Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                 

İlham Əliyevin “Oktyabr inqilabı” - zərgər dəqiqliyi və qan-qadasız...
Tarix: 24-10-2019, 09:04 | Çap et
İlham Əliyevin “Oktyabr inqilabı”
İlham Əliyevin kadr dəyişikliyində seçdiyi incə taktika dövlət idarəçiliyində öyrəniləcək, hətta kitablara salınacaq təcrübədir...

Prezident, bir qədər sentimental səslənsə də, hamımızın vətəni olan Azərbaycan üçün pencəyini çıxarıb və fəal işgüzarlığı ilə bu prosesi demək olar ki, tək öz üzərinə götürüb...

Müstəqil Azərbaycanın tarixində elə aylar var ki, o təqvimdə baş verənlər birdəfəlik yaddaşlara yazılır. Heç şübhəsiz ki, 2019-cu ilin oktyabr ayı məhz tarixdə hakimiyyətdə baş verən ciddi dəyişikliklər ayı kimi yadda qalacaq. Üstəlik, hakimiyyətdə dəyişikliklərin miqyası o qədər əhatəlidir ki, bunlara hazırlaşmaq özü kifayət qədər zaman tələb edir. Yəni indi az qala hər gün izlədiyimiz struktur və kadr dəyişiklikləri spontan deyil, hətta zamanında ayarlanmış bir prosesdir.

Əlbəttə ki, bunların heç birinin - az qala bütün “köklü ağacları” silkələyən kadr dəyişikliyinin hətta ən müxtəlif məmur təbəqəsinə bağlı elektron mediaya belə sızmaması özü də prosesin necə zərgər dəqiqliyi ilə hazırlandığını göstərir. Hələ şok dəyişikliklərin anonsu sayılan son müşavirədən sonra “Yeni Müsavat” ehtimal kimi yazmışdı ki, prezident İlham Əliyev yeni Azərbaycan modeli və idarəetməsi yaradır. Prezident özü başladığı prosesin anonsunu vermişdi-gənc kadrlar, yenilənmələr, islahatlar...

Məhz həmin müşavirədə prezident ilk dəfə iqtidarda islahatlara qarşı olanların olduğunu demişdi. Dəyişikliklərin miqyası artıq elan olunduqca aydın olur ki, söhbət yalnız bir-iki köhnə idarəetmə tərəfdarı olan məmurdan getmirmiş, bu yenilənmə prinsipcə iqtidardakı böyük əksəriyyətə təsir etdiyindən, islahatlara, necə deyərlər, “müqavimət voltu” kifayət qədər yüksək imiş. Milli Şuranın 19 oktyabr aksiyası da daxil, bu “müqavimətçilər” əlbəttə ki, heç nə edə bilməyəcəkdir. Prezidentin bu barədə müşavirədə açıq danışması həm də o demək idi ki, həmin adamlar müəyyən edilib, hərəkətləri nəzarətdədir və islahatlar kursundan vaz keçilməyəcək.

İndi sosial media yola saldığımız 23 oktyabr gününü hələ ki son dəyişikliyi - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin təqaüdə göndərilməsindən sonra bu islahatları İlham Əliyevin “Oktyabr inqilabı” kimi də qiymətləndirir. İlham Əliyev üçün isə öncə başqa qiymətləndirmə var və cəmiyyət onu da gördü...

Prezident yola salınan qos-qoca məmurları qəbul etdi, dinlədi, xidmətlərini böyük minnətdarlıq hissi ilə sadaladı. Böyük dövlət idarəetməsi təcrübəsi olan Ramiz Mehdiyev isə “Heydər Əliyev Ordeni”nə təqdim edildi. Prezident R.Mehdiyevin Təhlükəsizlik Şurasının tərkibinə daxil edilməsi barədə fərman imzaladı.

Həmçinin Ramiz Mehdiyev 23 oktyabrda AMEA-nın sədri seçildi. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında AMEA-nın prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilib.

APA-nın xəbərinə görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Bunlar, əlbəttə ki, R.Mehdiyevin xidmətinə verilən daha bir yüksək qiymətdir.

İlham Əliyevin kadr dəyişiklliyində seçdiyi incə taktika da bəyənilməyə layiqdir. Yaş həddi keçən məmurlara “mən sizi işdən azad etmirəm, istəyən özü getsin” mesajı verdi. Təqaüdə göndərilənlər-öz ifadələri ilə desək, Heydər Əliyevçilərdir və yaşlarının həm də çox həssas çağıdır. İlham Əliyevin bu çağırışı çox incə gediş hesab oluna bilər ki, bu da dövlət idarəçiliyində öyrəniləcək, hətta kitablara salınacaq təcrübədir.

Əslində nə baş verdiyi aydındır. İlham Əliyev ölkəni yeni mərhələyə-daha müasir bir ölkə, daha çevik bir idarəetmə, daha gənc kadrların öhdəsində olan dövlət modelinə keçirir. Göründüyü kimi, proses miqyaslı, məsuliyyətli və həm də bir qədər riskli görünürdü.

Bu sadaladıqlarımızdan sonuncudan başlamaq lazım gəlir. Çünki prezidentin iradəsi, qətiyyəti olmadan bu qədər ciddi kadr və struktur islahatlarına başlamaq mümkün olmazdı. İkincisi, ötən yazılarımızın birində də qeyd etmişdik ki, İlham Əliyev üçün ən vacib məsələlərdən biri Azərbaycanın imicidir. Prezidentin arzuladığı Azərbaycan modelini isə artıq yaşı ötmüş məmurlar, eləcə də köhnə strukturlarla qurmaq problemli, hətta mümkünsüzdür. Oktyabrın 23-də prezident İqtisadiyyat Nazirliyinə bir neçə qurumu birləşdirməklə supernazirlik yaratdı, dövlətin çox mühüm bir qolunu gücləndirdi. Prezidentin qeyri-neft sektorunu inkişaf etdirmək, dünya iqtisadiyyatı ilə çulğaşmaq, dövlətlərarası iqtisadi əlaqələrin qurulması, transmilli şirkətlərlə münasibətlər sahəsində həyata keçirdiyi mühüm islahatların əsas ağırlığı İqtisadiyyat Nazirliyinin üzərinə qoyulub. İndi vergilər və əmlak sahəsinin də İqtisadiyyat Nazirliyinə birləşdirilməsi bu sahəyə verilən ciddi önəmi göstərir. Bu, Mikayıl Cabbarovun vəzifə yüksəlişindən daha çox onun üzərinə qoyulmuş ağır məsuliyyətdir ki, bunu hamıdan yaxşı indi yeni “supernazirin” özü bilir.

Yeni struktur dəyişiklikləri, kadrların yerləşdirilməsi, önə çəkilməsi davam edəcək. Dövlət başçısı Mikayıl Cabbarovla görüşdə də kifayət qədər sərt ritorikası ilə seçilib, kadr dəyişikliklərinin davamlı olacağını deyib. Amma o bəyanatlarda daha bir aşkar kurs var: xarici təsirdən azad, vətənpərvər kadrlar!

Bu prosesin əsas qəhrəmanı İlham Əliyevdir. Prezident, bir qədər sentimental səslənsə də, hamımızın vətəni olan Azərbaycanı üçün pencəyini çıxarıb və fəal işgüzarlığı ilə bu prosesi demək olar ki, tək öz üzərinə götürüb. Bu anlamda “Oktyabr inqilabı” qiymətləndirməsi ilə razılaşmaq olar. Üstəlik, İlham Əliyevin rəhbərlik etdiyi bu proses xəta-bəlasız davam edir. Bundan isə uduzan olmayacaq, qazanan isə Azərbaycandır...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru