Hər bir azərbaycanlının əbədi qürur duyacağı Komandan - TARİX YAZIR...
Tarix: 31-10-2020, 09:55 | Çap et
Düşmənin puç olan xəyalları, darmadığın edilən canlı qüvvəsi, havaya sovrulan milyardlıq texnikası və ildırım sürəti ilə azad edilən tarixi torpaqlarımız. Azərbaycan qalibdir, tam qələbəyə sayılı günlər qalır. Tarixdə görünməmiş bu uğurların müəllifi İlham Əliyevdir - hər bir azərbaycanlının əbədi qürur duyacağı Ali Baş Komandan.
Azərbaycan döyüş meydanlarında göstərdiyi inanılmaz hərbi qələbələri ilə dünyanı heyran qoyur. Yüksək peşəkarlıqla reallaşdırılan hərbi manevrlər, ən müasir döyüş taktikası artıq çoxları üçün nümunə ola bilər. Azərbaycan ordusu Ermənistanın bir illik dövlət büdcəsi dəyərində hərbi texnikasını cəmi bir aya darmadağın edib. Bu, misli-bərabəri olmayan maddi ziyandır. Onsuz da müflis vəziyyətdə olan işğalçı Ermənistan üçün bu, əsl iflasdır. Ermənistan məhv edilən hərbi texnikasının, canlı qvvəsinin sayını-hesabını itirib. Bir sözlə, düşmənə yüzillər boyu unuda bilməyəcəyi amansız dərs verilib. Bu qələbələrimiz sözsüz ki, sarsılmaz vətəndaş birliyinin, xalqla ordu, Ali Baş Komandan arasında yaranan möhkəm həmrəyliyin təntənəsidir. Ortada sərt və qətiyyətli mövqe, ustalıqla yürüdülən düşünülmüş siyasət, zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş taktika var. Bu, Azərbaycan Prezidentinin özünəməxsus kursu, unikal uğur formuludur.
Ermənistan bütün istiqamətlərdə iflic, məğlub vəziyyətdədir. Düşmən hər ötən gün daha öldürücü zərbələr alır və son günlərini yaşayır. Bu haqq-ədalətin bərpası, təntənəsidir. Əslində başqa cür ola da bilməzdi. İşğalçılığın, terrorun sonu bir gün gəlməli idi. Düşmənin həzin sonunu gətirmək xoşbəxtliyi Azərbaycan dövlətinə, xalqına və onun əvəzsiz lderinə nəsib oldu. Bu gün, həmin gündür. Azərbaycan xalqının otuz illik niskilinin, torpaq, vətən həsrətinin bitdiyi gün.
Düşmən isə son nəfəsində də murdar siyasətindən əl çəkmir. Terror, soyqırım, dinc əhaliyə qarşı hərbi cinayətlər. Ermənistan bununla həm də dünyaya meydan oxuyur. Paşinyan beynəlxalq hüquq və qanunları ayaq altına atır. İşğalçı heç bir sərhəd tanımır, hər gün daha da azğınlaşır, daha amansız vəhşiliklər törədir. Döyüş meydanlarında biabırçı məğlubiyyətin acısı dinc əhalimizdən çıxılır. Ermənistan bununla bölgədə sülhə və təhlükəsizliyə açıq təhdid olduğunu bir daha göstərir. Paşinyan hökumətinin bu faşizm siyasətinin, terror və soyqırım əməllərinin qarşısında Azərbaycan dövləti demək olar ki, təkbaşına mübarizə aparır. Çünki, bəzi dövlətlər, beynəlxalq təşkilatlar, xüsusilə də Minsk qrupuna daxil olan ölkələr Ermənistanın bu vəhşiliklərinə açıq-aydın göz yumur. Ən dəhşətlisi də budur ki, Ermənistan əvvəlki illərdə olduğu kimi bu gün də bir çox ölkələr tərəfindən silahlandırılır. Bu addım təkcə münaqişə bölgəsi üçün deyil, ümumilikdə region üçün, daha böyük anlamda dünya üçün təhlükəli gələcək vəd edir. Ermənistanın silahlandırılmasının konkret olaraq bir adı var: İşğala, terrora, soyqırıma, dinc əhaliyə qarşı vandalizm aktlarına dəstək. Bu dəstəyi məlum qüvvələr verir, özü də bütün dünyanın gözü qarşısında.
Bu gün Azərbaycan Prezidenti faktiki olaraq bir neçə cəbhədə müharibə aparır. Döyüş meydanlarında, informasiya cəbhəsində və diplomatik müstəvidə uğurla davam edən bu mübarizənin önündə İlham Əliyev dayanıb. Prezident hər gün, bəzən gün ərzində bir neçə dəfə xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibələr verir. Dövlət başçısı istər cəbhədəki real vəziyyət, istərsə də Azərbaycanın tarixi həqiqətləri barədə doğru-düzgün məlumatları dünya ictimaiyyətinə çatdırır. İlham Əliyevin bu fədakar fəaliyyəti olduqca təqdirəlayiqdir, əhəmiyyətli və həlledicidir. Prezidentin qətiyyətli və sərt bəyanatları, dəyişməz mövqeyi proseslərin gedişatında ölkəmizin haqqlı mövqeyinin möhkəmlənməsini şərtləndirir. Çünki, cəbhədə əks-hücum əməliyyatları başlayandan bu günə kimi Azərbaycan bəzi beynəlxalq dairələrin haqqsız təziqləri ilə üz-üzədir. Lakin, Prezident İlham Əliyev ikili standartlar siyasəti yürüdən dünya güclərini, riyakar mövqedə dayanan bəzi ölkələri bütün hallarda susdurmağı bacarır, onlara öz yerlərini göstərir. Bu gün Azərbaycanın hansı dünya nəhəngləri ilə savaşdığı, Ali Baş Komandan İlham Əliyevin bu qüvvələr qarşısında necə əzmlə dayandığı və onları necə məharətlə neytrallaşdırdığı göz önündədir. Azərbaycan Prezidenti ölkəmizin milli maraqlarından, haqqlı mövqeyindən bir addım belə geri çəkilmir. Çünki, ölkəmizin müstəqilliyi, təhlükəsizliyi və rifahı, ərazi bütövlüyümüz İlham Əliyevin bir nömrəli amalı, ən başlıca məqsədidir.
Bu gün Azərbaycan cəmiyyətində tarixdə heç vaxt olmadığı kimi birlik, vəhdət, ruh yüksəkliyi və döyüş əzmi var. Bütün Azərbaycan Ali Baş Komandan İlham Əliyevin əmrində dayanıb. Bütün xalq ordusunun, əsgər və zabitinin arxasındadır. Belə birlik və həmrəylik, inamlı döyüş ruhu nümayiş etdirmək, şanlı qəhrəmanlıq salnaməsi yazmaq heç də bütün xalqlara nəsib olmur.
Azərbaycan hərbi əməliyyatları ilə düşməni sülhə məcbur etmək istəyir, daha çox qan tökülməməsinə, düşməni torpaqlarımızdan dinc yolla çıxarmağa çalışır. Bunun üçün son bir ayda Ermənistana dəfələrlə şans verilib. Humanitar atəşkəs barədə razılığa gəlinsə də Ermənistan buna əməl etməyib. Çünki, işğalçılıq, terrorçuluq siyasəti bu dövlətin canındadır, təməlindədir. Beynəlxalq qurumlar isə bütün bunlara nəinki təpki göstərir, əksinə, işğalçı ölkəyə gizli və ya açıq dəstək verir. Amma bütün bu cəhdlər uğursuz və əbəsdir. Çünki, Ermənistan və onun havadarları qarşısında keçilməz sədd, yenilməz güc və qüdrət dayanır. Bu reallıqları İlham Əliyev yaradır. Bir millət kimi başımızı uca edən odur. Qüdrətli Azərbaycanın, milli birliyin, həmrəyliyin, güclü ordunun, dönməz qələbələrin təməlində onun qətiyyəti, onun iradəsi və məxsusi liderlik bacarığı dayanır. İlham Əliyev xalqı ilə bərabər tarix yazır və bu tarixdə əbədi olaraq yaşayacaq.
Sahil Kərimli Trend BİA-nın Baş redaktor müavini
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
|