Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                 

"TuranBank" vətəndaşı ələ salır? - ŞİKAYƏT VAR
Tarix: 30-06-2016, 12:01 | Çap et
"TuranBank" vətəndaşı ələ salır?
Qəzetimizin 21.06.2016-cı il tarixli sayında “Turanbank”dan mükəmməl fırıldaq” sərlövhəli tənqidi məqalə dərc olunmuşdu. Həmin yazıda biz göstərmişdik ki, Bakı şəhər sakini, vətəndaş Məlikrzayev Ramin Ənvər oğlu bir neçə gün bundan əvvəl redaksiyamıza şikayət ərizəsi ilə müraciət edərək, “Turanbank” ASC-nin əməkdaşları tərəfindən həyata keçirilmiş maxinasiyanın qurbanı olduğunu bildirmişdir. Belə ki, Ramin Məlikrzayev təxminən üç ay bundan öncə bir vətəndaşdan “Turanbank” ASC-nin Binəqədi filialında kreditləşmə yolu ilə avtomobil almışdır. Maraqlıdır ki, Ramin Məlikrzayevin aldığı avtomobil nəinki yeni olmayıb, hətta avtomobil qəzalı vəziyyətdə, yəni “vurulmuş” olub. Özünü Raminə filialın müdiri kimi təqdim edən Emin Qəzənfərov adlı əməkdaş isə, ilkin ödənişi həyata keçirdikdən sonra, müştəriyə guya ki, “güzəştə” gedirmiş kimi, avtomobil təmirdə olan müddətdə aylıq ödənişləri təxirə salmağı da təklif edib. Ramin Məlikrzayev də bu alicənablıqdan təsirlənərək, bankdan nə müqavilə, nə də ödəniş cədvəli tələb etməyib. Daha doğrusu ödəniş cədvəli təqdim olunub, 30 aylıq və hər ay 437 (dörd yüz otuz yeddi) ABŞ dolları olmaqla. Amma bu sənəd heç bir möhür və ya ştampla təsdiqlənməyib. Avtomobilin İlham adlı sahibi Raminin adına etibarnamə verib və Ramin Məlikrzayev də avtomobili götürərək, birbaşa təmirxanaya aparıb. Nəhayət, bu günlərdə avtomobil təmirdən çıxıb və iyunun 15-də cədvəl üzrə ilk ödənişi etmək üçün Ramin Məlikrzayev yenidən banka gəlib. Lakin, burada Emin Qəzənfərov müştəriyə bəyan edib ki, artıq onun aldığı ödəniş cədvəli banka sərf eləmir və ödəniş üçün yeni cədvəl tərtib olunacaq. Eyni zamanda da, Emin Qəzənfərov müştəriyə verilən etibarnaməni notariusda ləğv etdirib və müştəriyə təmir etdirdiyi avtomobili DYP vasitəsilə saxlatdıraraq, yenidən banka gətizdirib. Beləliklə də, “Turanbank” ASC-nin Binəqədi filialının əməkdaşı açıq-aşkar aldatmaq yolu ilə, bankın balansında olan avtomobili müştəriyə təmir etdirib, üstəlik müştərini ona sərf etməyəcək kredit şərtlərini imzalamağa məcbur etmək üçün, ondan ilkin ödəniş də alıb və üstəlik avtomobili də müştəridən geri alıb. Aydındır ki, bütün bu hərəkətlər açıq-aşkar dələduzluq əməlləri kimi qiymətləndirlməlidir.

Məlum olduğu kimi, “Turanbank” ASC Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin biznes imperiyasına daxil olan subyektlərdən biridir. Həm də ASK prezidentinə “Aqrarkredit” SKT, “Başak-İnam” sığorta şirkəti və sairə, və ilaxır maliyyə qurumları, BOKT-lər də məxsusdur. Dərc etdiyimiz yazıda biz xüsusi olaraq qeyd etmişdik ki, “Turanbank” ASC-nin Yeganə xanım Eyyubovanın rəhbərlik etdiyi Binəqədi filialının əməkdaşları tərəfindən vətəndaş Məlikrzayev Ramin Ənvər oğluna qarşı törədilmiş maxinasiya, əslində Məmməd Musayevin fəaliyyətində davamlı olaraq müşahidə olunan neqativ halların növbəti təzahürü kimi qəbul olunmalıdır. Əbəs yerə deyil ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyinə gəldiyi gündən indiyədək, Məmməd Musayev özü də əslində hüquqlarını və maraqlarını müdafiə etməli olduğu iş adamlarına, sahibkarlara dəfələrlə və bundan çox daha böyük zərbələr vurub.

Lakin indilik bizim diqqətimizdə “Turanbank” ASC-nin Binəqədi filialının əməkdaşları tərəfindən həyata keçirilmiş maxinasiyanın nəticələri durur. Bu xüsusda dünən aldığımız növbəti məlumata görə, qəzetimizdə tənqidi materialın dərcindən dərhal sonra, Ramin Məlikrzayev filiala dəvət olunub və ona müəyyən vədlər verilib. İlk növbədə bank əməkdaşları vətəndaşa söz veriblər ki, onun avtomobilin təmirinə xərclədiyi vəsaitləri geri ödəyəcəklər. Sonra isə, kreditin ödəniş cədvəlinə də yenidən baxılacaq. Bunun müqabilində isə, vətəndaşdan artıq heç bir instansiyaya şikayət etməməsi tələb olunub. Lakin bu təklifdən artıq bir neçə gün keçməsinə baxmayaraq, filial rəhbərliyi tərəfindən verilən vədlərin hələ ki, heç birinə əməl olunmayıb...

Qarşı tərəfin də mövqeyini əks etdirə bilərik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru