"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                 

Qarabağ nizamlanmasında yeni format: - Minsk Qrupu “qapı arxasında” qalır
Tarix: 8-10-2020, 12:46 | Çap et
Qarabağ nizamlanmasında yeni format:
Ermənistan-Azərbaycan münaqişəsinin həlli ATƏT-in Minsk Qrupunun həmsədrlik institutundan Türkiyə-Rusiya formatına keçməyə başlayıb.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun açıqlamasından da görmək olar. Çavuşoğlu münaqişənin həllində Türkiyənin Rusiya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

“Türkiyə Qarabağ probleminin həlli ilə bağlı Rusiya ilə çalışmağa hazırdır, münaqişənin fundamental həllə ehtiyacı var”.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "TRT Haber"ə müsahibəsində deyib. O bu məsələdə Ankara və Moskvanın ortaq çalışmasına ehtiyac olduğunu bildirib. "Hər kəs həqiqətin tərəfində olmalıdır. İşğalçı da var, işğalın qurbanı da var. Ədalət Azərbaycanın tərəfindədir. Ölkələr, o cümlədən Rusiya ədalətin tərəfində olmalıdır. Rusiya Minsk Qrupunun üzvüdür və həm Azərbaycanla, həm də Ermənistanla əlaqələri var. Bu prosesdə Rusiya böyük töhfəsinə ehtiyac var. Rusiyanın bu münaqişənin həllinə bu günə qədər nə qədər sərmayə qoyduğunu hamı bilir. Biz bu məsələyə daha çox töhfə vermək istəyirik və Rusiya ilə işləməyə hazırıq.

Bölgənin təhlükəsizliyi üçün bu məsələnin köklü həlli vacibdir, bu səbəbdən əməkdaşlığımıza ehtiyac var”, - deyə Çavuşoğlu qeyd edib. Nazirin bu açıqlamasında nə ABŞ-a, nə də Fransaya deyil, məhz Rusiyaya müraciət etməsi diqqəti cəlb edir. Çünki Rusiya Ermənistana ən güclü təsir vasitələrinə malik ölkə sayılır. Ona görə də M.Çavuşoğlunun fikirləri Rusiyanın Paşinyan hökumətini sülhə məcbur etmək üçün öz imkanlarını işə salmaq çağırışı kimi başa düşülə bilər.

Üstəlik, Rusiya region ölkəsidir və Cənubi Qafqazda strateji maraqları var. Lakin son zamanlar həm Kreml, həm də Ermənistan rəsmi şəkildə Türkiyənin Cənubi Qafqazda geosiyasi oyunçuya çevrildiyini etiraf etməyə başlayıb. Ona görə də münaqişənin həllində Türkiyənin maraqlarının nəzərə alınması siyasi reallığa çevrilib. Bu baxımdan, problem Türkiyə və Rusiya arasında gedən danışıqlar masasında çözülə bilər. Çavuşoğlunun açıqlaması da buna işarədir.

Politoloq Fikrət Sadıqov hesab edir ki, hazırda Cənubi Qafqazda əsas geosiyasi aktorlar Rusiya və Türkiyədir. Ona görə də Ankara və Moskvanın diplomatik müstəvidə anlaşması mümkündür. “Türkiyə Azərbaycana qardaş, müttəfiq dövlətdir. Rusiyanın da Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri var. Biz bundan imtina etmirik. Türkiyə ilə Rusiya arasında razılaşma məsələlərində təcrübə də var. Onlar Suriyada da bir araya gəliblər. Doğrudur, Azərbaycan Suriya deyil. Amma hər iki dövlət konsensusa gələ bilər. Əslində, Türkiyə və Rusiya nəzərə almalıdır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edir. Bunu hətta indi Moskvada da başa düşürlər. Rusiya prezidenti Vladimir Putinin müsahibəsində bu açıq şəkildə deyilir. O, qeyd etdi ki, Azərbaycan öz ərazilərində əməliyyat aparır. Yəni Azərbaycan Ermənistan ərazisində müharibə aparmır. Ermənistana raket zərbələri endirmir. Halbuki, Ermənistan Azərbaycan ərazisini raketlə vurur. Ona görə də Türkiyə və Rusiya diplomatik müstəvidə bir araya gələrək razılaşma əldə edə bilər. Əgər Türkiyənin xarici işlər naziri də belə bəyanat səsləndirirsə, bu iki dövlətin diplomatik sazişə nail ola bilsələr bu, Azərbaycanın xeyrinə ola bilər. Lakin bu razılaşma Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə mane olmamalı, torpaqlarını işğaldan azad etməkdən yayındırmamalıdır”.

Qeyd edək ki, Rusiya prezidenti tərəfləri Azərbaycanı və Ermənistanı dərhal atəşkəs elan etməyə çağırıb. Bir tərəfdən sanki Azərbaycanın apardığı hərbi əməliyyatlara qarışmadığını nümayiş etdirən Putin eyni zamanda, atəşkəs tələb edir. Bu isə Kremlin ikibaşlı mövqeyi kimi də dəyərləndirilə bilər. Fikrət Sadıqov bildirdi ki, V.Putinin bu fikirləri Azərbaycana mane olmur. Çünki dünyanın aparıcı dövlətlərindən və Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi Rusiya sülhə çağırış etməlidir. Çünki Rusiyanın Ermənistanla müttəfiq, Azərbaycanla strateji tərəfdaş olması belə çağırışlar etməklə tərəfləri sakitləşdirməyə çalışır. “Əlbəttə ki, bu çağırışlar Azərbaycan üçün təlimat deyil. Rusiyanın və başqa dövlətlərin belə bəyanatlarla çıxış etməsi bizi öz mövqeyimizdən yayındırmamalıdır. Əgər Putin belə ifadə işlədirsə və Türkiyə ilə razılığa gəlmək arzusundadırsa və müharibənin Azərbaycan ərazisində getdiyini söyləyirsə, bu ölkəmizin xeyrinədir”.
Ancaq münaqişənin həllinə dair beynəlxalaq vasitəçilik mandatı ATƏT-in Minsk Qrupuna və həmsədr ölkələrə məxsusdur.

Belə olan halda, problemin Türkiyə ilə Rusiya arasında həll edilməsi hüququ ATƏT-in Minsk Qrupu tərəfindən tanınacaqmı?

Siyasi ekspertin fikrincə, vasitəçilik mandatının Minsk Qrupunda olması vasitəçiliyin Türkiyə və Rusiya formatına keçməsinə mane olmur: “Minsk Qrupu artıq öz etibarını itirib. Bunu beynəlxalq təşkilatlar da, aparıcı oyunçular da başa düşür. Fransanın özü Minsk Qrupunun həmsədri olaraq tam qərəzli və qeyri-obyektiv mövqe tutub. Azərbaycana Fransanın həmsədrliyi lazım deyil. Bu heç də o demək deyil, Rusiya və Türkiyə kimisə əvəz etmək istəyir. Bu, ədalətin bərpası və sülh naminə atılan addımlardır. Ona görə də düşünmürəm ki, ATƏT-in Minsk Qrupu buna etiraz etsin. Rusiya özü bu qrupun həmsədridir. Türkiyə isə Minsk konfransının üzvüdür. Minsk Konfransının təsis edilməsində Türkiyənin mühüm rolu olub. Ona görə də beynəlxalq vasitəçilər sabitliyin yaranmasında maraqlıdırsa, bütün vasitələrdən istifadə etməlidir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16
"Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Dünən, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Dünən, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Dünən, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Dünən, 08:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru