Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                     Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir .....                     "Azəriqaz" cəzalandırıldı .....                     Bakı və Ankaranın bir layihədə 3 hədəfi .....                     İrandan müharibə anonsu .....                     "132 manatlıq məhsul qeybə çəkilib" .....                     Satacağımız almalar da əlimizdə qalıb... .....                     Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə... .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? .....                     Ucuz ev, yoxsa oyun? .....                     "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" .....                     "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı .....                     Jan Noel Baro niyə bu qədər narahatdır? .....                     Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” .....                     "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi' .....                     Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir .....                     Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                 

Xalqın milyonları “20 manatlıq” şirkətlərə necə ötürülür? - ARAŞDIRMA
Tarix: 18-09-2021, 08:47 | Çap et
Xalqın milyonları “20 manatlıq” şirkətlərə necə ötürülür?
“Dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onların müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi…”

Bu sözləri prezident İlham Əliyev sentyabrın 14 də Cəlilabad və Şəmkir rayonlarına təyin etdiyi yeni icra başçılarını videoformatda qəbul edərkən bildirib.

Qeyd edək ki, dövlət tenderlərinin məmurların yaxın çevrəsinə məxsus şirkətlər arasında pay-püş edilməsi media və sosial şəbəkələrdə tez-tez qabardılsa da, ciddi tədbir görülmür. Satınalamalar üzrə Dövlət Agentliyi tender sifarişi verən dövlət qurumlarının qeyri-rəsmi istəkləri üzrə qərarlar qəbul edir. Bu zaman yeni yaradılan MMC-lərə, praktik iş təcrübəsi olmayan, 10-20 manat nizamnamə kapitalına malik şirkətlərə üstünlük verilir ki, bu da tenderlərin qeyri-şəffaf və yeyintiyə əsaslanan bölgü olduğunu təsdiqləyir.

Məsələn, prezidentin tenderlərdəki korrupsiya hallarını tənqid etdiyi gün mediada Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin qalib elan etdiyi şirkətlə bağlı məlumatlar açıqlanıb. Məlumatda qeyd olunur ki, yol nişanlarının, yol cizgi boyasının, mal-materialların, iş geyimlərinin və iş alətlərinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri dəyərləndirilib. Açıq tenderin qalibi “XAN-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi qalibə 3 milyon 701 min 167 manat ödəyəcək.

Vergilər Nazirliyinin informasiya bazasında aparılan araşdırma zamanı məlum olur ki, “XAN-2017” MMC təxminən 4 ay əvvəl – 2021-ci il mayın 5-də təsis olunub. Nizamnamə kapitalı isə cəmi 20 manatdır. Şirkətin fəaliyyəti barədə, o cümlədən, onun rəhbəri Məmmədov Ceyhun Seyidqabil oğlu haqqında internet resurslarında heç bir informasiya yoxdur. Beləliklə, dövlətin 3,7 milyon manatı cəmi 4 ay əvvəl yaradılan, heç bir iş təcrübəsi olmayan şirkətə verilib.

Başqa bir fakta diqqət çəkək: bu günlərdə məhkəməsi davam etdirilən Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov “Azəraqrartikinti” şirkətinə nə az, nə çox – 31 milyon manatlıq tenderlər verib. Dövlət Xidmətinin keçirdiyi əksər tenderlərin qalibi məhz bu şirkət olub.

Dövlət Turizm Agentliyi isə bu günlərdə “Daxili turizmin təbliğat kampaniyası üçün kreativ konsepsiyasının hazırlanması xidmətinin satın alınması tenderində” “Reprise Digital Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib. Həmin MMC-yə Dövlət Turizm Agentliyi 135 min 841 manat ödəyəcək. Qeyd edək ki, bu şirkət ötən il yaradılıb və cəmi 20 manat nizamnamə kapitalına malikdir.

