Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                     Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir .....                     "Azəriqaz" cəzalandırıldı .....                     Bakı və Ankaranın bir layihədə 3 hədəfi .....                     İrandan müharibə anonsu .....                     "132 manatlıq məhsul qeybə çəkilib" .....                     Satacağımız almalar da əlimizdə qalıb... .....                     Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə... .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? .....                     Ucuz ev, yoxsa oyun? .....                     "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" .....                     "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı .....                     Jan Noel Baro niyə bu qədər narahatdır? .....                     Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” .....                     "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi' .....                     Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir .....                     Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                 

Daha bir səhiyyə ocağında biabırçı mənzərə - Dəmiryol poliklinikasında rüşvət sistemi
Tarix: 26-01-2015, 14:03 | Çap et
Daha bir səhiyyə ocağında biabırçı mənzərə
Redaksiyamıza məlumatları təqdim edən mənbələr bildirirlər ki, bir müddət öncə paytaxtın bir sıra tibb müəsissisələrində yoxlamalar həyata keçirilmişdi. Bu yoxlamaların nətisəsində isə bir neçə xəstəxana və poliklinikada ciddi korrupsiya faktlarının yer aldığı aşkarlanmışdı. Qeyd olunur ki, qanun pozuntularının aşkarlandığı həmin tibb müəssisələrinin məsul şəxsləri barədə müvafiq qaydada ölçülər götürülmüş, bir sıra məsul şəxslər məsuliyyətə cəlb olunmuşdular.Həmçinin məlumatlarda bildirlir ki, həmin ərəfədə 2 saylı Bakı Dəmiryol Poliklinikasınsında da yoxlamalar aparılırdı. Çünki poliklinikada olan mənbələr tərəfindən aidiyyatı olan qurumlara burada ciddi korrupsiya hallarının yer aldığı və poliklinikanın təmir olunması üçün ayrılmış büdcə vəsaitlərinin mənimsənilməsinə dair məlumatlar ötürülmüşdü. Ancaq necə oldusa, 2 saylı Bakı Dəmiryol Poliklinikasınsı bu yoxlamalardan “təmiz” çıxa bildi. Bunun səbəbləri barədə isə mənbələr müxtəlif fikirlər səsləndirirlər. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda biz artıq qeyd etmişdik ki, bu gün Azərbaycanın dövlət səhiyyyə müəssisələrində pulsuz xidmətlərin olması ölkə qanunları ilə təsdiq olunsa da, dövlət balansında olan bəzi xəstəxana və poliklinikalarda vətəndaşlardan açıq-aşkar rüşvət tələb olunur.Baxmayaraq ki, Səhiyyə Nazirliyinin rəsmiləri hər dəfə dövlət xəstəxanalarında müayinə və müalicə prosedurlarının pulsuz olduğunu deyirlər. Lakin görünür bir çox səhiyyə ocaqlarının rəhbərləri nazirliyin bu fikri ilə razı deyillər. Daha doğrusu rəsmi bəyanatlarda əlbəttə ki, onlar da bu fikirləri təsdiqləyir və onları bir şüar kimi təkrarlayırlar. Lakin əməli fəaliyyətə gələndə, demək olar ki, bu gün ölkənin tibb müəssisələrinin girəcəyində sadəcə bir elan çatışmır: “Pulsuz giriş qadağandır!” Redaksiyamıza təqdim olunan məlumatlarda Bakının Biləcəri qəsəbəsində yerləşən 2 saylı Bakı Dəmiryol Poliklinikasında da xəstələrin maddi durumlarının bilavasitə onların səhhətinə, daha dəqiq desək pozulmuş səhhətlərinin müalicəsinə böyük təsiri olduğu vurğulanır. Həmçinin məlumatlarda poliklinikanın baş həkimi Həmzə Həsənovun öz fəaliyyətində yol verdiyi saxtakarlıq hallarına dair konkret faktlar təqdim olunur, burada xüsusilə son vaxtlar yaranmış vəziyyətin həddindən artıq acınacaqlı olduğu bildirilir. Xüsusi olaraq vurğulanır ki, istisnasız olaraq bütün xəstələr Dəmiryol Poliklinikasının baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar. Pul ödəməkdən imtina edən xəstələr isə nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. Daha sonra mənbələr bildirirlər ki, 2 saylı poliklinikada xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi əsil kommersiya fəaliyyətinə çevrilib. Qeyd edək ki, bütün bu deyilənlərə aydınlıq gətirmək üçün tərəfimizdən bir neçə dəfə baş həkim Həmzə Həsənovla əlaqə saxlamağa cəhd göstərilsə də, onunla danışmaq mümkün olmayıb. Həm də tibbi arayışlar vətəndaşa əslində qeydiyyatda olduğu tibbi müəssisə tərəfindən verilməli olduğu halda, Dəmiryol Poliklinikasında Bakının istənilən rayonunda yaşayan və qeydiyyatda olan şəxslər sağlamlıq haqqında arayış ala bilərlər. Bu arayışların isə standart müəyyən edilmiş qiyməti vardır ki, bu da 40 manat təşkil edir. Bundan başqa, redaksiyamıza daxil olan digər məlumatlarda 2 saylı Bakı Dəmiryol Poliklinikasında tətbiq olunan “ölü canlar” üsulu ilə də dövlət vəsaitlərinin mənimsənildiyi iddia olunur. Bildirilir ki, poliklinikanın baş həkimi bu tibb müəssisəsinin kadrlar üzrə mufəttişi və təsərüffat müdiri-xəzinədarı ilə qabaqcadan əlbir olmaqla və razılaşmaqla ştatdan əlavə şəxsləri poliklinikanın işçisi kimi rəsmiləşdirərək adı olub, özü olmayan bu işçilərin əməkhaqlarını mənimsəyirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru