Gömrükdəki özbaşınalığı məhkəmə də təsbit edir, amma... - Səfər Mehdiyevin işçiləri İNAD EDİR
Tarix: 3-11-2020, 09:26 | Çap et
Azərbaycanda gömrük orqanlarının vətəndaşları incitməsi Ali Məhkəmə səviyyəsində təsdiqlənib. Məhkəmə belə nəticəyə gəlib ki, sahibkarların ölkəyə gətirdiyi mallar heç bir əsas olmadan gömrükdən buraxılmır, nəticədə vətəndaşlara həm maddi, həm də mənəvi ziyan vurulur.
DİA.AZ bildirir ki, bu qərar bir neçə gün əvvəl xaricdən şüşə məmulatlarının idxalı və ölkə ərazisində onun satışıyla məşğul olan "Metallurq-Təmir" MMC-nin şikayəti əsasında çıxarılıb. Şirkətdən bildirilib ki, gömrük əməkdaşlarının qanunsuz əməllərinə hüquqi qiymət verilməsi üçün illərdir məhkəmələrdə mübarizə aparırlar: "Bu işə bir dəfə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində, dörd dəfə Sumqayıt Apellyasiya Məhkəməsində, dörd dəfə də Ali Məhkəmədə baxılıb. Nəhayət, Ali Məhkəmə bu günlərdə son nöqtəni qoydu. Təsdiqlədi ki, gömrükdən mallar qanunsuz buraxılmır. Yubanma müddətində sahibkarlar saxlanc yerlərinə, dayanacaqlara görə artıq pul ödəyib, ziyana düşürlər".
"Metallurq-Təmir" şirkəti Belarusdan iki vaqon şüşə gətirdib. Lazım olan sənədləri gömrük orqanına təqdim edib, malın əlavə dəyər vergisini də ödəyib. Amma uzun müddət Sumqayıt Baş Gömrük İdarəsindən malın buraxılması üçün icazə ala bilməyib. Nəticədə vaqonlar uzun müddət Sumqayıt dəmiryol stansiyasında qalıb. Vaqonların dayanmasına görə də şirkət "Azərbaycan Dəmir Yolları" QSC-yə əlavə 11 min manatdan çox pul ödəyib.
Şirkət rəhbərliyi gömrük işçilərinin qanunsuz hərəkətləri nəticəsində ziyana düşdüyünü iddia edərək bu pulun ödənilməsi tələbi ilə məhkəməyə üz tutub. Şikayətində də göstərib ki, şüşə gələndən sonra əvvəl şifahi, daha sonra yazılı şəkildə gömrük rəsmiləşdirməsi üçün Sumqayıt Baş Gömrük İdarəsinə müraciət edib. Cavab ala bilməyəndə Dövlət Gömrük Komitəsinə də məktub göndərib. Amma bu müraciət də nəticəsiz qalıb. Gətirilən mal təxminən bir ay sonra gömrük rəsmiləşməsindən keçib.
"Gömrük orqanının bu cür qanunsuzluğu şirkətin fəaliyyətini iflic vəziyyətə gətirib çıxarıb. Bir tərəfdən Dəmir Yoluna ödənilən külli miqdarda cərimə, digər tərəfdən də müştərilərin itirilməsi. Gələn məmulatlarla bağlı əvvəlcədən bağlanmış müqavilələr vardı. Amma malın alıcılara vaxtında çatdırılmaması müştərilərin itirilməsinə gətirib çıxarıb", – məhkəməyə şikayətdə belə yazılıb.
Məhkəmə çəkişməsində cavabdeh kimi tanınan Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi Sənan Abdullayev məhkəmədə deyib ki, şikayət əsassızdır. Şirkət malın dəyərini əvvəlcədən ödədiyinə görə gömrük orqanı ondan bank hesablaşma sənədləri tələb edib. Lakin qarşı tərəf lazım olan sənədləri vaxtında təqdim etməyib. Bu üzdən proses yubanıb.
Şirkətin nümayəndəsi bu haqda deyilənlərin həqiqətəuyğun olmadığını vurğulayıb, gömrük orqanlarının məqsədli şəkildə malları buraxmadıqlarını bildirib.
Ali Məhkəmə də şirkəti haqlı sayıb. "Metallurq-Təmir" MMC-yə dəymiş 11 min 125 manatlıq ziyanın Sumqayıt Baş Gömrük İdarəsindən tutulub, şirkətə ödənilməsinə qərar verilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
|