“Bundan sonra heç bir Qərb təşkilatı Azərbaycana hansısa sahədə təzyiq edə bilməyəcək" - ŞƏRH
Tarix: 4-04-2023, 08:52 | Çap et
ABŞ və Avropanın bir çox siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatları Azərbaycanda uzun müddət fəaliyyət göstəriblər. Onların bəziləri fəaliyyətlərini hazırda da davam etdirirlər. Azərbaycan dövləti sağlam əməkdaşlıq prinsiplərinə və vətəndaş cəmiyyəti ənənələrinə sadiq qalaraq onların fəaliyyətinə daim imkan yaradıb. Lakin təcrübə göstərir ki, başda USAİD olmaqla ABŞ hökumətinə bağlı olan, eləcə də guya, müstəqil olan bu cür təşkilatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox, siyasi proseslərə müdaxilə etmək, cəmiyyəti çaşdırmaq, ictimai-siyasi prosesləri manipulyasiya etmək, dövlətçilik prinsiplərini zəiflətmək məqsədi güdürlər.
Bir qayda olaraq, bu cür təşkilatlar Azərbaycan dövləti ilə müəyyən istiqamətlərdə əməkdaşlıq etsələr də, onların əsas fəaliyyət istiqaməti, özlərinə sadiq qeyri-hökumət təşkilatları, media qurumları yaratmaq, özünəməxsus şəbəkə formalaşdırmaq, radikal siyasi qüvvələrin anti-dövlət fəaliyyətinə dəstək vermək olub. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar ölkəmizdə “5-ci kolon” formalaşdırmaq və ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək, iradələrini diktə etmək, güzəştlərə nail olmaq üçün istifadə ediblər. 2000-ci ilin əvvəllərindən başlayaraq postsovet məkanında baş vermiş rəngli inqilablar, sonrakı dövrdə Yaxın Şərqi qarışdırmış siyasi kataklizmlər Qərbin formalaşdırdığı şəbəkələrin yaxından iştirakı ilə baş tutub.
Məhz bu cür milli mənafeyə zidd fəaliyyətlərin qarşısını almaq məqsədilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının xaricdən maliyyələşməsinin qarşısı alındı. Həmin dövrdə QHT-lər vasitəsilə siyasi partiyaların maliyyələşdirilməsi adi praktikaya çevrilmişdi. Radikal müxalifətin zaman-zaman təsis etdiyi SİDSUH, Demblok, İctimai Palata, Milli Şura və digər bu kimi qurumlar məhz Qərbin dəstəyi sayəsində baş tuturdu. Lakin bu yolla hakimiyyətə qarşı müxalifətin birliyini təmin etmək, ondan güclü alternativ formalaşdırmaq cəhdləri baş tutmadı. Xalq süni şəkildə stimullaşdırılan bu prosesi və onun pozucu aktorlarını qəbul etmədi. Xarici qüvvələr Azərbaycanda onların buyruqları ilə hərəkət edən QHT və siyasi partiyalara Gürcüstan üzərindən pul çatdırmağa başladılar. Maliyyə vəsaitləri Gürcüstana göndərilir, oradan isə bəzi QHT nümayəndələrinin vasitəsilə Azərbaycana ötürülürdü. ABŞ-nin maliyyə yardımı adı altında qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmaq səyləri hələ də davam edir. Əvvəlcə Qərbin, sonra Rusiyanın, daha sonra isə İranın şəbəkələri darmadağın edildikdən sonra boş qalan yerin yenidən Qərb təsisatları tərəfindən doldurulmasına cəhdlər göstərilir. Bu fəaliyyətə indi USAİD və onun qatı ermənipərəst rəhbəri Samanta Pover başçılıq edir. USAİD ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılıb. Hazırda yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etməklə məşğuldur.
Təsadüfi deyil ki, bu təşkilat 2023-2025-ci illərdə müxtəlif ölkələrdə dırnaqarası vətəndaş cəmiyyəti quruculuğuna 9,5 milyard dollar vəsait ayırıb. Bu yaxınlarda açıqlanmış “Demokratiya doktrinası” çərçivəsində bu vəsaitin müxtəlif ölkələrdə çevriliş planlarının reallaşdırılmasına yönəldiləcəyi şübhə doğurmur. Qeyd edək ki, USAİD 1991-ci ildən başlayaraq Azərbaycanda da fəaliyyət göstərir. Rəsmi missiyası zəif inkişaf etmiş, ehtiyacı olan ölkələrə dəstək göstərmək olan bu təşkilatın, o dövrün Azərbaycanında fəaliyyət göstərməsi anlaşılan idi. Lakin indi Azərbaycan özü bir çox dövlətə yardım edir və bir çox iri layihələr üçün donor funsksiyasını yerinə yetirmək gücündədir. O zaman USAİD-in ölkəmizdə fəaliyyətinə nə ehtiyac var? Təşkilat Azərbaycan kimi inkişaf etmiş dövlətə sərf etdiyi vəsaiti həqiqətən ehtiyac olan ölkələrə, məsələn, yardıma möhtac Ermənistana xərcləsə, daha məntiqli olar.
DİA.AZ-ın məlumatına görə, BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında deyib ki, böyük və hegemon dövlətlərin istər dövlət, istərsə də onların yaratdığı təşkilatların fəaliyyətinə həmin dövlətlərin siyasəti nöqteyi-nəzərindən yanaşmaq lazımdır. Analitik vurğulayıb ki, bu siyasət nəticəsində fəaliyyət göstərdikləri dövlətlərdə onların maraq dairələrinə uyğun kontingent formalaşmasına müqayisəli yanaşmaq lazımdır:
"Bəzi ölkələrin bu tərz kontingentinə, həqiqətən də, "5-ci kolon" adı vermək olsa da, bəzi ölkələrin fəaliyyətinə bu adı verməyin doğru olmadığı qənaətindəyəm. Qərbin bu kimi təşkilatlarının hesab edirəm ki, "5-ci kolon" kimi kontingent formalaşdırmaq istəyi həmin ölkələrin inkişafına yönləndirilə bilər. Amma bəzi ölkələrin bu kimi kontingentlərinə isə bunun əksini demək olar. Onların "5-ci kolon"ları həmin ölkə daxilində inkişafa xidmət etmir. Əksinə, dövlət təhlükədizliyinə birbaşa təhlükə yaradırlar. Məsələn, İran və Rusiya kimi. Təbii ki, Qərb təşkilatlarının içərisində də qərəzli, lobbilərə bağlı təşkilatlar var. Onların fəaliyyətini nəzarətdə saxlamaq lazımdır. Azərbaycanda fəaliyyət göstərən təşkilatların siyasi proseslərə müdaxilə cəhdlərini neytrallaşdırmaq üçün ölkə daxilində onların müdaxiləsini labüd edən istər siyasi, istərsə də digər onların maraq dairəsində olan sahələrdəki çatışmazlıqları aradan qaldırmaqla nail olmaq olar". A.Qasımov Qərblə İran və Rusiyanın "5-ci kolonlarını" müqayisə edib: "İranın "5-ci kolon"unun fəaliyyətini gördük. Millət vəkilinə silahlı hücum təşkil etdiər. Rusiyanın "5-ci kolonu" ölkəni Rusiyaya birləşdirmək istəyirlər. Qərbin "5-ci kolonu" nə istəyir? Ölkədə olan çatışmazlıqları aradan qaldırmaq üçün Azərbaycana təzyiq edirlər. Bir sözlə, bizim inkişafımızı dolayı yolla istəyirlər. Burada başqa niyyətləri olan təşkilatlar da ola bilər. Azərbaycan olaraq konkret Qərbin təşkilatlarının qarşısını almağın yolu demokratik, dünyəvi, sivil dünyanın qəbul etdiyi islahatlar, tədbirlər görməkdir. Bundan sonra heç bir Qərb təşkilatı Azərbaycana hansısa sahədə təzyiq edə bilməyəcək".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
|