Səhiyyə Nazirliyinin Sumqayıt şəhərində və Samux rayonunda mərkəzi xəstəxana binalarının inşasının davam etdirilməsi ilə bağlı elan etdiyi 2 açıq tenderdə isə “Palma İnşaat” və “Fərid İnşaat” firmaları qalıb gəlib. Onlara müvafiq olaraq 9,123 milyon manat və 6,945 milyon manat, ümumilikdə 16,068 milyon manat ödəniləcək. Bu şirkətlər nazirliyin əksər tenderlərində “qalib gəlirlər”.

Səhiyyə Nazirliyinin uzun illərdir tibbi avadanlıqlar, ləvazimatlar və s. alışı üzrə dəyişməz tender qalibi isə “Arash Medical Company”dir. Bu şirkətə nazirliyin verdiyi tenderlərin ümumi məbləği bəlkə də yüz milyonlarla hesablana bilər.

Aydındır ki, bu tip şirkətlərin arxasında yüksək vəzifəli dövlət məmurları dayanır, onlar bu yolla büdcə vəsaitlərini mənimsəyirlər. Belə faktların sayı yüzlərlədir, amma təəssüf ki, dövlətin maliyyə nəzarəti qurumları – Maliyyə Nazirliyi, Hesablama Palatası böyük miqyaslı korrupsiya əməliyyatları ilə bağlı ciddi tədbirlər görmür. Hüquq-mühafizə orqanları da mediada dərc olunan faktlara laqeyd yanaşır. Yalnız hansısa icra başçısı, yüksək vəzifəli dövlət məmuru həbs ediləndə onların bu tip cinayətləri üzə çıxarılır.

Hüquqşünas Hafiz Həsənov “Press Klub”a şərhində bildirdi ki, ölkədə irimiqyaslı korrupsiya hallarının baş verdiyi sahələrdən biri də tenderlərdir:

“Hesab edirəm ki, bu sahədə korrupsiya hallarının aradan qaldırılması üçün həm qanunvericilikdə dəyişikliklər edilməli, həm də qanunların tətbiqinə dövlət və ictimai nəzarət gücləndirilməlidir”.

Hüquqşünas qeyd etdi ki, hazırda “Dövlət satınalmaları haqqında” qanun və digər müvafiq normativ hüquqi aktlar dövlət satınalmaları sahəsində münasibətləri ümumən tənzimləmək üçün yetərlidir:

“Lakin bu normativ hüquqi aktlar tender komissiyalarının təşkili, tenderlərin şərtləri, keçirilməsi və nəticələrinin obyektivliyi ilə bağlı məsələlərdə ədalətin, qanuniliyin və şəffaflığın təmin olunmasına real hüquqi təminatlar yarada bilmir. Ona görə də həmin normativ hüquqi aktlarda kompleks şəkildə qeyd edilən məsələlər üzrə təkmilləşdirmələr aparılmalıdır. Bununla yanaşı, dövlət satınalmalarında qanunvericiliyin düzgün və birmənalı tətbiqinə dövlət və ictimai nəzarət təmin edilməlidir. Bunun üçün tenderlərin keçirilməsi və nəticələri müvafiq dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən monitorinq olunmalıdır”.

H. Həsənov əlavə etdi ki, tenderlərin qalibləri, niyə məhz həmin qurumun qalib seçilməsi barədə məlumatlar insanlar üçün əlçatan olmalı, tenderlərin nəticələrinə dair geniş ictimai məlumatlandırma aparılmalıdır:

“Bunlardan əlavə, tenderlərin qanunvericiliyin tələblərinə uyğun keçirilməməsinə, prosesin şəffaf aparılmamasına və tenderlərə kənar müdaxilələrə görə məsuliyyət tədbirləri də gücləndirilməli və sərtləşdirilməlidir. Beləliklə, hesab edirəm ki, dövlət satınalmaları sahəsində korrupsiya hallarının aradan qaldırılmasına belə bir kompleks yanaşma olarsa, bu sahədə vəziyyət müsbətə doğru dəyişər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru