Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                 

“Dövlətin iradəsi nəzərə alınmadan “Xalq diplomatiyası” olmamalıdır”
Tarix: 3-05-2014, 10:45 | Çap et
“Dövlətin iradəsi nəzərə alınmadan “Xalq diplomatiyası” olmamalıdır”
Dəfələrlə Ermənistana səfər etməkdə, oradakı xüsusi-xidmət orqanları ilə əməkdaşlıqda təqsirli bilinən jurnalist Rauf Mirqədirovun həbsi, barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılması, bunun ardınca Leyla və Arif Yunusovların da istintaqa çağırılması “Xalq diplomatiyası” layihəsini yenidən gündəmə gətirib. Həmin şəxslərin istintaqdan yayınaraq ölkədən qaçmağa cəhd etməsi, hətta bu işdə onlara Fransa və ABŞ-ın Azərbaycandakı səfirliklərinin əməkdaşları tərəfindən köməklik göstərilməsi məsələni bir qədər də ictimailəşdirib. “Xalq diplomatiyası” layihəsi çərçivəsində azərbaycanlı jurnalist və QHT təmsilçilərinin Ermənistana səfərləri, R.Mirəqdirovun həbsi, Leyla və Arif Yunusların istintaqdan yayınaraq ölkədən qaçmağa cəhd etmələri, xarici ölkə səfirliklərinin Azərbaycanın daxili işlərinə qarışması ilə bağlı “Kaspi”nin suallarını Azərbaycan Vəhdət Partiyasının (AVP) sədri Tahir Kərimli cavablandırır.

- Tahir müəllim, son günlər baş verən hadisələr fonunda “Xalq diplomatiyası” layihəsi yenidən gündəmə gəlib. Siz bu məsələlərə necə yanaşırsınız?
- “Xalq diplomatiyası” Azərbaycan və Ermənistan cəmiyyətləri arasında aparılır. Sual yaranır ki, bu diplomatiyanın aparıcıları qismində çıxış edən xalqlar harada yaşayır? Azərbaycan xalqı eyni adlı dövlətin ərazisində yaşayır. Eləcə də erməni xalqı Ermənistan dövlətinin. Deməli, dövlətin iradəsi nəzərə alınmadan “Xalq diplomatiyası” olmamalıdır. Əgər Azərbaycan dövlətinin razılığı, rəsmi şəxslərin təşkilatçılığı varsa, hər iki icma arasında “Xalq diplomatiyası”nın olması müsbət haldır. Bir neçə dəfə dövlət səviyyəsində hər iki icmanın görüşləri olub. Hətta Azərbaycanın və Ermənistanın Rusiyadakı səfirləri bu görüşlərin təşkilində xüsusi fəallıq nümayiş etdiriblər. Mənim fikrimcə, hər bir halda bu görüşlər dövlətin nəzarətində olmalı, ölkənin suverenliyinə xələl gətirməməli, Azərbaycanın mənafeyindən kənara çıxmamalıdır. Amma biz görürük ki, bəzi hallarda “Xalq diplomatiyası” adı ilə dövlətimizin iradəsindən kənar görüşlər keçirilir, bəzi adamların Ermənistana səfərləri təşkil edilir. Təbii ki, bu, yolverilməzdir. Digər tərəfdən, tarixi nöqteyi-nəzərdən “Xalq diplomatiyası” özünü doğrultmadı, hər hansı uğurla yadda qalmadı. İcmalar arasında baş tutan bir neçə təmas müsbət nəticə vermədi. Ona görə də bu istiqamətdə təşəbbüsləri əhəmiyyətsiz sayıram.

- Vətəndaş cəmiyyəti təmsilçilərinin “Xalq diplomatiyası” adı altında Ermənistanla təmasları Dağlıq Qarabağ münaqişənin həllinə təsir edə bilərmi?
- Ayrı-ayrı şəxslərin dövlətin iradəsi olmadan Ermənistana səfər etməsi, orada müxtəlif bəyanatlar səsləndirməsi Azərbaycanı aşağılayan mahiyyət daşıyır. Bu səfərlər Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin daha da uzadılmasına xidmətdən başqa bir şey deyil. Biz bilirik ki, vaxtilə Dağlıq Qarabağda separatizmin körüklənməsi birbaşa SSRİ-nin dağıdılmasına hesablanmışdı və Qərb dairələri də bunda maraqlı idilər. Hətta indinin özündə belə, Qərb SSRİ-ni dağıtdıqlarına görə ermənilərə minnətdardır. Ona görə də erməni lobbisi ABŞ, Fransa, Rusiya dairələrinin yaxasından ikiəlli yapışıb. Məhz ona görə də hər üç ölkənin nümayəndələrindən təşkil olunan ATƏT-in Minsk Qrupu münaqişənin tənzimlənməsini uzadır. Problemi bir il ərzində həll etmək üçün yaradılan bu qurum 20 ildir ki, nəticəsiz fəaliyyət göstərir. Həmsədrlərin özləri də yaxşı başa düşürlər ki, “Xalq diplomatiyası” müsbət nəticə verə bilməz. Dağlıq Qarabağ münaqişəsi yalnız dövlətlərin iradəsi ilə həllini tapa bilər. Bunu xalqın üzərinə atmaq yalnız hansısa prosesin tərkib hissəsi ola bilər. Təsəvvür edin, mənim bacım oğlu Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün müharibədə vuruşub, şəhid olub. O vaxtdan ürəyimdə bir yara, ermənilərə qarşı böyük nifrət, qisas hissi var. Mən dövlətimin və millətimin naminə yalnız o zaman ermənilərlə barışığa gedərəm ki, bacım oğlunun uğrunda həlak olduğu dövlətin, ölkənin mənafeyi gözlənilsin, Azərbaycanın milli maraqları qorunsun. Əgər bunlar nəzərə alınmayacaqsa, ölkənin ərazi bütövlüyü, suverenliyi qorunmayacaqsa, “Xalq diplomatiyası” kimə lazımdır? Bu baxımdan, dövlətin iradəsi olmadan Ermənistana səfərlər etmək, müxtəlif danışıqlar aparmaq yalnız ermənilərə xidmətdir, Dağlıq Qarabağ münaqişəsinin daha da uzadılmasına dəstəkdir.

- Elə jurnalist R.Mirqədirov da Ermənistana səfər etməkdə, oradakı xüsusi-xidmət orqanları ilə əməkdaşlıqda təqsirli bilinir və onun hərəkətləri “Xalq diplomatiyası” ilə əlaqələndirilir. Baş verənlərə sizin münasibətiniz necədir?
- Rauf Mirqədirov öz izahatında bildirib ki, Ermənistana səfərləri Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun layihəsi çərçivəsində gerçəkləşib. Leyla Yunusun özü də bunu inkar etmir. Bu adamın özü demək olar ki, hər il “Xalq diplomatiyası” adı altında Ermənistanda olur. Onlar istədiyi qədər əməllərinə haqq qazandıra bilərlər. Amma hər halda Respublika Prokurorluğunun əlində tutarlı faktlar var ki, belə bir tədbir görülüb. Prokurorluğun rəsmi açıqlamasından da görünür ki, onların Azərbaycan dövlətinə qarşı fəaliyyəti barədə kifayət qədər şübhələr, əsaslar var. Bu faktın özü də onu göstərir ki, dövlətin iradəsindən kənar hansısa QHT təmsilçisinin, jurnalistin Ermənistana səfərləri, orada kimlərləsə danışıqlar aparması Azərbaycan dövlətinə, dövlətçiliyinə xoşagələn nəticə vəd etmir.

- R.Mirqədirovun saxlanmasının ardınca L.Yunus və onun həyat yoldaşı Arif Yunus şahid qismində istintaqa dəvət olunub. Lakin onlar səbəb gətirmədən istintaqdan yayınıb, hətta ölkədən qaçmağa cəhd göstəriblər. Siz onların bu davranışını necə qiymətləndirirsiniz?
- Əgər Respublika Prokurorluğu Leyla Yunusu istintaqa rəsmən dəvət etməsəydi, bu barədə ünvanına yazılı bildiriş göndərməsəydi, o zaman hüquq müdafiəçisinin gecə ikən ölkəni tərk etməsinə normal yanaşmaq olardı. Amma hər kəsə yaxşı bəllidir ki, Rauf Mirqədirovun işi ilə bağlı 2 gün əvvəldən Leyla və Arif Yunusovlar şahid qismində istintaqa dəvət olunublar. Buna daha bir sübut, Rauf Mirqədirovun həbsindən sonra hüquq müdafiəçisi olan bu adamın mətbuata açıqlamalarıdır. Belə olan halda Leyla Yunusun gecə vaxtı ölkədən qaçmağa cəhd etməsi istintaqdan yayınmaqdan başqa bir şey deyildi.

- Xarici ölkə səfirliklərinin Azərbaycanın daxili işlərinə qarışması, bu kimi məsələlərdə tərəf kimi çıxış etməsinə münasibətiniz necədir?
- ABŞ və Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları Leyla və Arif Yunusovların istintaqdan yayındıqlarını bilə-bilə onların ölkədən qaçmasına yardımçı olublar. Fransanın Azərbaycandakı səfirliyi bu məqsədlə cəmisi iki saat ərzində onlara 5 illik viza açıb. Hətta ABŞ və Fransa səfirliklərinin nümayəndələri onları aeroporta qədər müşayiət ediblər. 1961-ci il aprelin 18-də Vyanada Birləşmiş Millətlər Təşkilatının konfransında “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyası qəbul olunub. Bu Konvensiyanın müddəalarına görə istənilən diplomatik nümayəndəlik fəaliyyət göstərdiyi ərazidə həmin ölkələrin qanunlarına ciddi riayət etməlidirlər. Son hadisələr onu göstərdi ki, ABŞ və Fransanın Bakıdakı səfirliklərinin nümayəndələri Vyana Konvensiyasının müddəalarına riayət etməyib, Azərbaycan qanunlarına hörmətsizlik nümayiş etdirib, ölkəmizin suverenliyinə birbaşa xələl gətiriblər. Bilə-bilə ki, Leyla və Arif Yunusovlar istintaqa dəvət olunub, onların xaricə qaçmasına şərait yaradıblar. Bütün bunları nəzərə alsaq, Azərbaycan tərəfi beynəlxalq hüququ əlində rəhbər tutaraq, bu hadisələrə görə ABŞ və Fransaya nota da verə bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru