Azay Quliyevin fəaaliyyətindən KİMSƏ RAZI DEYİLMİŞ... - “Yenə kimlərsə pul yeyəcək”
Tarix: 4-05-2021, 08:05 | Çap et
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb. Şuradan fərqli olaraq, Agentliyə ümumi nəzarət və rəhbərliyi Müşahidə Şurası həyata keçirəcək. Müşahidə Şurası tərəfindən təyin olunan sədr isə icraçı direksiyaya rəhbərlik edəcək.
Bundan sonra publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək QHT-lərə Dövlət Dəstəyi Agentliyi geniş səlahiyyətlərə malik olacaq. İctimai nəzarəti təşviq, digər dövlət qurumlarının keçirdiyi qrant layihələrinə nəzarət, regional nümayəndəliklər təsis etmək, qanunla qadağan edilməyən kənar mənbələr hesabına maliyyələşmək və s. bu qəbildəndir.
Qeyd edək ki, Prezident İlham Əliyev bir neçə gün öncə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərini təyin edib. Dövlət qurumlarından - Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin böyük məsləhətçisi Vüsal Quliyev, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov, Maliyyə Nazirliyinin şöbə müdirinin müavini Zakir Hacıyev, qeyri-hökumət təşkilatları sektorundan isə Azay Quliyev, Azər Allahverənov, Əvəz Həsənov, Zaur İbrahimov, İsrayıl İsgəndərov, Nürəddin Mehdiyev, İlqar Orucov və Günel Səfərova Müşahidə Şurasının üzvləri təyin olunublar. Müşahidə Şurasının ilk iclasında Azay Quliyev yenidən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbəri, Müşahidə Şurasının sədri, Vüsal Quliyev isə sədr müavini seçilib.
İqtisadçı alim, Milli Məclisin sabiq üzvü Nazim Bəydəmirli AYNA-ya açıqlamasında deyib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyindən heç bir gözləntisi yoxdur, baxmayaraq ki, o, vətəndaş cəmiyyətinə nəzarəti həyata keçirən qurumdur: “Bu cür qurumların fəaliyyətləri kifayət qədər qüsurludur. Dövlət büdcəsi hesabına müxtəlif qurumların qrantlar ayırması korrupsiya sxemi yaradır. Hesab edirəm ki, nəinki idarəetmə forması dəyişməli, ümumiyyətlə həmin qurumlar ləğv edilməli idi. Bu, o demək deyil ki, dövlət bu sahələrin inkişaf etdirilməsində maraqlı olmalı deyil. Əksinə, müxtəlif nazirliklər, dövlət komitələri tərəfindən layihələr həyata keçirilməli, ictimai birliklər də həmin layihələrə qoşulmalı idi. Bütün dünyada belədir, beynəlxalq təcrübə də bunu deyir. Heç bir dövlətdə ayrıca bir qurum yaradıb, onun vasitəsilə QHT-ləri maliyyələşdirmirlər”.
“Heç şübhəsiz, qrantların vahid qurum və ya qurumlar tərəfindən verilməsi şəffaflığa böyük zərbədir. Nəticədə qrantları əksər hallarda adıçəkilən agentliklərə yaxın şəxslər əldə edirlər. QHT-lər qrant əldə etdiklərinə, asılı olduqlarına görə həmin agentliklərin əleyhinə fikir bildirə bilmirlər. Bir çox hallarda da bu qrantlar faktiki olaraq icra edilmir və cəmiyyətə heç bir faydası olmur. Dövlət büdcəsinin mənimsənilməsini və israf edilməsini istəmiriksə, buna imkan verməməliyik. Dövlət büdcəsinə “sağmal inək” kimi baxmaq olmaz. Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun və dəstəsinin fəaliyyəti bir daha sübuta yetirdi ki, bu sahələrdə böyük yeyintilərə yol verilib və hazırda cinayət araşdırması davam edir”, - deyə həmsöhbətimiz bildirib.
Beynəlxalq təşkilatların qrant layihələrinin həyata keçirilməsinə qadağalardan danışan Məmmədov bunu yolverilməz hesab edir: “Azərbaycanda müxtəlif beynəlxalq təşkilatların işləməsinə qoyulan faktiki qadağalar, müstəqil QHT-lərə qarşı süni əngəllər, xaricdən qrant layihələrinin çətinləşdirilməsi müstəqil vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini iflic edir. Yalnız daxildə və dövlət büdcəsi hesabına fəaliyyət göstərən qurumlar tərəfindən maliyyələşmə mexanizmi müstəqil ictimai fəaliyyətin qarşısını almaq cəhdidir. Faktiki olaraq müstəqil düşüncəli təşkilatlar informasiya savaşında tərkisilah edilib. Eyni zamanda, beynəlxalq müstəviyə çıxışları əngəllənib”.
“Baş verənlər bu sahədə də inhisarçılığın olduğunu söyləməyə əsas verir. Bu mənada xarici təşkilatlar tərəfindən qrant layihələrinin Azərbaycanda da bərpa edilməsinə ciddi ehtiyac var”, - deyə sabiq deputat vurğulayıb.
Politoloq Əhəd Məmmədli də oxşar fikirdədir. Onun AYNA-ya dediyinə görə, dövlət büdcəsindən maliyyələşən QHT-lərin fəaliyyətindən ciddi nəticələr gözləməyə dəyməz: “Azərbaycanda QHT sektoru, istər dövlət dəstəyi ilə fəaliyyət göstərənlər olsun, istərsə də xarici mənbələr hesabına - yalnız qrant aldığı dairələrin maraqlarına xidmət edir. Elə bu səbəbdəndir ki, uzun illər ölkəmizdə vətəndaş cəmiyyəti insitutları fəaliyyət göstərsə də, heç bir faydaları olmayıb. Nə insan haqları, nə demokratiya, nə də vətəndaş cəmiyyətinin inkişafı istiqamətində nəzərəçarpacaq addımları müşahidə edilib”. “Ümumi yanaşma bundan ibarətdir ki, qrant layihələri yalnız müəyyən adamların vəsait əldə etməsi üçün bir vasitəsidir. Ortada isə heç bir uğurlu layihədən söhbət gedə bilməz. Bu sahə ilə bağlı müzakirələr zamanı insanlarda ironik təbəssüm yaranır ki, yenə kimsə pul yeyəcək. Misal üçün, 10 min manat qrant alırlar, 1-2 minini xərcləyirlər, yerdə qalanına mənzil, avtomobil alırlar”, - deyə müsahibimiz söyləyib.
Xarici donorlardan maliyyələşmənin kəsilməsinə gəldikdə, Məmmədlinin fikrincə, bu qərar xaricdən qrant alan təşkilatlara ciddi zərbədir: “Müxtəlif xarici təşkilatlardan qrant alan əksər təşkilatlar da heç bir iş görmürdü. Yalnız statistika xatirinə fəaliyyət göstəriblər. Lakin bütün hallarda müstəqil QHT-ləri susdurmaq üçün xarici qrantları kəsmək yolverilməzdir. Bu, demokratiya, insan haqları prinsiplərinə, o cümlədən Azərbaycan dövlətinin beynəlxalq təşkilatlar qarşısında öhdəliklərə ziddir”.
“Hesab edirəm ki, qrantları yalnız dövlət büdcəsi hesabına həyata keçirməklə müstəqil QHT-lərin fəaliyyətinin qarşısı alınır. Yeni Agentlik yaradıb və bu sahədə islahatlar aparılacağı elan edirlərsə, o halda xarici qrantların da verilməsinə icazə verilməlidir”, - deyə politoloq fikrini yekunlaşdırıb. //AYNA.AZ//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
|