Nə elmdən başı çıxır, nə də həlimdən... - Bu dəfə alim icra başçısından GİLEY ETDİ
Tarix: 10-09-2021, 12:08 | Çap et
“AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun planına əsasən əməkdaşlarımız hər il yay aylarında tədqiqatlar aparılması məqsədilə respublikamızın müxtəlif rayonlarına ezam edilir. Təsadüfi deyil ki, müstəqillik dövrünün son 20 ilində institutumuz tərəfindən aparılan arxeoloji və etnoqrafik tədqiqatlar nəticəsində yeni materiallar üzə çıxarılmış, Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən biri olması, tariximizdəki ağ səhifələrin yenidən yazılması və dünya ictimayyətinə çatdırılması sahəsində böyük işlər görülmüş, müxtəlif dillərdə cild-cild kitablar nəşr edilərək dünyaya yayılmışdır. İnstitutumuzun Fransa, Almaniya, Koreya, Yaponiya və s. dövlətlərin alimləri ilə birlikdə apardığı tədqiqatlar hazırda dünyanın bir sıra ölkələrində ölkəmizə marağın daha da artmasına səbəb olub”. Bunu Moderator.az-a açıqlamasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda baş elmi işçisi, tarix üzrə elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Solmaz Məhərrəmova söyləyib.
“Məlumdur ki, dövlətimizin siyasətində tolerantlıq, multikulturalizm siyasəti xüsusi yer tutur və Azərbaycan dünyada tolerant bir respublika kimi tanınır. Respublikamızda müxtəlif xalqların və etnik qrupların nümayəndələri Azərbaycan türkləri ilə bir ailə kimi səmimi yaşamaqdadırlar, eyni hüquqa malikdirlər, onların arasındakı qohumluq münasibətləri də genişlənməkdədir. Bütün bunları qeyd etməklə məqsədimin məğzini aydınlaşdırmaq istəyirəm” –açıqlamasının ardında bunları deyən AMEA baş elmi işçisi iyul-avqust aylarında Qax rayonuna ezamiyyətləri zamanı həmin rayonun İcra Hakimiyyətinin ekspedisiya üzvləri olan qadın alimlərə laqeyd və məsuliyyətsiz münasibətindən bəhs edib. “İnstitutumuzun təsdiq etdiyi fərdi plana əsasən “Azərbaycanda yaşayan milli azlıqlar və etnik qrupların ənənəvi toy adətləri” monoqrafiyası üçün material toplamaq məqsədilə 2019-cu ildə ekspedisiya təşkil olunub, indiyədək rəhbərlik etdiyim həmin ekspedisiya tərəfindən Qəbələ, İsmayıllı və Oğuz rayonlarından xeyli material toplanıb. Adətən biz ekspedisiyaya gedərkən ilk növbədə rayonların icra hakimiyyətlərinin humanitar şöbəsinə müraciət edirik, onlar da bizə hansı ərazilərə getməyimizi məsləhət görür, kənd və qəsəbə nümayəndəliklərinə kömək göstərilməsini tapşırırlar. İnsafən desək, Qəbələ, İsmayıllı və Oğuz rayonlarında bizim material toplamağımıza çox köməklik göstərildi. Buna görə həmin rayonların icra hakimiyyətlərinin bu işdə zəhməti olmuş əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. 2021-ci il iyulin 27-dən avqust ayının 27-dək eyni məqsəd üçün təşkil edilmiş ekspedisiya üzvləri ilə birlikdə Şəki və Qax rayonlarına ezam edildik. Əvvəlcə Şəkidə olduq. Burada elə bir çətinliklə üzləşmədik. AMEA-nın Şəki Regional Elm Mərkəzinə getdik. Mərkəzin direktor müavini Fərhad müəllimin köməyi ilə Şəki rayonunda rutulların, buşların və ləzgilərin yaşadıqları kəndlərdə olduq və maraqlı məlumatlar əldə etdik...
Təəssüf ki, Qax rayonuna səfərimiz bizi çox məyus etdi. 4 nəfər ekspedisiya üzvü və Şəki Regional Elm Mərkəzinin elmi katibi Elşən Abdurahmanovla bərabər Qax Rayon İcra Hakimiyyətinə gəldik və humanitar şöbənin müdiri Vəfa Heydərova ilə görüşmək istəyimizi çatdırdıq. Burada bizi qarşılayan polis nəfəri kobudcasına heç kəsin qəbul edilməyəcəyini bildirdi. Bu zaman içəridən ortaboylu kök bir adam (hərçənd ki, biz özümüzü təqdim etdik, amma o, heç özünü bizə təqdim etməyi də rəva görmədi) çıxaraq bizim nə məqsədlə gəldiyimizi soruşdu, ezamiyyə sənədlərimizə baxdı, bununla da kifayətlənməyib hətta mənim Elmlər Akademiyasının işçisi olmağım haqqında vəsiqəmi də tələb edib ona da baxdı. Biz məqsədimizi bildirdikdən sonra ağlımıza da gətirə bilməzdik ki, Qax Rayon İcra Hakimiyyətində ən bəsit məsələyə belə siyasi don geydirərlər” –deyən AMEA professoru Qax RİH-dəki “yeni üsuli-idarə”dən də bəhs edib. “Yoxlanışdan sonra həmin əməkdaş bildirdi ki, əvvəlcə icra hakimiyyətinin yaxınlığında yerləşən mədəniyyət idarəsinə gedin. Əgər idarənin müdiri Dilarə xanım icazə verərsə, Vəfa xanım sizi qəbul edə bilər. Biz heyrət içərisində, mat-mat bir-birimizin üzünə baxdıq. Necə yəni, mədəniyyət idarəsi icra hakimiyyətinin müavininə icazə verir?! Tənbəllik etmədən Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə baş məsləhətçisi Dilarə Əzizovanın qəbuluna getdik. Uzun gözləmədən sonra o, bizi qəbul etdi. Əvvəlcə bizi dinlədi, sonra hara isə zəng etdi (yəqin ki, Vəfa xanıma). Oradan nə cavab aldısa, fikrini dəyişdi və: “Sizi buraya səhv göndəriblər, mən necə Vəfa xanıma bunu deyə bilərəm”- deyə bizi yola verərək geriyə qaytardı. Əlbəttə, nəinki biz, hətta ən savadsız adam da gözəl bilir ki, mədəniyyət idarəsi icra hakimiyyətinə göstəriş verə bilməz. Nə isə... Fikirləşdik ki, yəqin Qaxda bizim bilmədiyimiz “yeni üsuli-idarə” yaranıb. Yenidən icra hakimiyyətinə qayıtdıq. Bu dəfə də polis nəfəri və “kök əməkdaş” bizə yeni “təklif”də bulundular: “Gedin yaxınlıqdakı “Heydər parkı”nda oturub istirahət edin, bəlkə Vəfa xanım sizi qəbul edər?” Mən: “Ay qardaş, ay yoldaş, biz parkda istirahətə gəlməmişik, biz alimik, elmi iş üçün gəlmişik. Nə çoxdur Bakıda park. Elə orda istirahər edərdık də, niyə buraya gəlirdik?” - desəm də bir əlac olmadı”. Bundan sonra AMEA-nın ekspedisya qrupu Qax rayonu ərazisində öz təşəbbüsləri ilə fəaliyyyət göstərməyə məcbur olublar. “Öz təşəbbüsümüzlə Qax rayonunun milli azlıqlar və etnik qruplarının yaşadığı iki kəndinin: Gürcü-Kötüklü və Tovlatala kəndlərinin nümayəndəliklərinə üz tutduq. Gündüz saat 11 olmasına rəğmən burada da heç kimi tapa bilmədik. İdarələr bağlı idi... Kor-peşman geri qayıdaraq sakinlərə müraciət etməyi qərara aldıq. İcra Hakimiyyətinin məsələni siyasiləşdirməsinə baxmayaraq yerli sakinlər bizi çox səmimi, hətta böyük qonaqpərvərliklə qarşıladılar. İndi də Gürcü-Kötüklü kənd sakini, hazırda təqaüddə olan mədəniyyət işçisi Pediaşvili Mişa Besoyeviçin, onun qonşusu Eteri xanımın, Tovlatala kənd sakini Hacıyev Rasim Hacıxan oğlunun ekspedisiya üzvlərinə göstərdikləri diqqət və qayğının təəssüratından çıxa bilməmişik. Həmin sakinlərlə görüşüb maraqlı material topladıq və təşəkkürümüzü bildirdik... Hələ də bu sual məni düşündürür ki, əgər Qax rayonundakı məmurlar dövlətimizin irəli sürdüyü tolerantlıq və dözümlülük siyasətinə belə qorxaqcasına yanaşırsa, orada yaşayan milli azlıqların və etnik qrupların vəziyyəti necə olacaq?... Onların vəziyyətinə acımamaq qeyri-mümkündür. Burada rəhmətlik şairimiz Qabilin: “Müsibət oluruq biz, səhv düşəndə yerimiz”-misraları yada düşür. Belə kadrlarla yeniləşən, inkişaf edən Azərbaycan qurmaq mümkün olarmı?” –deyə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi təəssüf hissi ilə sual edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
|