“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                 

Lay-lay, bala, lay-lay... - Yat qal dala, lay-lay...
Tarix: 14-10-2020, 09:59 | Çap et
Lay-lay, bala, lay-lay...
“Artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar” - prezident İlham Əliyev “Haber Global”a müsahibəsində bəyanat xarakterli bu fikri söylədiyi halda, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və onun sədri Fuad Muradov sentyabrın 27-dən bəri mürgüləyir.

İ.Əliyev ardınca arxayın tərzdə əlavə etdi ki, kim nə deyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq: “Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz”.

Və erməni işğalçılarının təcavüzkarlığını, Gəncədə terror törətməsini dünyaya car çəkməli olan Diasporla İş üzrə Dövlət Komitəsi və onun sədri Fuad Muradov hələ də - iki həftədir ki, “payız yuxusuna gedib”.

Anaxeber.info sual edir - cənab Muradov və dövlətdən milyonlar alan komitəsi nəyi, kimi, hansı anı gözləyir? Gözləyir ki, diaspor işini də prezident təşkil etsin?! Ay-hay...

Bu gün dünyanın müxtəlif ölkələrində ermənilər etiraz aksiyaları keçirirlər - Fransada, ABŞ-da, Avropa İttifaqı önündə...

Az qala diz çöküb ağlayırlar, imdad diləyirlər, özlərini qurban kimi təqdim edirlər ki, amandır, Azərbaycan və Türkiyə bizi xəritədən silir, ey xristian dünyası, bu dini ilk qəbul etmiş millətin dadına çatın. Mahiyyət budur!

Ənənəvi olaraq yazıq və əzilmiş sifət alan vəhşi, işğalçı ermənilər Qərbdə haray-həşir qopardığı halda, bizim Diaspora Komitəsi, ayrı-ayrı ölkələrdə yeyib - içmək məclislərindən başı ayılmayan diaspora təşkilatları yuxulayırlar.

Yalnız ötən gün Amerikanın Hyuston şəhərində bir qrup həmyerlimiz etiraz aksiyası keçirib. Halbuki, Gəncə terrorunu dünyanın gözünə soxmaq lazım idi: günahsız yerə ölən dinc sakinlərin adları məlum, fotoları ortada, yaralı körpələrimiz göz qabağında, gecə saat 2-də raketlə vurulmuş yaşayış binasının görüntüləri var və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün bundan böyük sübut ola bilməzdi.

Amma Fuad Muradovun və dəstəsi - rəhbəri olduğu Diaspora Komitəsinin missiyasını, işini də gecəsini gündüzünə qatan, yorulmaq bilməyən prezidentin köməkçisi Hikmət Hacıyev yerinə yetirməli olur, bütün diplomatik korpusu Gəncəyə dəvət edərək erməni vandalizmi ilə tanış edir. Bəs sizin vəzifəniz nədən ibarətdir, cənab Muradov?

Ümumiyyətlə, Vətən müharibəsi başladığı gündən Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti olmayıb.

Ermənilər Belçikada, Los-Ancelesdə, Avropanın müxtəlif şəhərlərində aksiyalar keçirir, bizim diaspor təşkilatlarımız isə gözləmə mövqeyindədirlər. İllərlə ayrılan vəsaitlər, xərclənən pullar hara gedib?

F.Muradov Almaniyada qurduğu restoran biznesindən, “Azərbaycan evləri” layihələrindən başını bir az qaldırsa, erməni təbliğatının, düşmənin diasporlarının nə ilə məşğul olduğunu bəsirət gözləri ilə görəcək.

Erməni diaspora birliyi küçələrə axışır, dünyanın diqqətini cəlb edir, onları inandırır, guya Azərbaycan tərəfindən hərbi həmlələrə məruz qalıblar, guya Qarabağdakı dinc erməni əhalisi atəş altındadır. Və Qərb dünyasını aksiyalarla, sosial mediada təbliğatla inandırmağa çalışırlar.

Hərçənd, bizim diaspora fəaliyyətimiz mütəşəkkil təşkil olunsa, Avropadakı soydaşlarımız və F.Muradovun komitəsi fəallıq nümayiş etdirsə, əsl işğalçı, əsl terrorçu, dinc insanları hədəfə alan əsl qüvvənin kimliyi meydana çıxacaq.

Bu günə kimi Tərtər, Bərdə, Goranboy, Ağcabədi, Beyləqan, hətta Xızı, ən nəhayət Gəncənin artilleriya atəşinə tutulması nəticəsində 41 mülki şəxs həlak olub, 207 nəfər yaralanıb, 148 mülki obyekt və 1185 yaşayış evi, 57 çoxmərtəbili yaşayış binası yarasız hala düşüb.

Amma Diaspora Komitəsi bu faktları, erməni vandalizmini dünyaya çatdırmaq üçün heç bir effektiv iş görməyib.

Ümumiyyətlə, biz elə bir dövrə gəlmişik ki, həm informasiyanın sürəti, həm hadisələrin axarı, həm operativlik, mobil idarəçilik, dünya ilə ayaqlaşmaq, ələlxüsus, 100 illik oturuşmuş erməni lobbiçiliyi ilə mübarizə baxımından diaspor işini ən yüksək səviyyədə qurmalıyıq.

Yuxarıdakı bu sətirlərin altından çizərək qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti və prezident bundan sonra diaspor işinin təşkilinə xüsusi önəm verməlidir.

İlk növbədə komitəyə sanballı, nüfuzlu, dünyanın bir çox ölkələrində sözü keçən ziyalı, yaxud kadr sədr təyin olunmalıdır.

Əgər, misal üçün Polad Bülbüloğlu səviyyədə qəbul edilən ziyalı defisitliyimiz varsa, o zaman ikinci prioritet önə keçir - yaxşı menecer, bu işi bilən aktiv kadr komitənin başına gətirilməlidir.

Fuad Muradov isə bu parametrlərin heç birinə cavab vermir. Nə cəmiyyətdə və diaspora təşkilatlarında böyük nüfuz sahibidir, nə də bu sahəni dərindən bilir.

Onun deputat olduğu dövrdə fəaliyyəti passiv, ictimaiyyətdə qəbuledilməz idi. Diaspor Komitəsinə gəlişi isə heç bir nəticə vermədi, etimadı doğrultmadı.

Bununla belə, F.Muradovun işinə qiymət diqqətdən kənarda qalmışdı. Amma Tovuz döyüşləri, sonra ermənilərin ayrı-ayrı ölkələrdə vətəndaşlarımıza hücumları, Los-Ancelesdə törətdikləri cinayətlər göstərdi ki, diaspora işində ciddi boşluqlar, nöqsanlar mövcuddur.

Partlayış nöqtəsi isə Qarabağda başlayan və davam edən müharibədir; Ordumuz uğurlar qazanır, Prezident qətiyyətli çıxışları ilə tarix yazır, Xalq ayaqdadır, iqtidar-müxalifət, media, bir sözlə, ölkə həmrəydir, möhtəşəm bir milli birlik nümayiş etdirilir, ermənilərin isə gücü terrora, dinc sakinlərimizi qətlə yetirməyə və sonra dünyada həşir qoparmağa çatır, Diaspora təşkilatlarımız və Fuad Muradov isə...
Anaxeber.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16
"Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Dünən, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Dünən, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Dünən, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Dünən, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Dünən, 08:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru