Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                 

Türk dövlətlərinin ortaq kəşfiyyat qurumu nə iş görəcək? - çox böyük əhəmiyyəti var
Tarix: 11-09-2019, 09:45 | Çap et
Türk dövlətlərinin ortaq kəşfiyyat qurumu nə iş görəcək?
Sentyabrın 6-da Bakı şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası keçirilib.

İclasda Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanov, Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayevin, eləcə də müşahidəçi qismində Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovun rəhbərlik etdikləri nümayəndə heyətləri, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yüksəkvəzifəli əməkdaşı iştirak edib.

Tədbirin sonunda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Türkiyənin Ankara şəhərində Daimi Katibliyinin yaradılması haqqında qərar qəbul edilib. Belə bir addımın atılması çoxsaylı fikirlər formalaşdırıb. Bu istiqamətdə ən müxtəlif ehtimallar səsləndirilir.

Fikirlərdən biri budur ki, iclasda iştirak edən hər bir dövlət İŞİD təhlükəsinə məruz qaldığı, yəni vətəndaşları terror təşkilatına qoşulduğu üçün bu prosesin qarşısını almaq niyyəti ilə katibliyin yaradılması vacib sayılıb. Ekspertlər türkdilli dövlətlərin təhlükəsizliyi baxımından da bu qərarın xüsusi əhəmiyyətindən söz açırlar. Bundan əlavə, qonşu ölkələrin, xüsusilə Rusiyanın türk cümhuriyyətlərinin bir araya gəlməsindən ciddi narahat ola biləcəyi də ehtimal kimi vurğulanır.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev “Yeni Müsavat”a açıqlamasında katibliyin yaradılmasının mühüm hadisə olduğunu söylədi: “Bütövlükdə türk cümhuriyyətlərinin dərindən inteqrasiya olunması və bəzi məsələlərin koordinasiya edilməsi çox vacibdir. İndi də xüsusi xidmət orqanlarının əməkdaşlıqla bağlı katibliyinin yaradılması çox əhəmiyyətli məsələdir. Dövlətlərimizin təhlükəsizliyi üçün profilaktika tədbirlərinin görülməsi, türk dövlətlərinə qarşı planların aşkarlanması və qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Ordu savaş üçün lazım olan bir strukturdur. Deyək ki, ortaq ordunun yaradılması üçün savaşlar lazım olacaq. Amma diplomatik, iqtisadi, sosial, dövlətlərimizin münasibətləri sahəsində alt yapıda düşmən ölkələrin görə biləcəkləri işləri önləmək üçün bu strukturların koordinasiya olunması vacib məsələdir. Katibliyin yaradılması ilə bağlı çox sevindim. Gələcəkdə başqa strukturların da bu formada dərin bir inteqrasiya olunması üçün bu bazanın olması çox əhəmiyyətlidir. Çünki toplanan informasiyaların bölüşülməsi əvvəldən hansı tədbirlərin görülməsi zərurətini ortaya çıxaracaq. Bu baxımdan başqa sahələrdə də dərin inteqrasiyalar olacaq. Bu istiqamətlərdə real addımların atılması olduqca vacibdir. Çünki dünyada, bizim bölgədə çox gərgin münasibətlər var. Dövlətlər, bloklar arasında yeni təmərküzləşmə, yeni müttəfiqlərin ortalığa çıxması, yeni ambisiyaların ortaya qoyulması dönəmində, dünyanın qəlbi deyilən bu zonada böyük maraqların toqquşduğu bir zamanda bizim etnos olaraq dövlətlərin imkanlarını, resurslarını bir araya gətirməyimiz çox vacib, həyati bir əhəmiyyət kəsb edir. Çünki ayrı-ayrılıqda hər bir dövlətin özünü müdafiə, özünün təhlükəsizliyini təmin etməyindənsə, hamının bir yerdə bunu ortaya qoymasının çox böyük bir əhəmiyyəti var”.

Deputat katibliyin yaradılmasına səbəb kimi İŞİD-in yaradıldığı yönündə səslənən ehtimallara da toxundu: “Bu, detallardan biridir. Ümumiyyətlə, bazarların əldə olunması, satış və orada qiymətlərin müəyyənləşməsi, iqtisadi təhlükəsizlikdə iqtisadi sabotajların qarşısının alınması, bəzi maliyyə strukturlarının kənardan bu dövlətlərin maliyyə strukturlarını dağıtma cəhdləri, informasiya müharibəsində alt yapıda bunları təkləmə, müəyyən tendensiyaların, xüsusilə dini cərəyanlar adı altında sirayət etməklə hətta dövlətlərin quruluşunu dəyişməyə cəhdlərin edilməsi, başqa dövlətlərin ordusu içərisində bu dövlətlərin öz ordusunu yıpratma cəhdləri, bu dövlətlərlə qonşu dövlətləri toqquşdurmağa cəhdlərin olunması kimi görünməyən aysberqin alt qatında məsələlər var. Bunların hamısını önləmək çox vacibdir. Dünyaya göstərmək üçün İŞİD məsələsinin ortaya çıxarılması, terrorizm, narkotiklərlə mübarizə kimi standartların göstərilməsi başa düşüləndir. Bunlar protokol göstərməsidir. Yuxarıda sadaladıqlarım çox ciddi məsələlərdir. Bunlar ən böyük təhdidlərdir”.

F.Quliyev Rusiya məsələsindən də söz açdı: “Bu niyə Rusiyanı qıcıqlandırmalıdır ki? Bunlar təhlükəsizliyi təmin etmək üçün toparlanmadır. Azərbaycan iki, üç, dörd və çoxtərəfli münasibətlərlə Rusiya da daxil olmaqla, müəyyən dövlətlərlə bölgədə əməkdaşlıq, barışıq, saziş üçün faktiki əməkdaşlıq edir. Türkdilli dövlətlər hansısa yerləri işğal etmək, harasa hücum etmək, nüvə silahı əldə etmək kimi işlər görmürlər ki? Sadəcə, bölgədə və dünyada təhdid yaradan amilləri aradan qaldırmaq üçün səylərini ortalığa qoyurlar ki, bu da normal bir şeydir. Hesab edirəm ki, bu, kiməsə qarşı olmadığı, əksinə, cinayətkarlığa, terrorizmə və digər bu kimi hallara qarşı olduğu üçün normal qarşılanmalıdır. Bunu kimlərin etməsindən asılı olmayaraq, burada qıcıq yaranmamalıdır”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru