Məcburi köçkün FHN rəhbərindən kömək istədi - "Problemin yalnız Sizin razılığınızla həll oluna biləcəyini söyləyiblər"
Tarix: 13-03-2015, 14:36 | Çap et
Ağdam rayonundan məcduri köçkün, hazırda Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 523-cü kvartal, ev 12, mənzil 25-də məskunlaşmış Hacızadə Hüseyn Hacı oğlu Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərova video müraciət etmişdir. Müraciətdə deyilir: Çox hörmətli Kəmaləddin müəllim! Görkəmli dövlət xadimi Heydər Əliyevin göstərişinə uyğun olaraq biz - Qarabağdan olan məcburi köçkünlər 1994-cü ildə rəsmi qaydada “Azərneftyağ” zavodunun baş direktorunun imzaladığı 07.12.1994-cü il tarixli 199-x nömrəli müqavilə əsasında Bakı şəhəri, Nobel prospekti 23-də yerləşən 1364 kv.m neftlə çirklənmiş ərazini və 80 kv.m uçulub-dağıdılmış tikintini icarəyə götürdük. Həmin sahədə tikinti-abadlıq işlərinin aparılması üçün rəsmi icazə alaraq (qoşma-1) erməni işğalından sonra əlimizdə qalan son əmlakımızı bir yerə topalayıb özümüz də gecə-gündüz işləməklə 12 ədəd boks və yardımçı binalar (yeməkxana, yuyunma otağı, kabinetlər və s.) yaradaraq 780 kv.m tikinti işləri apardıq (tikintinin həqiqətən bizim tərəfimizdən aparılmasına dair qarşı tərəfin təsdiqi var və tikintinin planı əlavə olunur - qoşma-2). Ədliyyə Nazirliyindən “Xüsusi mülkiyyətçi” kimi rəsmi qeydiyyatdan keçdik və qanuni müqavilə ilə biz məcburi köçkünlər və şəhid ailələrinin üzvləri avtomobillərə texniki xidmət göstərməyə başladıq (qoşma-3). Hər il yenilənən müqavilə əsasında öhdəmizə düşənləri, o cümlədən icarə haqqını vaxtlı-vaxtında ödədik (qoşma-4, 5). Lakin zavoda yeni direktor gələn mərhum Ramiz Mirzəyev bizə xəbərdarlıqlar göndərməyə başladı ki, “Oranı xoşluqla bizə verib gedin”. Biz razı olmadıqda, müxtəlif saxta sənədlərlə, hətta güc tətbiq etməklə təzyiqlərə başladılar. Bizim xəbərimiz olmadan, direktor yalnız öz tabeçiliyindəki işçilərin imzası ilə saxta, qondarma aktla bizim xüsusi mülkiyyətimizi birtərəfli qaydada öz “insafına” uyğun cəmi 42 milyon manat (keçmiş Azərbaycan manatı ilə, təqribən 8 min ABŞ dolları) qiymət qoydurub (onların belə bir qiymətləndirmə səlahiyyətləri olmadığı halda) və onu bank vasitəsilə bizim kiçik müəssisənin hesabına köçürtdürdü (qoşma-6). Beləliklə, əslində o, sahibkarlıq fəaliyyətində qətiyyən yolverilməz bir qanunsuzluq törətdi, yəni “iri bir təşkilat kiçik müəssisəni assimilyasiya etmişdir”. Hətta bizim xəbərimiz olmadan adımızdan saxta sənədlər tərtib etdirilməkdən də çəkinmədilər (qoşma-7), giriş qapısına “xüsusi işçilərini” qoyaraq zor tətbiq etməklə bizi içəri buraxmadılar (həmin mənzərənin fotosu əlavə olunur). Bundan sonra məhkəmə qərarı əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası İnstitutunun ekspertləri tərəfindən kiçik müəssisəmiz 111 min manat (təqribən 150 min ABŞ dolları) dəyərində qiymətləndirilmişdir (qoşma-8). Bununla razılaşmayan zavod rəhbərliyinin etirazı əsasında yenidən məhkəmənin qərarı ilə ikinci dəfə həmin institutun digər ekspertləri tərəfindən, həm də bu dəfə hər iki tərəfin nümayəndələrinin iştirakı ilə təkrar qiymətləndirmə aparılmış və sonuncu dəfə 121 min manat qiymət qoyulmuşdur (qoşma-9). Göründüyü kimi, bu günə qədər bizə çatacaq vəsaitdən yalnız 8100 ABŞ dolları ödənilmişdir (söz vermişdilər ki, qalanını da yavaş-yavaş ödəyəcəklər, amma vədlərini yerinə yetirmədilər). Onlar etibarımızdan sui-istifadə edərək, bizi aldadaraq erməni işğalından sonra yenidən bizim əmlakımızı işğal etmişdilər. Hər yerə yazırlar ki, guya biz “Ədalət” qəzetində onlardan razılıq da etmişik. Lakin ”Ədalət” qəzeti 2.11.2011-ci il tarixli nömrəsində yazıb ki, ”Bununla əlaqədar olaraq heç bir cavab və ya təşəkkür məktubu almamışıq” (qoşma-10). İnsafsızlıqla hər cür saxtakarlığa əl atmışlar, əvvəl bizi zavoda işə götürüb, sonra xəbərimiz olmadan adımızdan saxta ərizə yazıb işdən çıxarmışblar (qoşma-11). Əslində isə bizim elə bir tələbimiz də yoxdur, yalnız bizə dəyən ziyanın ödənilməsini istəyirik. Hörmətli Kəmaləddin müəllim! Mən biləndə ki, bu ərazidə Boks Federasiyasının zalları tikilir, dərhal «Allah xeyir versin!» deyərək düşdüyümüz acınacaqlı vəziyyəti bilavasitə Sizə çatdırmaq üçün dəfələrlə qəbulunuzda olmaq istədim. Lakin hələ də bu mümkün olmayıb. Onsuz da hamı kimi biz də əminik ki, Siz dara düşənlərə həmişə əl uzatmısınız, məcburi köçkünlərə dayaq olmusunuz. Mən əminəm ki, Siz özündən asılı olmayaraq son imkanını itirmiş mənim kimi yaşlı bir məcburi köçkünün öz zəhmətilə tikdiyi tikintisinin sökülərək dəymiş ziyanın ödənilməməsinə dözməzsiniz. Əminəm ki, Sizin böyük ürəyiniz mənim çıxılmaz vəziyyətimə biganə qalmayacaq. Müavininiz Orucəli müəllim məni dinləyərək, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Komitəsinə göndərdi. Orada araşdırma aparıldı və mənə bildirdilər ki, nəticə barədə bir neçə gündən sonra çağırıb məlumat verəcəklər. Üç gündən sonra məni Komitəyə çağırdılar. Komitənin əməkdaşları mənə bizim 780 kv.metrlik sökülən tikintimizin yalnız 6 m eni, 62 m uzunluğunda olan ərazinin hazırda tikilməkdə olan sahəyə, qalan hissənin (eni 16 m, uzunluğu 62 m) isə yol tikintisinə düşdüyünü bildirdilər (qoşma-12). Mən onların təklifi ilə razılaşdım. Ancaq bir həftədən sonra yenidən komitəyə çağrıldım. Orada məndən bir həftə öncə verdikləri sənədi geri istədilər. Mən işin nə yerdə olduğunu başa düşüb, hətta onların istədiyi şəkildə razılığa gəlməyimi də bildirdim. Yəni onların nəzərdə tutduğu eni 6 m, uzunluğu 62 metr olan sahənin müəyyən qədər azaldılmasına da razı oldum. Ancaq aradan 5 ay keçməsinə baxmayaraq, Komitədən heç bir reaksiya yoxdur. Bu səbəbdən də mən Orucəli müəllimin və müavinlərinin qəbuluna getsəm də, onlar bu problemin həllinin yalnız sizdən asılı olduğunu deyirlər. Möhtərəm Prezidentimizin televiziyada dediyi kimi, halallıq olsun deyə Sizin işçilər tərəfindən də təsdiqlənən həcmdə olan tikintimizin dəyərinin hansı formada ödənilməsinə köməklik göstərməyinizi xahiş edirik. Hörmətli cənab nazir! Şizin ünvanınıza göndərdiyim yuxarıdakı müraciətimə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynlinin imzası ilə məni heç cürə qane etməyən cavab aldım. Cavab məktubunda bildirilir ki, guya araşdırma zamanı «NSN» kiçik müəssisəsi ilə ARDNŞ-nin nəzdində olan «Azneftyağ» Neft Emalı Zavodu arasında olan mübahisənin məhkəmə orqanlarının müxtəlif instansiyalarında baxıldığı və müvafiq qərarlar qəbul edilərək qüvvəyə mindiyi müəyyən edilib. Daha sonra qeyd edilir ki, qüvvədə olan qanunvericiliyə əsasən, məhkəmə israatında olan məsələlərə dövlət orqanlarının müdaxiləsinə yol verilmir. Halbuki məhkəmə orqanlarının verdiyi qərarlar Sizə göndərdiyim sənədlərdə öz əksini tapıb. Hansı ki, ARDNŞ-nin nəzdində olan «Azneftyağ» Neft Emalı Zavodunun rəhbərliyi qanuni əmlakımızı mənimsəmək məqsədilə saxta sənəd tərtib edib. Həmin saxta sənəd də Sizə təqdim etdiyim sənədlər içərisindədir. Və yuxarıda qeyd etdiyim kimi, məhkəmə qərarı əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza İnstitutunun ekspertləri tərəfindən kiçik müəssisəmiz 111 min manat (təqribən 150 min ABŞ dolları) dəyərində qiymətləndirilmişdir. Yaxşı, bu məbləği versinlər! Bununla razılaşmayan zavod rəhbərliyinin etirazı əsasında yenidən məhkəmənin qərarı ilə ikinci dəfə həmin institutun digər ekspertləri tərəfindən, həm də bu dəfə hər iki tərəfin nümayəndələrinin iştirakı ilə təkrar qiymətləndirmə aparılmış və sonuncu dəfə 121 min manat qiymət qoyulmuşdur. Bəs bu məbləği niyə ödəmirlər? Xususi olaraq vurğulamaq istəyirəm ki, 2002-ci ildə 121 min manat dəyərində qiymətləndirilmiş 780 kv.m-lik tikintimizin bizdən alınması barədə heç bir məhkəmə qararı yoxdur. Odur ki, bizə dəyən zərərin ödənilməsinə kömək etməyinizi xahiş edirəm. Əlavə olaraq qeyd etmək istəyirəm ki, məsələ ilə bağlı Sizin məsul işçilərinizlə dəfələrlə görüşmüşəm. Onlar problemin yalnız Sizin razılığınızla həll oluna biləcəyini söyləyiblər. Bu səbəbdən də inanıram ki, bu problemin həlli üçün köməyinizi əsirgəməyəcəksiniz. Redaksiyadan: Biz də inanırıq ki, məlum problem süründürməçilik müstəvisindən həll olunma mərhələsinə keçəcək. Çünki ictimai fikirdə həqiqətən də nazir K.Heydərovun məhz belə bir ədalətli insan və məmur olduğu təsdiqlənib. Mövzuya mütləq qayıdacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
|