Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                 

İlham Əliyev neftsiz gələcəyin prioritetlərini və ilkin nəticələri elan edir - Yeni SİYASƏT
Tarix: 12-07-2016, 11:40 | Çap et
İlham Əliyev neftsiz gələcəyin prioritetlərini və ilkin nəticələri elan edir
Xəbər verildiyi kimi ötən bazar günü prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına və qarşıya qoyulmuş vəzifələrə dair iclası keçirilib.

Rəsmi KİV iclasın stenoqramını ötən gün axşam yayıb və virtualaz.orgprezidentin həmin tədbirdəki çıxışından bəzi seçmələri artıq oxuculara təqdim edib.

İlham Əliyev neftsiz gələcəyin prioritetlərini və ilkin nəticələri elan edir

Lakin həmin iclas və prezidentin orada etdiyi çıxış Azərbaycanın “nefti yaddan çıxararaq” iqtisadiyyatının karbohidrogen amilindən asılılığını minimuma endirmək üçün ilinə əvvəlində elan edilmiş yeni iqtisadi konsepsiyanın necə həyata keçirildiyinə dair müəyyən ilkin nəticələr çıxarmağa əsas verir. İclasın materiallarının təhlili belə qənaətə gəlməyə əsas verir ki, İlham Əliyev iqtisadiyyatı neft asılılığından azad edə bilmək üçün iki əsas prioritet müəyyən edib:

-hökumət strukturlarında şəffaflıq və korrupsiyanın azaldılması;

-iqtisadiyyatın qeyri-neft sektorunda əsasən kənd təsərrüfatı yönümlü ixracın genişləndirilməsi və bu sahədən ölkəyə valyuta daxilolmalarının artırılması.

Əvvəlcə bu prioritetlərdən ikincisi üzərində dayanmaq lazım gəlir. Prezident ixracın niyə məhz birinci növbədə kənd təsərrüfatı məhsulları hesabına genişləndirilməsi vəzifəsini müəyyən edib? Axı son illər Azərbaycanda sənayenin inkişafına da böyük kapital qoyulub və prinsipcə sənaye məhsullarının ixracı dünyada daha çox valyuta gətirən sahə hesab edilir.

Niyə məhz kənd təsərrüfatı?

Burada məsələ sadədir. Azərbaycanda sənayenin inkişafına neft bumunun başlamasından etibarən böyük kapital yönəldilsə də dünya bazarlarında Azərbaycanın sənaye müəssisələrinin əksəriyyəti hələ sərt rəqabətə davam gətirə bilməz. Deməli neftin ucuzlaşması ilə ölkəyə valyuta daxilolmalarının kəskin azalmasını sənaye məhsullarının ixracı ilə kompensasiya etməyə yaxın perspektivdə ümid bəsləməyə dəyməz. Lakin kənd təsərrüfatı elə sahədir ki, Azərbaycanın bu sahədə xarici bazarlara çıxışı genişləndirmək üçün yaxşı imkanları var. Keyfiyyətli kənd təsərrüfatı məhsulları üçün xarici bazarlarda alıcı həmişə tapılır. Digər tərəfdən bu sahənin inkişafı xüsusən regionlarda kəskin xarakter alan işsizlik probleminin həllinə imkan verəcək.

İlham Əliyev neftsiz gələcəyin prioritetlərini və ilkin nəticələri elan edir

Prezident xarici bazarlardakı tendensiyanı, rəqabət şərtlərini və qlobal iqtisadi prosesləri təhlil edərək hökumətin qarşısında əsas prioritet kimi məhz kənd təsərrüfatı yönümlü inkişafı təmin etmək vəzifəsi qoyub. Bura bir vaxtlar ölkənin kənd rayonlarının əhalisinin məşğulluğunu təmin edən, ancaq sonradan dağılmış və demək olar ki, sıradan çıxmış sahələrin-pambıqçılıq, baramaçılıq, tütünçülük kimi sahələrin dirçəldilməsi də daxildir.

Prezident çıxışında bildirib ki, bu il texniki bitkilərin istehsalı ilə bağlı çox ciddi addımlar atılıb. “Bu işdə Prezident Administrasiyasının fəaliyyətini xüsusi qeyd etməliyəm və yerli icra orqanlarının rəhbərləri çox səmərəli işlədilər. Təbii ki, Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi bu işlərdə çox fəal iştirak edirlər. Qısa müddət ərzində biz bu sahədə çox ciddi dönüş yarada bilmişik”-İlham Əliyev deyib.

Baramaçılıq-hədəf 2019-cu ildə 1300 ton

Dövlət başçısı sovet dövründə Azərbaycanda geniş vüsət alan, ancaq sonradan dağlıb gedən baramaçılığın yenidən dirçəldilməsinə yönəlmiş işlərin artıq nəticə verdiyini bildirib: “Əgər keçən il ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama istehsal olunub. Yəni, 45 gün ərzində insanlar dövlətin dəstəyi ilə halal pul qazanıblar. Minlərlə insan bu 45 gündə 560 min manat pul alıb və ailəyə aparıb”.

İlham Əliyev neftsiz gələcəyin prioritetlərini və ilkin nəticələri elan edir

Baramaçılıq sahəsində dirçəlmə prosesinin başladığını göstərən bu nəticəyə nəyin sayəsində nail olunub? Prezidentin bildirdiyi kimi burada həlledici amil dövlətin baramaçılardan baramanı az qala 3 dəfə baha almağa başlaması olub. Əvvəllər dövlət 1 kiloqram baramaya 3 manat verilirdisə, indi 8 manat verir.

Prezident qeyd edib ki, Azərbaycanda hazırda 354 min tut ağacı var və bu sahəni dirçəltmək üçün payız mövsümündə 1 milyon 600 min tut tingi əkilməlidir. “Bu, nəticə etibarilə barama istehsalını keçən ildəki 232 kiloqramdan 2019-cu ildə 1300 tona qaldıracaq. Əgər bu il 45 gündə insanlar 560 min manat pul alıblarsa, 2019-cu ildə 10 milyon manat pul alacaqlar”-İlham Əliyev əlavə edib.

"Tütünçülüyü dirçəldirik, hazır olsunlar..."

Dirçəldilən digər sahə tütünçülükdür. Bu sahə sovet dövründə kifayət qədər gəlirli kənd təsərrüfatı sahələrindən biri idi və əhalinin məşğulluğunun təmin edilməsində mühüm rola malik idi.

İlham Əliyev neftsiz gələcəyin prioritetlərini və ilkin nəticələri elan edir

İlham Əliyevin bildirdiyinə görə bu sahəni dirçəltməyə böyük maraq var və 2015-ci ildə 1400 hektarda, bu il 2500 hektarda tütün əkilib: “Tütünçülük də çox gəlirli sahədir. Əfsuslar olsun ki, bu sahə uzun illər diqqətdən kənarda qalmışdır. İndi biz tütünçülüyü də bərpa edəcəyik. Ənənəvi bölgələrdə tütünçülüklə məşğul olanlar da buna hazır olsunlar. Dövlət öz dəstəyini verir, verəcək. Eyni zamanda, tütünün alınması üçün dövlət öz dəstəyini göstərməlidir və göstərəcəkdir”.

Pambıqçılıq-bu il 100 min ton gözlənilir

Nəhayət prezident pambıqçılıq sahəsinin dirçəldilməsi üçün işlərin başladığını da elan edib.

İlham Əliyevin çıxışından sitat: “Əfsuslar olsun ki, son illər ərzində bu sahə də tənəzzülə uğrayıb. Keçən il 18 min hektardan cəmi 30 min ton pambıq yığılıb. Cəmi bir neçə ay ərzində görülmüş tədbirlər nəticəsində biz 52 min hektarda pambıq əkinini təmin etmişik və bu il 100 min ton məhsul gözlənilir. Gələn il 120 min hektar əkilməlidir. Yeni texnologiyalar, yeni suvarma sistemləri tətbiq olunacaq. Ona görə, hektardan məhsuldarlıq indiki 20 sentnerdən minimum 30 sentnerə qalxmalıdır. Belə olan halda, gələn il minimum 300 min ton pambıq yığılmalıdır.

Bu, ölkəmizə həm valyuta gətirəcək, həm məşğulluğu təmin edəcək. Sovet dövründə çalışanlar yaxşı bilirlər ki, o vaxt hər hektarda minimum 2 nəfər işləyirdi. Əgər hər hektarda 2 nəfər işləsə, bax bu il 100 min nəfər işlə təmin olunur, gələn il 250 min nəfər işlə təmin olunacaq. Ancaq hesab edirəm ki, biz pambıqçılığı tam bərpa etməliyik. Gələn il gözlənilən 300 min ton son hədd deyil, daha da artırmalıyıq. Buna çox böyük maraq var və hazırda 24 rayonda pambıqçılıq inkişaf edir, insanlar çox razıdırlar, çox böyük minnətdarlıq bildirirlər. Mən bir daha demək istəyirəm ki, bu sahə prioritet sahə kimi qalacaq və burada ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir. Xüsusilə suvarma ilə bağlı tədbirlərin və meliorativ tədbirlərin görülməsi burada çox ciddi rol oynayacaq. Bununla bərabər, Maliyyə Nazirliyinə göstəriş verilmişdir ki, bu il texnikanın alınmasına böyük məbləğdə vəsait ayrılsın.

İlham Əliyev neftsiz gələcəyin prioritetlərini və ilkin nəticələri elan edir

Ancaq texnikanın alınmasına iki il ərzində 360 milyon dollar, bu il isə 170 milyon dollar vəsait xərclənəcək. Baxmayaraq ki, biz valyutaya qənaət etməliyik, ancaq bu sahəyə vəsait qoymalıyıq ki, həm məşğulluq artsın, həm də bu, özünü doğruldacaq. Çünki satılan məhsul valyuta gətirəcək və beləliklə, bütün borclar bağlanacaq. Əlbəttə ki, texnikanın alınmasına sərf edilən vəsait də dövlətə qayıdacaqdır”.

Valyuta gətirən maraqlı sahə

Nəhayət prezident ölkəyə valyuta gətirmək baxımından böyük perspektivlərə malik sahəyə-fındıq istehsalına diqqəti cəlb edib. Bildirib ki, ixrac yönümlü kənd təsərrüfatı məhsulları ilə maraqlananda maraqlı faktla rastlaşıb. Heç demə ölkəyə ən çox valyuta gətirən sahələrdən biri də fındıqçılıqdır.

“Ancaq qeyd etməliyəm ki, dövlət fındıqçılığın inkişafına o qədər də böyük dəstək verməyib. Keçən il fındığın ixracından Azərbaycana 90 milyon dollar vəsait gəlib. Fındıqdan sonra ən çox valyuta gətirən məhsul xurmadır. Yəni, bütün bunları biz bilməliyik və bu sahələrə çox ciddi dövlət dəstəyi verilməlidir. Ona görə, mən Prezident Administrasiyasına, Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, digər aidiyyəti qurumlara göstəriş verirəm ki, bu sahələrdə çox ciddi dövlət dəstəyi olmalıdır və beləliklə, biz yığılan məhsulun həcmini artırmalıyıq. Fındıq istehsalında Azərbaycan dünya miqyasında 3-cü-4-cü yerdədir. Bizim məhsulumuza çox böyük tələbat var. Təkcə şimal-qərb zonasında deyil, bir çox rayonlarda fındıq istehsalı mümkündür. Ona görə, bütün rayonlar üzrə araşdırmalar aparılmalıdır, harada münbit iqlim şəraiti var dövlət burada çox ciddi dəstəyini göstərməlidir ki, fındıqçılıq sürətlə inkişaf etsin və insanlar daha çox pul qazansınlar»-İlham Əliyev bildirib.

Xalça sənayesi nəyə xidmət edəcək...

Prezidentin bölgələrdə məşğulluq probleminin həllinə və kənd təsərrüfatının inkişafına təsir edəcək sahələrdən biri kimi xalçaçılıq sənayesinin yaradılması planlarından danışıb. Məlum olduğu kimi İlham Əliyevin sərəncamı ilə “Azərxalça” ASC yaradılıb və fəaliyyətə başlayıb.

İlham Əliyev neftsiz gələcəyin prioritetlərini və ilkin nəticələri elan edir

Dövlət başçısının bildirdiyinə görə, Prezident Administrasiyasına göstəriş verilib ki, müxtəlif bölgələrdə yerlər ayrılsın və xalçaçılıqla məşğul olanlar orada işləsinlər: “Göstəriş artıq icra edilir. Dövlət tərəfindən bütün lazımi avadanlıqlar, dəzgahlar təmin edilir və ediləcək. Birinci mərhələdə min və ondan sonrakı mərhələlərdə 5 min iş yeri açılacaq. Həm məşğulluq təmin olunacaq, - xüsusilə nəzərə alsaq ki, daha çox qadınlar bu işlərlə – toxuculuqla, xalçaçılıqla məşğuldurlar, - biz qadınları işlə təmin edəcəyik və həm də ixrac məhsulu yaranacaq. Beləliklə, biz burada bir neçə məqsədi təmin edəcəyik”.

Qeyd etmək lazımdır ki, xalçaçılıq sənayesinin yaradılması qoyun yununa tələbatı da artıracaq və nəticədə heyvandarlıqla məşğul olan kəndlilər əlavə qazanc götürmək imkanı əldə edəcəklər. Məlumdur ki, son illərdə tələbatın kəskin azalması üzündən qoyun yunu az qala yararsız məhsula çevrilib, yaxud qəpik-quruşa satılır.

İdarəetmədə islahatlar: gömrük artıq şəffaflaşıb!

Nəhayət neftsiz gələcəyin yuxarıda qeyd olunan birinci prioriteti-şəffaflığın təmin edilməsi, korrupsiyanın azaldılması barədə.

İlin əvvəlindən etibarən bu sahədə aparılmış islahatların ilkin nəticələri haqda artıq danışmaq olar. İlham Əliyev gömrük sistemində və vergi orqanlarında ciddi islahatların aparıldığını vurğulayıb. Deyib ki, bu il gömrük orqanlarından daxilolmalar plandan 17 faiz artıq olub.

“Bu, çox müsbət nəticədir. Vergi orqanlarında yığım plandan 2 faiz artıq təmin edilib. Amma orada da böyük ehtiyatlar var. Hesab edirəm ki, vergi sistemində aparılan islahatlar ilin sonuna qədər bütün bu vəziyyəti şəffaflaşdıracaq. Necə ki, gömrük orqanlarında bütün məsələlər şəffaf şəkildə öz həllini tapır. Təbii ki, bunu həm insanlar, biznesmenlər, iş adamları görür, eyni zamanda, büdcəyə daha da böyük həcmdə vəsait daxil olur. Yəni, bütün sahələrdə islahatlar dərinləşməlidir, şəffaflıq təmin edilməlidir, nəzarət, maliyyə nəzarəti daha da gücləndirilməlidir”-İlham Əliyev deyib.

40 mindən 56-ya düşən yoxlamalar

Sahibkarlıq və biznes subyektlərində yoxlamaların dayandırılmasına dair prezidentin ilin əvvəlində imzaladığı sərəncamın yerinə yetirilməsinin nəticələri də iclasda açıqlanıb. İlham Əliyev deyib ki, ilin əvvəlindən cəmi 56 yoxlama aparılıb, ötən ilin eyni dövründə isə bu rəqəm 40 minə yaxın olmuşdu. “Baxın, 40 min və 56. Burada da heç bir şərhə ehtiyac yoxdur. Bax, belə olmalıdır. Amma bu 40 min yoxlamanın arxasında nələr dayanır?! Bunu bu yoxlamalara məruz qalmış insanlar yaxşı bilirlər. Biz onların canını bu işlərdən qurtardıq”-prezident deyib.

İlham Əliyev neftsiz gələcəyin prioritetlərini və ilkin nəticələri elan edir

"Bu, elə inqilabdır..."

İlham Əliyev şəffaflığın təmin edilməsi, rüşvətxorluğa qarşı mübarizə sahəsində bu dəfə də “ASAN xidmət” mərkəzlərinin rolunu xüsusi qeyd edib. Bildirib ki, indiyədək “ASAN xidmət” mərkəzlərinə 10 milyondan çox müraciət olunub və bu, şərhə ehtiyacı olmayan rəqəmdir.

“Hamımız yaxşı bilirik ki, “ASAN xidmət”lərdə ən yüksək səviyyədə xidmət göstərilir. Bürokratiya, süründürməçilik, rüşvət almaq yoxdur. Təmiz, şəffaf, mədəni xidmət göstərilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab olub. Artıq 9 mərkəz yaradılıb, beşi Bakıda, dördü bölgələrdə - Sumqayıtda, Gəncədə, Sabirabadda və Bərdədə. Bu il iki yeni mərkəz yaradılacaq - Masallıda və Qəbələdə. On səyyar avtobus fəaliyyət göstərir. Artıq yeni bir layihə - “ASAN qatar” sistemi də fəaliyyətə başlayacaq, yəni, qatarlar vasitəsilə xidmət göstəriləcək”-prezident deyib.

Şübhəsiz ki, bütün bunlar yeni iqtisadi konsepsiyanın və idarəetmədə aparılan radikal islahatların ilkin nəticələridir. Bu islahatlardan gözlənilən əsas nəticələr bir neçə ay ərzində əldə edilə bilməz. Əgər islahatlar tempi aşağı salınmasa və prezidentin müəyyən etdiyi prioritetlər istiqamətində irəliləyiş davamlı xarakter alsa neftdən asılılığı minimuma endirmək doğrudan da yaxın bir neçə il ərzində tamamilə mümkün ola bilər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru