Sabiq nazirin sahibkarlardan topladığı qeyri-qanuni vəsaitlər ölkədən necə çıxarılıb? - İLGİNC
Tarix: 22-10-2019, 08:56 | Çap et
Sabiq vergilər naziri Fazil Məmmədova aid “AtaHolding” ASC-nin istər maliyyə durumu, istərsə də idarəetməsi kritik həddə qədər pisləşib. Bununla bağlı mediada artıq bir müddətdir ki, xəbərlər yayılır. Yada salaq ki, “AtaHolding” 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlayıb.
İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başlayıb. “AtaHolding” iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirib.
“AtaHolding”in maliyyə sektorunda “AtaSığorta” ASC, “AtaLizinq” ASC, turizm sektorunda “AtaTurizm” MMC, “AtaTravel” MMC və 5 ulduzlu “Excelsior Hotel Baku” sənaye sektorunda “Şəmkir Quşçuluq” MMC və Informasiya Texnologiyaları sahəsində “AtaTexnologiya” MMC şirkətləri fəaliyyət göstərib. Sabiq vergilər naziri Fazil Məmmədovun vəzifəsindən uzaqlaşması ilə onun himayəsində olan şirkətlər və obyektlərlə bağlı planlar da dəyişdi. “AtaHolding”in sabiq nazirin himayəsində qalsa da, bir sıra obyektlər, məsələn, Bakıdakı məşhur beşulduzlu “Excelsior Hotel & Spa”nın mülkiyyətçisi dəyişdi. “Excelsior Hotel & Spa” “AtaHoldinq”ə daxil idi.Hotel “PMD Hospitality” şirkətinin mülkiyyətinə keçdi. 2019-cu il fevralın 1-də bu hotelin aktivlərinin yeni sahibi “Excelsior Hotel” MMC təsis edilib.
“AtaHolding”lə bağlı əsas iddialar-sabiq nazirin sahibkarlardan topladığı qeyri-qanuni vəsaitlərin-hansı ki, söhbət milyardlardan gedir-xaricə çıxarılmasında əsas funksiyanı bu holdinqin oynadığı deyilirdi. Məsələn, mediada Vergilər Nazirliyinin xətti ilə yığılan milyonların müxtəlif yollarla xaricə çıxarılmasında nazirliyin keçmiş əməkdaşı, Fazil Məmmədoun etibarlı kadrları olan Qafar Qurbanovun adı hallanırdı. Sabiq nazirin ən taxın adamlarından olan Qafar Qurbanov 2006-cı ilin noyabrından 2011-ci ilin aprelinədək “AtaHolding” ASC İdarə Heyətinin sədri vəzifəsində işləyib. Bir müddət sonra isə Fazil Məmmədovun digər ailə şirkətinə - “Synergy Group” ASC-yə transfer edilib. Ondan bir il sonra isə bu vəzifə Adığözəl Ağayevə həvalə edilib. A.Ağayev 1978-1983-cü illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ümumiqtisad fakültəsində təhsil alaraq iqtisadçı mühəndis ixtisasına yiyələnib. 1983-cü ildə Maliyyə Nazirliyinin Hesablaşma mərkəzində iqtisadçı vəzifəsinə, 1987-ci ilin dekabr ayından isə qrup rəhbəri vəzifəsinə təyin olunub. 1989 - ilin iyun ayından Respublika Aqrar Sənaye Bankında aparıcı, 1992-ci ildən baş iqtisadçı vəzifəsində işləyib. Milli Bankın dəvəti ilə 1993-cü ilin aprel ayından 2004-cü ilin sonunadək Mərkəzi Bankda baş müfəttiş, şöbə rəisi və direktor müavini vəzifələrində calışıb.
“AtaHolding” ASC-də əmək fəaliyyətinə 2005-ci ilin yanvarından başlayıb. Əvvəl Maliyyə departamentinin direktoru, sonra İdarə Heyətinin sədr müavini və Audit Komitəsinin üzvü təyin olunub. 15 oktyabr 2012-ci il tarixindən “AtaHolding”in baş direktoru olub. Qeyd edək ki, 2018-ci ildə holdinqdə “İdarə Heyəti sədri” vəzifəsi dəyişdirilərək “Baş Direktor” vəzifəsi ilə əvəz olunub.
Oktyabrın 21-də isə mediada “AtaHolding” MMC-nin yeni baş direktoru vəzifəsinə 39 yaşlı Rəşad Rəsullunun təyin edilməsi xəbəri yayılıb. Sonra internet resurslarından axtarışdan məlum olub ki, əslində təyinat 14 oktyabrda olub. R.Rəsullu 2014-cü ildən «AtaHolding»in strukturlarında işləyir. O, həmçinin “Azmont İnvestments” MMC-nin Müşahidə Şurasının üzvüdür.
Rəşad Rəsullu 11 aprel 1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavr dərəcəsi, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Əmək fəaliyyətinə Milli Bankda başlayıb və 2002-2004-cü illərdə İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi olub. Rəşad Rəsullu həmçinin, “AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC-nin Direktorlar Şurasının, “Bank VTB Azərbaycan” ASC-nin Müşahidə Şurasının üzvüdür.
Rəşad Rəsullu eyni zamanda 2007-2012-ci illərdə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) baş katibi olub.
Son zamanlar “AtaBank” ASC barəsində də bir sıra iddialar var ki, bir neçə gün əvvəl bununla bağlı bankdan açıqlama yayılıb. Aşıqlamada deyilir ki, bank stabil fəaliyyətini davam etdirir. “Həmçinin müştərilər nağdsız əməliyyatlar aparır və nağd vəsaitlərin çıxarılması kimi əməliyyatlar növbəli şəkildə təmin olunur. Bank sektorunun tənzimlənməsi üçün dövlət qurumları mövcuddur və bu səlahiyyət yalnız onlara məxsusdur. Həmin qurumlarla bank gündəlik işgüzar münasibətləri davam etdirir”-deyə, məlumatda bildirilir. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
|