"Veysəloğlu" bu dövlətin OĞLU DEYİLMİ? - Vergidən yayındığı deyilir...
Tarix: 4-08-2021, 12:21 | Çap et
Veysəloğlu Şirkətlər Qrupundan, şirkətin sahibi Aydın Talıbovdan söhbət düşmüşkən, bir maraqlı və aktual məsələyə nəzər salaq. Deməli, bir neçə il öncə Ermənistan parlamentində 23 leqal milyonçu deputatın olduğunu oxuyanda xeyli təəccübləndik. Görəsən, niyə Ermənistandan dəfələrlə, bəlkə də 100 dəfə artıq iqtisadi və maliyyə potensialı olan Azərbaycanda bircə nəfər də olsun milyonçu deputat yoxdur. Nəinki deputat, hətta rəsmi olaraq milyonçu biznesmenlərimiz də yoxdur. Hansı ki, Azərbaycandakı milyonçu icra başçıları, milyonçu polis rəisləri, hətta milyarder nazirlər, komitə sədrləri, milyarder monopolist biznesmenlər N qədərdir. Bəs bunlar niyə öz var-dövlətlərini, mülklərini, milyonlarını leqallaşdırmırlar ? Məmurları başa düşmək olar. Çünki məmurların bizneslə məşğul olması qanunla qadağandır. Bəs biznesmenlər niyə gizlənirlər ? Təxminən bir il əvvəl az da olsa Azərbaycanda leqal milyonçu xanımların olduğu barədə informasiya yayıldı. Onda da bəlli oldu ki, milyonçu xanımların çoxu məmur arvadları, qızları, gəlinləridir. Yəni məmurlar xalqdan oğurladığı milyonları öz xanımlarının, qızlarının, bacılarının adına “oformit” ediblər. Sözün qısası, bizim milyonçular gizlənməyi sevirlər. Yuxarıda qeyd etdiyimiz kimi məmurların “qarınağrısını” başa düşdük. Bəs biznesmenlərimiz ? Məsələn, Veysəloğlu Şirkətlər Qrupunun sahibi Aydın Talıbov milyonçu, hətta on milyonçu, yüz milyonçu olduğunu niyə gizlədir ? Axı, o məmur deyil, nədən çəkinir, nədən qorxur ? Bəli, milyonlar, on milyonar, hətta yüz milyonlar ortaya çıxsa, sual olunacaq ki, ay adam, dövlətə nə qədər vergi ödəmisən ? Bax, buna görə də bizim milyonçu biznesmenlər öz gəlirlərini gizlətməyi və vergidən yayınmağı sevirlər. Təsəvvür edirsiniz, Qafqazın ən kasıb ölkəsi olan Ermənistanda, Gürcüstanda nəinki milyonçu, hətta leqal milyarderlər var. Bəs bizdə niyə yoxdur ? Veysəloğlu və onun kimi şirkətlərin sahibləri nəinki vergidən yayınır, milyonarını gizlədir, hətta bəzi məhsulları, qida və ərzağı inhisara alırlar və deməli bazarda süni qiymət artımı yaradırlar. Azərbaycanda ən böyük problemlərdən biri, bəlkə də birincisi, inhisarçılıqdır. Əbəs yerə deyil ki, prezident İlham Əliyev cənabları dəfələrlə inhisarçılıqla mübarizə barədə konkret tapşırıqlar verib. Ancaq vəziyyət hələ də dəyişmir. Azərbaycanın qida sektorunun ən böyük inhisarçılarından biri də Veysəloğlu Şirkətlər Qrupudur. Qrup 90-cı illərdən etibarən ölkəyə ərzaq məhsullarının əsas idxalatçılarından, 2000-ci illərdən isə pərakəndə satıcılarındandır. Veysəloğlunun müxtəlif şəhər və rayonlarda marketlərinin sayı 300-ü keçib. Onlarla supermarketlər, minimarketlər, böyük satış anbarları, bir sözlə, Veysəloğlunun biznes imperatoprluğu. Şirkətlər Qrupunda 17 min nəfər işçi çalışır. Ancaq bircə dəfə də olsun Əmək Müfəttişliyi şirkətdə əmək qanunvericiliyinin pozulması ilə bağlı monitorinq keçirməyib. Əmək müqavilələrinin olub-olmaması ilə maraqlanmayıb. QİDA agentliyi, konkret olaraq agentliyin baş direktoru Qoşqar Təhməzli maraqlanmır ki, yüzlərlə satış mərkəzi olan Qrupda ərzaq və qida məhsulları standarta uyğun gəlirmi, ya yox ? Niyə, Qoşqar Təhməzli Veysəloğlunun “Ulduz” şokolad fabrikindəki məhsullar ilə maraqlanmır ? Axı, istehlaklçıların bu qədər şikayətləri mediada tirajlanır, yayılır. Bunu dövlət qurumları görmür ? Təsəvvür edirsiniz, “Veysəloğlu”nun “Araz” supermarketlər şəbəkəsindən AQTA-ya 563 istehlakçı şikayəti olub, bunların 59-u vaxtı keçmiş, istifadə müddəti bitmiş qida məhsulları ilə bağlıdır. Bəs, görəsən, AQTA hara baxır ? Bəs, görəsən, Dövlət Vergi Xidməti bu işlərə nə üçün reaksiya vermir? Ötən il Dövlət Vergi Xidməti Veysəloğlu Şirkətlər Qrupuna nə az, nə çox – 2 milyon manat maliyyə sanksiyası tətbiq edib. Buna səbəb olaraq şirkətin külli miqdarda vəsaiti vergidən yayındırdığı göstərilirdi. Bəs, nəticə nə oldu ? Heç nə. İndi Veysəloğlu ilə bağlı 2 rəqəmə nəzər salaq: Qrupa məxsus “Araz” və “Oba” marketlərində birgə 17 min nəfərdən artıq işçi çalışır. Və bir gündə müştəri sayı 640 min nəfərə çatır. Təkcə “Oba”nın bir günlük müştərisi 300 min nəfərdən artıqdır. İndi özünüz deyin: Bu boyda şirkətlər qrupunun sahibi nəinki milyonçu, hətta milyarderdir, yoxsa, yox ? Bəs, onda niyə gizlənir ? Və ən əsası vergidən neçə milyonları gizlədir ? Bu artıq medianın deyil, dövlət qurumlarının vəzifəsidir. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
|