`KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                     Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir .....                     "Azəriqaz" cəzalandırıldı .....                     Bakı və Ankaranın bir layihədə 3 hədəfi .....                     İrandan müharibə anonsu .....                     "132 manatlıq məhsul qeybə çəkilib" .....                     Satacağımız almalar da əlimizdə qalıb... .....                     Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə... .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? .....                     Ucuz ev, yoxsa oyun? .....                     "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" .....                     "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı .....                     Jan Noel Baro niyə bu qədər narahatdır? .....                     Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” .....                     "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi' .....                     Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir .....                     Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                 

Gömrük Komitəsi “mafiya qanunları” ilə idarə olunur - İTTİHAM
Tarix: 18-12-2020, 11:51 | Çap et
Gömrük Komitəsi “mafiya qanunları” ilə idarə olunur
Bugünlərdə redaksiyamıza müraciət edən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2942, ev 53, mənzil 95 ünvanında qeydiyyatda olan Səməd Cəfər oğlu Niftəliyev Dövlət Gömrük Komitəsinin qanunsuz əməllərindən şikayətləndi. Belə ki, bu ilin oktyabr ayında Türkiyədən “Hyundai R380LC-9” markalı bir ədəd ekskavator alaraq, onu Azərbaycana gətirməsi üçün qardaş ölkənin vətəndaşı Kaynar Faruk adlı şəxsə etibar etdiyini deyən şikayətçinin sözlərinə görə, Dövlət Gömrük Komitəsinin əməkdaşları onun əmlakını qanunsuz olaraq mənimsəyiblər.

Gömrük Komitəsi “mafiya qanunları” ilə idarə olunur

“Sürücü “Qırmızı Körpü” gömrük postundan keçərkən, gömrük əməkdaşları ekskavatorun ehtiyat hissələrini zorla alıb, müvəqqəti saxlanca yerləşdiriblər”

Səməd Niftəliyev qeyd etdi ki, Kaynar Faruk idarə etdiyi yük avtomobili ilə həmin ekskavatoru, o cümlədən ekskavator üçün nəzərdə tutulan bir neçə ehtiyat hissəsini Azərbaycana gətirərkən, 29.10.2020-ci il tarixdə “Qırmızı Körpü” gömrük postundan keçərkən, gömrük əməkdaşları ekskavatorun ehtiyat hissələrini zorla alıblar: “Ekskavatoru alanda nasazlığı vardı. Lakin pandemiya ilə bağlı Türkiyədə çox qala, ehtiyat hissələrini orada dəyişdirə bilmədik. Buna görə də qərara gəldik ki, ekskavatorun ehtiyat hissələrini götürüb gətirək burda nasazlığı aradan qaldırarıq. Beləcə, ehtiyat hissələri ekskavatorun kabinkasına qoyduq. Özümüz isə təyyarıə ilə Azərbaycana gəldik. Oktyabrın 30-da sürücü bizə zəng etdi və gömrükdə olduğunu bildirdi. Biz də Lökbatan qəsəbəsində yerləşən gömrük idarəsinə getdik. Sənədləşdirmə işlərinə başladıq, “rastamojka”nı ödədik və gömrüyə 17 min manat verdik. Bundan sonra ekskavatoru götürdük. Lakin məlum oldu ki, ekskavatordakı ehtiyat hissələri yerində yoxdur. Sürücüdən soruqduqda dedi ki, gömrükdə götürdülər. Bəlli oldu ki, “Qırmızı Körpü” gömrük postundan keçərkən, gömrük əməkdaşları ekskavatorun ehtiyat hissələrini zorla alıb, müvəqqəti saxlanca yerləşdiriblər. Kaynar Faruk həmin ehtiyat hissələrinin gömrük rüsumunu ödəməyə hazır olduğunu bildirsə də, bunun heç bir xeyri olmayıb və həmin ehtiyat hissələri gömrük əməkdaşları tərəfindən mənimsənilib. Gömrük əməkdaşları ona deyiblər ki, ekskavatorun sahibi Tovuza, ya da Gəncəyə gəlib ordan alar. Soruşdum ki, sənə bu barədə hər hansı bir sənəd verdilər? Bildirdi ki, heç nə vermədilər, sadəcə vəsiqəmi aparıb surətini çıxardılar, sonra “get” dedilər. Qeyd etdiyim kimi, mən bu barədə oktyabrın 30-da məlumat almışam. 31 oktyabr və 1 noyabr tarixləri qeyr-iş günləri olduğu üçün noyabrın 2-də Dövlət Gömrük Komitəsinə gedərək, komitənin rəisi Səfər Mehdiyevin qəbuluna yazılmaq istədim. Orada hadisə ilə bağlı məlumat verdikdən sonra dedilər ki, pandemiya ilə əlaqədar qəbullar dayandırıldığı üçün yazılı müraciət edin. Buna görə də geri qayıtdım və noyabrın 4-də yazılı formada müraciət etdim”.

“Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayevin məktubunda göstərilib ki, guya ehtiyat hissələri Türkiyə vətəndaşı Kaynar Faruk tərəfindən gömrük nəzarətinə təqdim edilənədək imtina edilib”

Gömrük Komitəsi “mafiya qanunları” ilə idarə olunur

Müraciətində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdən “Qırmızı Körpü” gömrük postunda müvəqqəti saxlanca verilmiş ehtiyat hissələrinin, gömrük rüsumunun ödənilməsi şərtilə qaytarılmasına köməklik göstərməsini xahiş etdiyini deyən Səməd Niftəliyevin sözlərinə görə, onun müraciəti baxılması üçün Qərb Ərazi Baş Gömrük İdarəsinə göndərilib: “Həmin idarənin rəisi Rauf Rzayev mənə 15.11.2020-ci il tarixli cavab məktubu göndərərək, bildirib ki, guya ehtiyat hissələri Türkiyə vətəndaşı Kaynar Faruk tərəfindən gömrük nəzarətinə təqdim edilənədək imtina edildiyi üçün 120101100500147 saylı aktla müvəqqəti saxlanca verilib, aktda göstərilən 3 günlük müddət keçdiyinə görə həmin mallar Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamına əsasən “Azərterminalkompleks” Birliyinə təhvil veriləcək. Halbuki, mallar Türkiyə vətəndaşı Kaynar Faruk tərəfindən gömrük əməkdaşlarına könüllü şəkildə verilməyib, o aldadılmış, istədiyi vaxt gəlib malları götürmənin mümkün olacağı bildirilib. Beləliklə, o, gömrük əməkdaşlarının sözlərinə inanaraq ekskavatorun ehtiyat hissələrini təhvil versə də, indiyə qədər mallar mənə geri qaytarılmayıb. Bu səbəbdən də hələ də gətirdiyimiz texnikanı işlədə bilmirik. Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayevin məktubunda göstərilən 3 günlük müddətin keçməsi məndən asılı olmayan səbəblərdən baş verdiyi üçün mənə məxsus malların məhz bu əsaslarla “Azərterminalkompleks” Birliyinə təhvil verilməsi tamamilə qanunsuz və əsassızdır. Bu, həm də mənim konstitusion hüquqlarımın kobud şəkildə pozulması deməkdir”.

“Dedilər ki, Rauf Rzayev Ali Məhkəmənin sədri Ramiz Rzayevin qardaşıdır və heç bir məhkəmə onun əleyhinə qərar verəcək gücdə deyil”

Üzləşdiyi problemin yoluna qoyulması məqsədiylə Dövlət Gömrük Komitəsində Ümid Hüseynovla görüşdüyünü deyən şikayətçi bildirdi ki, bunun da heç bir faydası olmayıb: “Bundan sonra təkrarən bir neçə dəfə Dövlət Gömrük Komitəsində olsam da, ancaq qurumun rəisi Səfər Mehdiyevin qəbuluna düşə bilmədim. Hər dəfəsində hələlik görüşün olmadığını bildirdilər. Orda Mübariz adlı bir şəxs vardı, o dedi ki, Qərb Ərazi Baş Gömrük İdarəsi ilə danışmışıq, gedin malınızı götürün. Beləcə, Gəncəyə yola düşdüm. Qərb Ərazi Baş Gömrük İdarəsinə çatdıqda oranın rəisi Rauf Rzayev bizi qəbul etmədi. Bir neçə saat gözlədikdən sonra yenidən görüşə cəhd etdik. Lakin yenə onunla görüşümüz alınmadı. Bu zaman idarənin əməkdaşlarından birinin yardımı ilə Rauf Rzayevin müavini və ya köməkçisi olan Əli Eminbəyli ilə telefonla əlaqə saxladım. O isə dedi ki, mümkün olan iş deyil, bu mallar sizə verilməyəcək. Bildirdi ki, mənə məxsus olan mallar hərraca gedəcək, ancaq ordan ala bilərəm. Bir sözlə, gömrük əməkdaşları mallarımı qaytarmaq niyyətində deyillər. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəldim. Lakin sonra dedilər ki, Rauf Rzayevlə bağlı məhkəməyə müraciət etməyin heç bir əhəmiyyəti yoxdur. Çünki o, Ali Məhkəmənin sədri Ramiz Rzayevin qardaşıdır və heç bir məhkəmə onun qardaşının əleyhinə qərar verəcək gücdə deyil”.

“Dedilər ki, bizim – Dövlət Gömrük Komitəsinin ona gücü çatan deyil, sən ancaq Rauf Rzayevə “xod” tapmalısan”

Türkiyə vətəndaşı Kaynar Farukun da Dövlət Gömrük Komitəsinə gələrək, ekskavatorun ehtiyat hissələrinin ona məxsus olmadığını və həmin mallardan imtina etmədiyini bildirdiyini deyən Səməd Niftəliyev qeyd etdi ki, qurumdan onlara malların geri qaytarılmasının mümkünsüz olduğu bildirilib: “Dedilər ki, mallar qırmızıya düşüb. Əgər bu və ya digər mal qırmızıya düşdüsə, gömrükdə onu qeyri-qanuni özəlləşdirir, bundan sonra isə öz anbarlarına qoyurlar. Daha sonra isə istədikləri adama verirlər. Mən gömrükdə də dəfələrlə qeyd etdim ki, həmin ehtiyat hissələri satış məqsədi üçün gətirilməyib, onlar məhz gətirilən ekskavatorun ehtiyat hissələri olub. Lakin buna rəğmən, Dövlət Gömrük Komitəsinin rəisi Səfər Mehdiyevə müraciət edərək, 120101100500147 saylı aktla müvəqqəti saxlanca verilmiş malların gömrük rüsumunun ödənilməsi şərtilə mənə qaytarılması barədə göstəriş verməsini xahiş etsəm də, buna əhəmiyyət verən olmadı. Sizi inandırım, bu məsələ ilə bağlı Dövlət Gömrük Komitəsində döymədiyim qapı, müraciət etmədiyim adam qalmayıb. Ən sonda dedilər ki, bu, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayevin öz göstərişidir, bizim – Dövlət Gömrük Komitəsinin ona gücü çatan deyil. Bildirdilər ki, məsələni ancaq orda, yəni, Qərb Ərazi Baş Gömrük İdarəsində həll etmək olar. Dedilər ki, bunun üçün sən ancaq Rauf Rzayevə “xod” tapmalısan. Vallah, mən ona necə “xod” tapmaq lazımdır, onu bilmirəm. Əlimdə gömrük bəyannaməsi və digər müvafiq sənədlər olduğu halda, hazırda çarəsiz qalmışam, mənə məxsus olan mallar qanunsuz olaraq mənimsənilsə də, problemi həll edən, hüquqlarımın bərpası istiqamətində kömək edən yoxdur. Odur ki, sizin vasitənizlə yenidən Dövlət Gömrük Komitəsinə və digər müvafiq qurumlara müraciət edir, mənə məxsus malları müvəqqəti saxlanca qanunsuz olaraq yerləşdirmiş gömrük əməkdaşları barəsində qanuni tədbirlər görülməsi, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayevin qanunsuz əməllərinə son qoyularaq, 120101100500147 saylı aktla müvəqqəti saxlanca verilmiş malların gömrük rüsumunun ödənilməsi şərtilə mənə qaytarılmasında yardımçı olmalarını xahiş edirəm”.

Səməd Niftəliyevin dediklərindən belə qənaətə gəlmək olar ki, Dövlət Gömrük Komitəsi dövlətin qanunlarıyla deyil, sanki “mafiya qanunları” ilə idarə olunur. Əks halda, qardaşına arxalanan və bu səbəbdən də toxunulmazlıq qazandığını düşünən Rauf Rzayev vətəndaşın əmlakını mənimsəməz, qanunun aliliyini hər şeydən üstün tutardı. Dövlət Gömrük Komitəsində işlərin heç də arzuolunan səviyyədə getmədiyini, qanun şah yox, şahın qanun olduğunu, neqativ halların geniş vüsət aldığını təsdiqləyən digər fakt isə adıçəkilən qurumun rəisi Səfər Mehdiyevin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisinə sözünü keçirə bilməməsidir. Görünür, Səfər Mehdiyev Ali Məhkəmənin sədri Ramiz Rzayevdən çəkindiyi, ehtiyat etdiyi üçün onun qardaşı Rauf Rzayevə “gözün üstə qaşın var” deyə, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisinin qanunsuz əməllərinə qanunamüvafiq formada reaksiya verə bilmir. Biz bunu qəti əminliklə deməsək də, hər halda Dövlət Gömrük Komitəsinin dəhlizlərində gəzən söh-söhbət məhz bu yöndədir.

Gömrük Komitəsi “mafiya qanunları” ilə idarə olunur

(ardı var)

“Hürriyyət”

P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru