"Akkord"un yaşayış kompleksində "hərbi rejim" - Hamı 1 nəfərə, 1 nəfər hamıya görə
Tarix: 13-05-2021, 08:08 | Çap et
Hərbi xidmətdə olanlar bilir, əsgərliyin müxtəlif yazılmamış qanunları var. Məsələn, "hamı 1 nəfərə, 1 nəfər hamıya görə" cəzası. Belə ki, hansısa bölüyün 1 əsgəri qayda-qanuna düzgün əməl etmədisə, onun ucbatından bütün bölük cəzalandırılır. Yaxud 30 nəfərlik bölükdə 29 nəfərin günahı varsa, 30-cu əsgər də cəzadan yaxasını qurtara bilməz.
Lakin bu prinsip təkcə əsgərlər arasında deyil, mülki həyatımızda da tətbiq olunurmuş. Bu fikrə gəlməyimizə səbəb redaksiyamıza ünvanlanan şikayət məktubu və fotolar oldu.
Söhbət Akkord Şirkətlər Qrupu tərəfindən inşa olunan, Xırdalan şəhərində yerləşən məşhur (adı daha çox neqativlərdə hallanan) Abşeron Gənclər Şəhərciyindən (AGŞ) gedir. Şəhərcik sakinlərinin sözlərinə görə, bir müddətdir komendantlıq tərəfindən binaların liftlərinə xüsusi kart sistemi quraşdırılıb. Və səbəb kimi də göstərilib ki, bu, kommunal xidmət haqqını ödəməyənlərə cəzadır.
Yəni kim kommunal xidmət haqqını ödəmirsə, ona lifti işə salan kart verilməyəcək. Liftdən istifadə etmək istəyənlər canları çıxsın, aylıq haqlarını ödəsinlər...
Hələ bu, son deyil. Maraqlı məqamlardan biri odur ki, lift kartları sakinlərə təmənnasız verilmir - bir ədədi 3 manat olmaqla verilir. Ailədə 5 nəfər yaşayırsa - 15 manat. Belə çıxır ki, vaxtlı vaxtında kommunal xidmət haqqı ödəyənlər ikiqat xərcə düşürlər - həm xidmət haqqı, həm kart pulu. Xidmət haqqı ödəməyənlər isə zatən ödəmirlər, kart pulumu ödəyəcəklər?!
Şikayətçilər daha bir məqamı qeyd edirlər. Dediklərinə görə, şəhərcik daxilində mənzillərdə fərdi hazırlıqlar (repetitor hazırlığı) təşkil olunur, uşaqlar bu blokdan çıxıb digərinə yollanırlar: "Belə çıxır ki, balalarımız ciblərində 5-6 lift kartı daşımalıdır? Çünki hər blokun liftinin kartı fərqlidir - biri digərini tanımır".
Növbəti maraqlı və təhlükəli məqam: Biri evdə tək yaşayır, gecənin birində "pristupu" tutur və təcili yardım çağırır. Adam 10-cu mərtəbədən həyətə necə düşsün, lifti həkimin üzünə necə açsın?
Başqa bir nüans. Üzüyola sakinlər əmindirlər ki, xidmət haqqı ödəməyənlər lift kartları üçün pul heç verməyəcəklər. Deməli, liftdən istifadə etməkdə də maraqlı deyillər. Bunda maraqlı olmadıqları üçün də onlardan kimsə liftin içərisinə quraşdırılmış kiçik cihazı vurub sındıracaq. Nəticə nə olacaq? Kommunalını da, kart pulunu da ödəmiş, 70 yaşlı Səlminaz nənə, 75 yaşlı Afiq dayı liftdə qalacaqlar - əllərində də ağır zənbil!
Və qorxulan oldu! AGŞ-də quraşdırılmış "cəza sistemi" öz "bəhrəsini" verməyə başlayıb artıq. Şikayətçilərin dediklərinə görə, liftə quraşdırılmış bəzi cihazlar zay çıxıb və mayın 12-də 2 uşaq, 1 böyük liftdə qalıb. Uşaqlar vahiməyə düşüb, hay-haray salıblar və onların köməyinə bayırdan səslərini eşidən qonşular yetişib, çöl tərəfdən qapıları açaraq, köməksiz vəziyyətdə qalanları çıxarıblar.
Gələk şikayət məktubunun kuliminasiyasına. Bütün bu həngamə o yaşayış komleksində baş verir ki, həftə səkkiz-mən doqquz liftlər xarab olur, günlərlə düzəldən tapılmır, insanlar sər-sərgərdan qalır.
Söhbət o ərazidən gedir ki, blokların işıqlandırılması bərbaddır, gecələr mərtəbələr zülmət içində olur.
Yuxarıdakı cəza sistemi o şəhərcikdə tətbiq olunur ki, ərazi zir-zibil qaynayır, üfunətdən camaat burnunu tutub gəzir.
Sakinlərdən müxtəlif yollarla "xərac" toplayan AGŞ-nin komendantlığı və ya ondan da yuxarı rəhbərliyi şəhərcik ərazisinin abadlaşdırılmasına bir manat da vəsait xərcləmir. Camaat özü pul yığaraq blokları, blokların qarşısını abıra salır.
Sonda şikayət müəllifləri sual edirlər: "Biz dərdimizi kimə və necə çatdıraq?"...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
|