Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                     Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir .....                     "Azəriqaz" cəzalandırıldı .....                     Bakı və Ankaranın bir layihədə 3 hədəfi .....                     İrandan müharibə anonsu .....                     "132 manatlıq məhsul qeybə çəkilib" .....                     Satacağımız almalar da əlimizdə qalıb... .....                     Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə... .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? .....                     Ucuz ev, yoxsa oyun? .....                     "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" .....                     "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı .....                     Jan Noel Baro niyə bu qədər narahatdır? .....                     Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” .....                     "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi' .....                     Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir .....                     Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                 

Qusarda təhsil sistemi iflic vəziyyətə düşüb... - Nazirlik isə məsləhət verir...
Tarix: 16-12-2020, 11:21 | Çap et
Qusarda təhsil sistemi iflic vəziyyətə düşüb...
Qusar rayonu, Əvəcuq kəndinin bir neçə sakini uşaqlarının normal təhsil almadığını və buna görə ciddi narahatlıq keçirdiklərini deyir. Adlarını açıqlamağa qorxan valideynlərin şikayəti kənd orta məktəbindəki müəllimlərin onlayn dərsləri keçməməsilə əlaqədardır. Onlar iddia edir ki, bəzi müəllimlər dərslərə qoşulmur, ya da tədris saatını on beş dəqiqəyə qədər azaldırlar. Valideynlər də müəllimlərdən məktəb direktoruna şikayət etməyə qorxurlar:

“Çünki biz etiraz edəndə, uşaqlarımızı gözümçıxdıya salırlar. Hər hansı bir uşağın valideyni narazılıq, şikayət edən kimi müəllimlər həmin şagirdə qiymət yazmırlar. Bir valideyn mənə danışdı ki, müəllimlərdən birinə keyfiyyətli dərs keçməməyi ilə bağlı gileylənib. Müəllim də acığa düşüb, valideynin uşağına aşağı qiymət yazıb. Mən haqqımı tələb edirəm. Onlardan artıq nə istəyirəm? Uşağıma dərs keçsinlər. Dərs saatını otuz dəqiqə ediblər. Bu azmış kimi, dərsləri ən yaxşı halda 20 dəqiqə keçirlər. Müəllim var ki, 10 dəqiqəyə dərsi bitirir. Mən də buna etiraz edirəm. Uşağım oxuyandır. Otuz dəqiqə nədir ki, siz hələ onu bir az da azaldırsınız?”

“Dərs vaxtı çatıb, riyaziyyat müəllimi Kamran Rüstəmov yoxdur. Zəng edirik ki, bəs, dərs nə vaxt başlayacaq? Acığı tutur ki, məni niyə yığırsız? Niyə narahat edirsiniz? Mən özüm dərs saatını bilirəm. İstəyəndə, dərsə girəcəyəm. Biri deyir ki, odun doğrayırdım. O biri deyir ki, qonaq yola salıram. Hərəsi bir cür bəhanə gətirir, işinə məsuliyyətsiz yanaşır”, - digər valdeyn söyləyir.

“Düz üç nəfər tanıyıram ki, dərs keçilmədiyi üçün uşaqlarını məktəbdən çıxarıb. Mənim elə imkanım yoxdur ki, uşağımı buradan çıxarıb, şəhər məktəblərinə aparım”, - başqa bir valideyn bildirir.

“Riyaziyyat müəllimi Kamran Rüstəmovun dərs dediyi şagirdləri yoxlamaq lazımdır. Bu müəllim “WhatsApp” vasitəsilə dərs keçmirdi. TİMS (Təhsilin İdarəolunmasının Məlumat Sistemi) üzərindən keçirilən onlayn dərslərə başlandı, amma Kamran müəllim yenə də heç nəyə məhəl qoymur. Müəllim var, uşaqlara iki ay ərzində heç iki dəfə onlayn dərs keçməyib. Hamımızın evində internet var, sadəcə, özləri səhlənkarlıq edirlər. Müəllimlərə də söz deyəndə acıqları gəlir, adamla prinsip aparırlar. İsti ocağında, evin içində oturub, 30 dəqiqə kompüter qabağında uşağa dərs deməyə ərinirlər. On beş şagirddən iki-üç nəfər onlayn dərsə qoşulur. Dərs hissə müdiri Alim Baxışov da heç nəyə nəzarət etmir. Fizika, biologiya, Azərbaycan tarixi, kimya fənlərini tədris edən müəllimlərdən çox razıyıq. Uşaq deyir ki, riyaziyyat müəllimi 25 dəqiqə ev tapşırığını soruşur. Son 5 dəqiqəni isə dərs aparır”.

Əvəcuq kənd tam orta məktəbinin riyaziyyat müəllimi Kamran Rüstəmov deyilənlərlə razılaşmır. Deyir ki, dərsləri hər gün sistemli qaydada davamlı keçir. Bildirir ki, kənddə internet səviyyəsi bütün uşaqlara distant təhsildə iştirak etməyə imkan vermir. Belə ki, bəzi ailələrin internetə qoşulmağa maddi imkanı yoxdur:

“Valideynlər nə üçün məni günahlandırır? Şagirdlərin dərslərə qoşulmamağı məndən asılı məsələ deyil. Bununla dərs hissə müdiri, sinif rəhbəri, direktor maraqlanmalıdır. Bir dərsə dörd-beş uşaq qoşulur. Məsələn, bu gün riyaziyyat fənni üzrə dörd dərs var idi. Yeddinci sinifdə 2, doqquzuncuda 1, on birdə 1, altıncıda isə 3 şagird iştirak etdi. Bir müddət öncə internet problemim vardı, ard-arda iki onlayn dərsə qoşula bilmədim. Hətta direktor məni çağırdı ki, valideyn səndən narazıdır. Mən də dedim ki, lap iki saat dərs keçərəm. Niyə valideyn məndən narazı qalsın? Sonra buraxılan dərsləri saat yarım keçdim. Kənddə hamının interneti yoxdur. Evində interneti olmayan şagirdə nə cür dərs keçim?”.

Məktəbin tədris işləri üzrə direktor müavini Alim Bağışov isə deyir ki, hər gün keçirilən onlayn dərslərə ciddi nəzarət olunur:

“Bir onlayn dərsin keçirilmə müddəti otuz dəqiqədir. Mən hər gün baxıram ki, Kamran Rüstəmov dərsdədir. Şagirdlərin sayının az olmasına gəlincə, kənddə hər evdə internet yoxdur. Biz neyləyək? İnterneti olan uşaqlar dərsə qoşulurlar, olmayanlar isə teledərslərdən yararlanırlar. Bütün müəllimlər vaxtlı-vaxtında onlayn dərslərə qoşulur və tədris işini yerinə yetirirlər”.

Məktəbin direktoru Zərifə Saruxanova şagirdlərin onlayn dərslərə qoşulmamağını internet problemi ilə əlaqələndirir:

“Çox uşağın nəinki interneti, heç smartfonu yoxdur. İntəhası, gündə beş nəfər şagird onlayn dərslərə qoşulur. Bu vəziyyət bütün kəndlərdə eynidir. Mən hər gün nəzarət edirəm. Hər dəfə də görürəm ki, Kamran müəllim lövhədə dərsi izah edir. Elə Alim müəllim özü də, bütün müəllimlər dərslərini keçir. TİMS-lə əlaqədar bizdə vəziyyət əladır, yaxşıdır. Kənddir, bəzən işıq sönür, internet zəifdir. Neqativ hallar var, amma çox deyil. Olur ki, bir dərsə iki şagird qoşulur. Müəllim səbəbini soruşanda, məlum olur ki, internet çox zəifdir, qoşulmaq alınmır”.

Hazırda mövcud pandemiya ilə əlaqədar Azərbaycanda 2019-2020-ci tədris ilinin sonunadək fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Əvəzində distant təhsil – onlayn və teledərslər keçirilir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, bu məsələ ilə bağlı texniki dəstək nəzərdə tutulmur. Lakin şagirdlərin distant dərslərə qoşulmasına maksimum imkan yaradılır. İnternet və ya texniki alətləri olmayan şagirdlər üçün alternativ olaraq teledərslər təklif edilir:

“Bir ailədə bəzən iki-üç uşaq, texniki alət isə bir ədəd olur. Ona görə də biz təklif edirik, onlayn dərslər elə qurulsun ki, teledərslərlə üst-üstə düşməsin. Onlayn dərsə qoşula bilməyən uşaqlar digərinə baxa bilsinlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru