuməti real vəziyyəti düzgün dəyərləndirməyi bacararsa, həm də başqa çıxış yolunun olmadığını dərk edərsə, Azərbaycanla sülh prosesində maraqlı olar: "Paşinyan özü də sülh müqaviləsinə imza atacağını, bu imkanlara sahib olduğunu söyləyir. Ermənistanı çətinliyə salan əsas məqam bu ölkənin iplərinin Rusiya və bəzi Qərb ölkələrinin əlində olmasıdır. İrəvanın təkbaşına qərar alması çətin məsələdir. Azərbaycan haqq yolundadır. Beynəlxalq hüquqlara əsasən ərazilərimiz də bəllidir. Qarabağ da Azərbaycanın ayrılmaz hissəsi və oradakı ermənilər Azərbaycan vətəndaşlarıdır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
|