Cahangir Hacıyev "siyasi məhbus" olmaq eşqinə düşüb - YENİ DALĞA BAŞLAYIR...
Tarix: 8-07-2016, 11:06 | Çap et
Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev Avropadakı PR şirkətlərindən biri ilə anlaşaraq xaricdən anti-hakimiyyət təbliğatına başlayıb.
Virtualaz.org xəbər verir ki, belə qənaətə gəlməyə Gürcüstanda nəşr edilən ingilisdilli “Georgia Today” qəzetində kommunikasiyalar üzrə avropalı müstəqil ekspert Eugen İladinin imzası ilə dərc olunan məqalə əsas verir.
Məqalədə deyilir ki, “Azərbaycnın ən aparıcı bankirlərindən biri” olan Cahangir Hacıyev qeyri-müəyyən müddətə həbsxanaya salınıb və bu, “hakim ailənin uzun müddətdən bəri banka nəzarəti ələ keçirmək cəhdlərinin davamı” kimi görünür.
Bildirilir ki, 54 yaşlı Cahangir Hacıyev Azərbaycanın hüdudlarından kənarda tanınmış şəxs deyil, ancaq o, ölkənin özündə “kifayət qədər nüfuzlu və güclü menecer kimi” məlumdur. “Daha doğrusu 2015-ci ilin martında qəfildən Beynəlxalq Bankın idarə heyətinin sədri vəzifəsini tərk edənə qədər belə idi. O, ötən ilin dekabrında həbs olunub və ağır ittihamlarla üzləşib, o cümlədən mənimsəmə, xidməti səlahiyyətlərindən sui-istifadə və digər cinayətlərdə ittiham olunub”-məqalədə deyilir.
C.Hacıyevin müdafiəsinə həsr olunmuş məqalədə xatırladılır ki, Beynəlxalq Bankın işi ilə bağlı həbs olunanlardan çoxu azadlığa buraxılsa da o, hələ həbsdədir. Və təəcüblü də olsa hökumət tərəfindən bankın özünə qarşı heç bir təhqiqat aparılımır. Məqalədə C.Hacıyevin “xəstə olduğu və xəstəxanaya yerləşdirilməsinin vacibliyi” də vurğulanır.
Məqalədə C.Hacıyevə qarşı irəli sürülən itthamların “siyasi motivli” olduğu deyilir, bildirilir ki, keçmiş sovet respublikalarında hakim alitanın gözündən düşən sahibkarlar və siyasi rəqiblər əsasən müxttəlif iqtisadi cinayətlərdə ittiham olunaraq həbs edilir.
Müəllif yazır ki, Hacıyev 14 ildir Beynəlxalq Banka rəhbərlik edirdi və Mərkəzi Bankın rəhbəri postuna əsas namizəd idi. “Onun ulduzu parlamaqda idi. Həbsinə bir il qalmış Beynəlxalq Bank “Bahar Energy”ni və inşaat konqlomeratı “Azinşaat”ı almışdı. Bundan başqa bank xaricə, xüsusən də Rusiyaya və Birləşmiş Ərəb Əmirliklərinə xeyli investisiyalar yatırmışdı. Bu layihələrindən bir çoxu yaxşı gedirdi və Beynəlxalq Bankın kredit portfeli böyüməyə başladı. Daha sonra manatın devalvasiyası bankın kredit portfelinin daha 20 faiz artmasına səbəb oldu. Bankda pullarını saxlayan xarici investorlar yaxınlaşan iqtisadi böhranı hiss edib öz vəsaitlərini geri çəkdilər, bu da bankın vəziyyətini daha da mürəkkəbləşdirdi”-məqalədə deyilir.
Məqalədə Beynəlxalq Bankdan kredit götürən iş adamlarının həbsindən də danışılır, iddia olunur ki, “hakimiyyətdəki yüksək rütbəli məmurlar” bankın üzləşdiyi böhrana görə məsuliyyəti C.Hacıyevə yüklədilər və onun həbsinə nail oldular.
“Müxtəlif KİV-lər bildirir ki, Azərbaycanın bank sektorunda qisasdan və həbsxanada C.Hacıyevə qoşulmaqdan ehtiyat edərək Beynəlxalq Bankla bağlı situasiyanı müzakirə etmək istəmirlər. Onlardan bəziləri hesab edir ki, maliyyə naziri Samir Şərifov sakitcə “Azərtürkbank”ın ölkənin əsas maliyyə təsisatına çevrilməsinin və Beynəlxalq Bankın maliyyə sektorundakı yerini tutmasının yolunu açır”-məqalədə deyilir.
Bildirilir ki, C.Hacıyevin işinin “siyasi motivli olmasına” onun həbsindən iki ay əvvəl qudası, milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsi də dəlalət edir. Məqalədə C.Hacıyevin vəkili Aqil Layıcova istinadən onun səhhətinin “ağır olduğu” da göstərilir.
“Əksər funksional bazar iqtisadiyyatı ölkələrində idarəçilərin yol verdikləri səhvlər maliyyə itkilərinə səbəb olursa həmin rəhbərlər əsasən öz iş yerlərini itirirlər, ancaq siyasi motivli qurama ittihamlarla həbs olunmurlar. Əgər nə vaxtsa hüquqi araşdırmalara ehtiyac yaranırsa bunu şəffaf və hər hansı müddətsiz həbs olmadan həyata keçirmək lazımdır. Azərbaycanda isə C.Hacıyevlə bağlı belə deyil”-Beynəlxalq Bank rəhbərinin avropalı PR-çısı yazır.
Xatırladaq ki, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev 2005-ci ildə həbs olunandan sonra ABŞ və Avropadakı PR şirkətləri ilə müqavilə əsasında xarici mediada özü barədə məqalələrin dərcinə nail olmuşdu. Habelə onun maraqlarını müdafiə edən lobbi şirkətləri ABŞ Konqresinin bəzi üzvlərinin keçmiş nazirin azadlığa buraxılmasına dair çağırışlarla çıxış etməsini təmin etmişdi. Məlum olmuşdu ki, F.Əliyev özünün siyasi məhbus imicini formalaşdırmaq və Azərbaycan hakimiyyətinə beynəlxalq təzyiqlərin göstərilməsinə nail olmaq üçün lobbi şirkətlərinə milyonlarla dollar xərcləyib. Həmin vaxt F.Əliyevin xarici mediada müdafiəsinin təşkil olunmasına Azərbaycandan da bəzi KİV rəhbərləri və insan haqları müdafiəçiləri cəlb olunmuşdu. İndi belə görünür ki, C.Hacıyev də analoji taktikanı seçib. Özünü xaricdə siyasi məhbus kimi tanıtmağa başlayıb və hakimiyyətə qarşı təbliğat hücumuna keçib.
С.Hacıyevin Azərbaycan hakimiyyətinə qarşı təbliğat aparmaq və özünün barəsində "siyasi məhbus" imici formalaşdırmaq üçün xarici lobbi şirkətləri ilə adamları vasitəsilə danışıqlar apardığını bir neçə ay əvvəl haqqin.az və virtualaz.org saytları yazmışdı. İndi bu təbliğat başlayıb və bəribaşdan demək mümkündür ki, C.Hacıyevin bu müdafiə taktikasının onun üçün hansısa müsbət nəticələrə gətirib çıxaracağı ağlabatan deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
|